Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir

Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirAzərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliyə hörmət, ədalət meyarları və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlıq xəttinin göstəricisidir.
Azərbaycanla Kambocanı min kilometrlərlə məsafə ayırır. Buna baxmayaraq Şərqi Asiyada yerləşən bu dövlətlə ölkəmizin əlaqələri genişlənməkdədir. Kamboca Krallığının Baş naziri Hun Manet ölkəmizə rəsmi səfəri iki öıkə arasında əlaqələrin daha da genişlənməsinə növbəti addım olacaqdır.
Ölkələr arasında əlaqələrin tarixinə nəzər salsaq görərik ki, Azərbaycan-Kamboca arasında diplomatik əlaqələr 1994-cü ilin dekabr ayının 28-də qurulub. 2014-cü ilin aprelində dövlət başçısı səviyyəsində ilk səfər baş tutub ki, həmin vaxt Kamboca Krallığının Baş naziri Hun Sen Azərbaycana səfər edib.
Oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ölkəmizə səfərə gəlib. Səfər çərçivəsində Baş naziri Hun Manetin Prezident İlham Əliyev ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib, görüşlərdə Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış üç sənədin mübadiləsi mərasimi olub.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Kambocanın Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. Mətbuata bəyanatında Prezident İlham Əliyev Azərbaycan və Kambocanın yaxşı dostlar və tərəfdaşlar olduğunu söyləyib. "Biz beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik, bir-birimizə dəstək oluruq", - deyə dövlətimizin başçısı qeyd edib.
Bildirilib ki, dövlətlər arasında siyasi münasibətlər güclüdür, BMT, Qoşulmama Hərəkatı, həmçinin AQEM çərçivəsində əməkdaşlıq edilir. Dövlətimizin başçısı vurğulayıb ki, eyni zamanda, ticarət və investisiyalar istiqamətində işləri müzakirə etməliyik.
Vurğulanıb ki, ölkəmiz Cənub-Şərqi Asiya ilə maraqlanır, bu bizim xarici siyasətin prioritetlərindən biridir, vacib bir bölgədir. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynamaqdadır.
Qanunverici hakimiyyət orqanları səviyyəsindəki əlaqələr də ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verir. Kamboca həmçinin Azərbaycanın Asiya Parlament Assambleyasına müşahidəçi qismində qoşulmaq təşəbbüsünü yaxından dəstəkləyir. Bu çoxtərəfli həmrəylik iki dövlətin qlobal platformalarda ədalətli beynəlxalq nizamın, suverenliyin və müstəqil xarici siyasət xəttinin qorunması prinsiplərinə sadiqliyini nümayiş etdirir.
Humanitar, təhsil və mədəniyyət sahələrindəki tarixi bağlar da Azərbaycan-Kamboca münasibətlərinin mühüm elementləridir. Sovet dövründə Azərbaycanda yüzlərlə kambocalı tələbənin ali təhsil alması ənənəsinin bərpa olunması təşəbbüsü, kadr hazırlığı və tələbə mübadiləsinin yenidən aktivləşdirilməsi iki ölkənin cari əməkdaşlıq gündəliyində önəmli yer tutur.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Kamboca mina çirklənməsinin nəticələrindən əziyyət çəkən ölkələrdir. İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin hələ də ciddi problem olaraq qaldığını diqqətə çatdıran Prezident İlham Əliyev təcrübə, bilik və texnologiya mübadiləsinin, eləcə də təlim tədbirlərinin keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.
Dövlət başçısının bildirdiyinə görə, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində basdırdığı minaların partlaması nəticəsində ərazilərin azad edilməsindən sonrakı illərdə 400-dən çox insan həlak olub və ya yaralanıb. Bu rəqəm mina probleminin yalnız hərbi əməliyyatların nəticəsi olmadığını, həm də mülki əhalinin təhlükəsizliyinə, sosial-iqtisadi inkişafa və insanların doğma yurdlarına qayıdışına təsir edən uzunmüddətli humanitar böhran olduğunu nümayiş etdirir.
Minalarla çirklənmiş ərazilərin təmizlənməsi Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında genişmiqyaslı bərpa və quruculuq işlərinin əsas şərtlərindən biridir. İnfrastrukturun yenidən qurulması, kənd təsərrüfatı torpaqlarının istifadəyə qaytarılması, yaşayış məntəqələrinin bərpası və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı birbaşa minatəmizləmə prosesinin sürətindən və səmərəliliyindən asılıdır. Buna görə də bu sahədə əldə olunan hər bir texnoloji nailiyyət, hazırlanmış peşəkar kadr və genişləndirilmiş beynəlxalq tərəfdaşlıq Azərbaycanın milli inkişaf prioritetləri ilə bilavasitə bağlıdır.
Ölkəmiz qlobal əməkdaşlıqda dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə daim hörmətlə yanaşıb. Kamboca Krallığı ilə münasibətlərdə də Azərbaycan bu prinsiplərə sadiqliyini qoruyur. Ali qonağın da vurğuladığı kimi Kambocanın və Azərbaycanın ikitərəfli əməkdaşlığı gücləndirmək əzmi çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimizin inkişafına da töhfə verəcəkdir. Beləliklə, bu səfərin Azərbaycan və Kamboca arasında əməkdaşlığın daha da güclənməsinə yeni imkanlar açacağı şübhə doğurmur.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 825   Tarix: 13 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Messi yenidən Argentinada oynayacaq

"İnter Mayami"nin hücumçusu Lionel Messi Argentina milli komandasından keçmiş komanda yoldaşı Karlos Tevesin vida oyununda iştirak edəcək. -ın xəbərinə görə, oyun dekabrın 20-də Buenos-Ayresdəki əfsanəvi "La Bombonera" stadionunda keçiriləcək. Qonaqlar arasında bir çox dünya futbo

27.11.2026 358
.

Stalinin bəyəndiyi, atası 4 il itkin düşən, qızını və ərini qəzada itirən aktrisa

Azərbaycan kinosunun qızıl fonduna daxil olan filmlər var ki, illər keçsə də, tamaşaçılar onları yenidən izləməkdən yorulmur. "Arşın mal alan"ın Gülçöhrəsi, "Dəli Kür"ün Mələyi, "Fətəli xan"ın Sara xanımı… Bu obrazları birləşdirən təkcə ekran yaddaşı deyil, həm də onlar

27.11.2026 417
.

Paşinyan Ermənistan gerbinin taleyinin referendumda həll ediləcəyini açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan üzərində Ağrı dağı (Ararat) təsvir olunan ölkə gerbinin taleyinin referendum yolu ilə xalq tərəfindən müəyyən ediləcəyini bildirib. xəbər verir ki, Paşinyan bu barədə "Armenpress"in yayımladığı brifinqdə danışıb. Ermənistan hakimiyyəti ölkənin yeni Konstitusiy

27.11.2026 287
.

893 kiloqram qanunsuz maddə ələ keçirildi

Böyük Britaniyaya narkotik qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar qruplaşmaya qarşı keçirilən əməliyyat zamanı Londonda 893 kiloqram kokain müsadirə edilib. xəbər verir ki, London Metropolitan Polisinin rəsmi saytında yayılan məlumata görə, müsadirə olunan narkotiklərin böyük hissəsi narınc

11:26 118
.

Sabah hava necə olacaq?

Noyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək

27.11.2026 337
.

Ermənistanın yeni Konstitusiyası: Diaspor, seçki hüququ və Qərbi azərbaycanlılar

Ermənistanın yeni Konstitusiya layihəsi ətrafında aparılan müzakirələr yalnız ölkənin dövlət quruluşu və milli kimliyi ilə bağlı dəyişikliklərlə məhdudlaşmır. Sənəddə nəzərdə tutulan bəzi müddəalar Ermənistanın siyasi həyatında uzun illər mühüm rol oynamış erməni diasporunun gələcək təsir imkanların

27.11.2026 280
.

İlham Əliyev albaniyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqaya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Albaniya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

12:08 66
.

İstifadəsiz torpaqlar Azərbaycanın iqtisadi inkişafına necə töhfə verə bilər?

İstifadəsiz kənd təsərrüfatı torpaqlarına yalnız iqtisadi dövriyyədən kənarda qalmış əmlak kimi deyil, həm də ölkənin gələcək aqrar və investisiya potensialının mühüm ehtiyatı kimi yanaşmaq lazımdır. Torpağın istifadəsiz qalması təkcə mülkiyyətçinin gəlir əldə edə bilməməsi deyil, eyni zamanda ölkə iqtisadiyyat

27.11.2026 399
.

İraqın şimalında yeni siyasi qarşıdurma: Vaşinqton nə istəyir?

İraqda mərkəzi hakimiyyətlə Kürdüstan Regional Administrasiyası (KRA) arasında uzun illərdir davam edən siyasi və iqtisadi qarşıdurma yeni mərhələyə qədəm qoyub. İraqın Baş naziri Əli əl-Zeydinin noyabrın 24-də verdiyi qərarlar tərəflər arasında gərginliyi daha da artırıb. Bağdad regional administrasiyanı

27.11.2026 332
.