Şərurlu İsfəndiyar məscidlərlə bağlı səsləndirdiyi fikrə aydınlıq gətirdi - AÇIQLAMA
Bir neçə gün əvvəl "Müsavat" Tv-nin efirində müsahibə verən "Şərur MTK"nın sahibi İsfəndiyar Axundov səsləndirdiyi "Əlimdə olsa, məscidləri söküb məktəb tikdirərəm" fikrinə görə sosial mediada tənqid olundu.
İsfəndiyar Axundov gündəm olan bu fikirləri barədə Sonxeber.az -a açıqlama verib:
"Bir necə gün öncə "Müsavat" Tv-nin efirində müsahibədə olarkən aparıcının dinlə bağlı verdiyi suala cavabım bəzi insanlar tərəfindən yanlış anlaşılıb. Mən Allaha inanmıram sözü işlətməmişəm "bəzi dindarlara inanmıram" demişəm bu da bütün dindarlara şamil olunmur. Söhbət o dindarlardan gedir ki, dünyada cərəyan edən İslam adı altında, din adı altında terror qruplarını təşkil edən və eyni zamanda Azərbaycan dövlətinin təməlini, din pərdəsi altında baltalayan, din çadrasına bürünmüş dövlətçiliyimizin, xalqımızın bugünki firavan həyatimizin müxalifi olan ünsürlər haqqında fikir bildirmək istəmişəm. Sadəcə izzahatim biraz doğru olmayıb, fikrimi tam çatdıra bilməmişəm. Sözüm xaricdən maliyyələşərək məqsədli şəkildə xalqımızın mentalitetinə və dini dəyərlərimizə zidd fəaliyyət göstərən bəzi "dindarlara" idi.
Sir deyil ki, dini radikalizm müasir dövrümüzün ən çox narahatlıq doğuran əsas problemlərdən biridir. 20-ci əsrin sonlarından başlayaraq, istər islami dini cərəyanlar arasında, istərsə də qeyri-islami dinlərdə radikallaşma meyilləri çoxluq təşkil edir. Baxın, din uğrunda aparılan müharibələr, yaxud din pərdəsi altında həyata keçirilən işğalçılıq siyasəti də dini radikalizmin bir nümunəsidir. Dövrümüzdə dini radikalizm məzhəblər və dinlərarası dözümsüzlük, zorakılıq və dini motivlərlə törədilən terror aktları nəzərə çarpacaq dərəcədə artıb. Təəssüflər olsun ki, son illərdə islam radikalizmin kəskin yüksəlmişidir və mən bundan qorxuram demək isdəmişəm, bunların hamısını efirdə saya bilmədim, bir kəlimə dedim ki, "Allaha inanıram sadəcə dindarlardan qorxuram" çünki sadaladığım tərəfdən formalaşan "dindarlar" əlbətdə ki, həm dünyaya həm də Azərbaycana, dövlətçiliyimizə, insanlığa, dinimizə qarşı böyük bir təhlükədir. "Allahu Əkbər" şüari ilə baş kəsən, bombalar partladan, terror aktı törədən dindarlardan gedir söhbət. Biz bunun şahidi olmuşuq, istər "meşə qardaşları" istər də Bakı şəhərində olan "Əbubəkir" məscidində olan partlayiş yaradanları və sair buna bənzər olan, din pərdəsinə bürünən dindarları deyirəm. Mən dinimizin, dini dəyərlərimizin əlehinə deyiləm, heç bir zaman da olmamışam. Mənim adım soyadım, ata adım, övladlarımın adı hamısı dinə bağlı olan adlardır. dinin əlehinə olsaydım övladıma dini ad verərdim mi heç?
Bu sadəcə mənim fikirimi tam olaraq çatdıra bilmədiyimdən irəli gələn bir nüans olub. Əsla və əsla dinə qarışı deyiləm, olmaram da".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1334 Tarix: 07 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 14-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərd
13:30 224 Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir
Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy
11:50 231 Prezidentlər təkbətək görüşdü
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12:05 156 Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
"Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında deyib. "Ümid edirəm ki, Bakıda keçiriləcə
15:03 194 "Təxribatçı qüvvələr həssas insanlardan sui-istifadə etməsinlər" - Allahşükür Paşazadə
"Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır". xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə "Real" Tv-yə müsahibəsində bildirib. "Bu yaxınlarda "Anım günü"nü keçirdik. Qarşıdan da "Zəfər günü" gəlir
18:15 166 Vahid məktəbli forması ətrafında müzakirələr və informasiya təzyiqləri: Azərbaycanın təhsil siyasəti niyə hədəfə çevrilə bilər?
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi məsələsi təkcə təhsil müəssisələrində geyim qaydalarının müəyyənləşdirilməsi deyil, eyni zamanda sosial bərabərlik, məktəb intizamı, milli-mənəvi dəyərlər və informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli mövzudur. Təhsil dövlətin gələcəyini müəyyənləşdirə
12:27 237 "Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib
"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə
12:57 186 "Mən bunu problem olaraq da görmürəm" - Şeyxülislam
"Kimin təhriki ilə bu sözləri deyirlər axı? Biz bunu bilirik. Azərbaycan xalqı da bilir. Bəzi insanlar ki var, onların dinindən, mənəviyyatından istifadə edərək dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə inanıram. Əgər bu problem varsa. Bu, problem deyil. Mən bunu problem olaraq da görmürəm. Həl
17:31 236 İlham Əliyevin adından rəsmi nahar verildi - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan Ümummill
15:24 207