Kəmalə Günəşlinin həyat yoldaşı GÖRÜN KİM İMİŞ- ŞOK

Kəmalə Günəşlinin həyat yoldaşı GÖRÜN KİM İMİŞ- ŞOK"Tamara", "Niqulya xanım" kimi tanıdığı məşhur müğənni Kəmalə Günəşli lent.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Kəmalə xanım, istəyirəm öncə sizi tamaşaçılarınıza yaxından tanıdaq.

– Məni çox adam rayonlu bilir. Çünki rayon toylarından həddən çox dəvət alıram. Şirvan, cənub zonası mənə baxır (gülür), bakılıyam. Yasamalda anadan olmuşam. Atam "Sovetski"də, anam Türkanda doğulub. 7 yaşım olanda Günəşliyə köçmüşük. 30 ildir orada yaşayıram. Ona görə Günəsli təxəllüsünü götürmüşəm. Səhnəyə ilk çıxanda sadəcə Kəmalə adı ilə çıxırdım. Amma düzünü deyim, lap belə pulunu verib efirlərə çıxsam da, tanınmırdım. Uşaqlıqdan oxuyuram. Anam toy müğənnisi idi, indi uzaqlaşıb. Tam musiqi təhsilim olmasa da, təhsilsiz də deyiləm. Musiqi dərsləri almışam. "Tamara" mahnısı ilə ulduzum bir gecədə parladı. Bu gün oxudum, səhər oyananda gördüm məşhuram. Ondan sonra da heç kim adımı demədi, elə hamı Tamara deyir.

– Bir də Niqulya xanım deyirlər axı sizə.

– (Gülür). Hə, ölkədə yeganə müğənniyəm ki, prodüserim məni yox, mən prodüserimi məşhurlaşdırmışam, onun adı ilə tanınıram. Nigar xanımla bir neçə ildir birlikdəyik. Bu ideya məndən gəldi, dedim çəkək. Hər dəfə ona videoçarxda "Niqulya xanım" deyə müraciət edirəm. Çox bəyənildi, başladılar mənə Niqulya deməyə. Atam-anam qoyan ad qalıb kənarda, Tamara deyirlər, Niqulya deyirlər. Tamara məni haralara aparmadı. "O qara qıza zəng elə", sonra "Çini çaydan" mahnılarım trend oldu.

– "Tamara"nı özbəklərdən götürüb özəlləşdirmisiniz. Müəllif hüquqları davasına düşmədiniz?

– Yox. "Tamara"nın melodiyasını eşitmişdim, özüm ona söz yazdım, Sabirabadda məclisdə oxudum. Məndə mahnıya bədahətən söz qoşmaq, xiridarlıq var. Bu qabiliyyət hər müğənnidə olmasa da, peşəkarlarda var. Hansısa mahnını "oxu" deyirlər, sözləri bilmirəm, bayatılar qoşub oxuyuram, "bilmirəm" demirəm. "Tamara"ya görə, etmədiyim toylara, ölkələrə, məclislərə getdim, pullar qazandı. Özbək mahnılarını məndən əvvəl də oxuyanlar olub. Həmişə onlar bizdən oxuyublar, indi biz onlardan.

– Xəbəriniz varsa, indi sosial şəbəkələrdə Həmail adlı bir xanım sizi parodiya edir, mahnılarınızla məclislərə gedir?

– Xəbərim var, o müğənni deyil, blogerdir, dostumuzdur. Bir məclisə çağırmışdı, gedə bilmədim. O da mənim kimi geyinib, fonoqramımı qoyub mənim yerimə oxumağa başlayıb. İndi o da olub Kəmalə Günəşli (gülür).

– İzləyicilərinizə çox maraqlıdır, sizin sponsorunuz var?

Azərbaycanda yeganə müğənniyəm ki, öz hesabıma irəli getmişəm. Nə "həcim" var, nə sponsorum. Hansısa həci mənə maşın almayıb, yaxın günlərdə doğum günüm oldu, özümə bir ev, bir də avtomobil hədiyyə etdim.

– Ailəlisiniz?

– Bəli. Həyat yoldaşım da musiqiçidir. İkinci dəfə ailə qurmuşam. Gözəl ailəm var. Məni anlayır.

– Toylara gedir sizinlə?

– Çox zaman hər yerə Niqulya ilə gedirəm.

– Övladlarınız var?

– Bəli var. Əsgər anasıyam. Bir də qızım var.

– Toya neçəyə gedirsiz? Hamı üçün əlçatansınız bu mənada?

– Kasıb-kusubu nəzərə alan müğənniyəm. Toy qiyməti demirəm. Dağına baxıb qar yağdırıram. Ürəyi məni istəyir, dediyim qonorara gücü yetmirsə, deyirəm bu qədər məbləğə 15 dəqiqəlik gəlib oxuya bilərəm. İstəmirəm qəlbi qırılsın.

– Yarım saatlıq toy oxumaq daha çox sərf edir müğənnilərə. Bir gündə ən çox neçə toya getmisiniz?

– Bakıda olub ki, bir günə ayrı-ayrı 7 məclisə getmişəm. Hamısını da razı salmışam.

– Bəs aldığınız qonorardan əlavə əlinizə verilən o şabaşlar nə qədər olur təxminən?

– Elə olub ki, 2-3 min manat olub. Məsələn dünənki məclisdə əlimdə 1500 manat var idi.

– Rayon toylarının da gündə ikisinə gedə bilirsiniz?

– Rayonda günorta başlayan "palatka" toyundan çıxıb axşam saat 6-da başqa bir rayonda başlayan toya gedib çatmışam. Düzünü desəm son zamanlar yarım saatlıq məclislərim çoxalıb deyə daha "palatka" toyları götürmürəm.

– Bəyənmirsiniz daha "palatka" toylarını?

– "Palatka" toyu yorucudur, ağırdır, nəfəs istəyir, baqaj istəyir, savad istəyir. Sona qədər canlı oxumalısan. Fonoqramı o vaxt oxuyarsan ki, yanında ansamblın yoxdur və ya sifariş edilən musiqini canlı oxusan əvvəlki effekti verməyəcək. Tutaq ki, "Buleyli" mahnısını niyə fonoqram oxuyum? Bu gün mənə tələbat çoxdur. Heç kimdən zəif deyiləm. "Nömrə birəm" deməzdim, amma sevilən müğənniyəm, yetərincə kütləm var, maşından düşəndə hamı üstümə qaçır şəkil çəkdirməyə.

– "Çini çaydan" mahnısında "yarım yar olsa günü neylər mənə?" cümləsi var. Toy günü kişinin ikinci arvad alacağına dair subminal mesajdı bu?

– Mən bildim ki, bu sözlər qalmaqal yaradacaq. Qalmaqalla sevildi. Ən çox kişilər sevdi. Xanımlar qısqanclıqla qarşıladı, amma kişilərə ləzzət elədi. Yarı belə, yarı elə axır ki, sevilməyi bacardım.

– Ən bahalı mahnıya nə qədər pul vermisiniz?

– 2-3 min, eləsi olub 7 minə başa gəlib.

– Yox. Oxuyurlar. "O qara qıza zəng elə"ni ilk dəfə Habil Əzimov oxuyub, amma mənim ifamda sevildi. Bu ona pis təsir etsə də, acı həqiqət budur, onda sevmədilər. "Çini çaydan" isə Əflatun Qubadovundur. Moskva, Çita, Gürcüstan, Özbəkistanı gəzmişəm bu mahnı ilə.

– Çita dünyanın o başıdır. Ora toya neçəyə getmişdiz?

– Elə baha deyildi. 8 min dollara getmişdim. 10 saat təyyarədə yol getdik.

– Yolunuza daş qoyan olub?

– Tik Tok, Yotube səhifələrimi şikayət edib bağlatdılar. Amma heç kimin gücü çatmadı. Mən sağlam rəqabət aparmışam. Bir xanım var. İstəyir qalmaqal yaratsın. Adını çəksəm, reklam olar. Onu öz trend-brend mahnılarımla məhv eləmişəm.

– Toylar kraliçası kimdir?

– Elə özüm. Elə burdan çıxıb toya gedəcəm.

– Plastik əməliyyat etdirmisiniz?

– Bədən şəkilləndirmə etmişəm. Üzümdə cərrahiyyə əməliyyatı olmayıb. Estetik prosedurlar olub.

– Toylarda qadınlar sizi ərlərinə qısqanıb heç?

– O qədər. Demək olar hər məclisdə bunu yaşayıram. Bir dəfə kişi əlimə 100 manat verdi, arvadı gəlib qolundan tutub dartıb apardı. Dedim, ay xanım, öz ərim var sənin ərin nəyimə lazımdır, sənin yoldaşını qoluma salıb aparası deyiləm. Ata oğlunun toyunda pul səpər də. Son zamanlar qısqananlara heç nə demirəm.

– Bəs kişi fantlarınızla münasibətləriniz necə formalaşıb. İçki məclislərində istər-istəməz xoşagəlməz məqamlar yaşanır.

– O qədər başlarda mikrofon sındırmışam. Kimsə ilişirdi, on qat cavabını verirdim. Stol üstündə çaynik-çaydan qalmırdı, vurub dağıdırdım.
Elə "Çini çaydan" belə yarandı da (gülür). Sonra dedim, bu qədər dava eləsəm, axırı nə olacaq. Xarakterimi dəyişdim. Mühafizəçim yoxdur. Sadəcə toy sahibinə deyirəm ki, qonaq məni incidir.

– Bir ara "kabinet müğənnisi" ifadəsi qalmaqal yaratdı. Kabinetlərdə də oxuyursunuz?

– Əlbəttə. Biz müğənniyik, hara getsək işimizin adı oxumaqdır. Burda ayıb nəsə yoxdur. Naxçıvanda 3 gün gecə toy olub oxumuşam. Getməyək? Kimsə buna ayrı rəng verir, başqa şey düşünürsə öz düşüncəsi kirlidir.

– Sənətinizlə bağlı bundan sonrakı arzunuz nədir?

– Zirvəyə çatmışam. Bəsimdir, bundan o yanası Allaha qalıb.

Kəmalə Günəşlinin həyat yoldaşı GÖRÜN KİM İMİŞ- ŞOK


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3894   Tarix: 16 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada uşaqlara Burak adını verirlər

Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula

19.09.2026 281
.

Dünyanın tanınmış repçisini zorakılıqda ittiham edən qadından ƏCAİB ETİRAF: "Onunla heç vaxt görüşməmişəm"

2024-cü ildə tanınmış repçi Jay-Z-ni (əsl adı Şon Karter) cinsi zorakılıqda ittiham edən qadın irəli sürdüyü iddiaların uydurma olduğunu rəsmən təsdiqləyib. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. "Şon Jay-Z Karter mənə heç vaxt təcavüz etməyib. Mən cənab Karterlə heç vaxt üz-üzə gəlməmişə

27.09.2026 194
.

Əməkdar artist Aygün Bəylərlə küsülülüyünün səbəbini açıqladı: "Xətrini çox istəyirdim, amma..."

Əməkdar artist Münəvvər Əliyeva mərhum Xalq artisti Aygün Bəylərlə illər əvvəl yaşadığı küsülülüyün səbəbini açıqlayıb. Qaynarinfo xəbər verir ki, aktrisa Aygün Bəylərlə Elçinin "Qatil" tamaşasında yaratdığı müəllimə obrazına görə incik düşdüklərini bildirib. Münəvvər Əliyevanın sözlərinə görə

23.09.2026 472
.

9 illik evlilikləri bitir

Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb

13.09.2026 349
.

Rüfət bu yolla arıqlayır

Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir

20.09.2026 352
.

Vəfaya "iPhone 18 Pro Max" hədiyyə olundu, ilk paylaşımını etdi - VİDEO

Vəfa Şərifovaya "iPhone 18 Pro Max" hədiyyə olunub. Ona telefondan əlavə, hədiyyə olaraq gül və şokolad göndərilib. Müğənni həmin anları sosial media hesabında paylaşıb. O bildirib ki, telefonunu dəyişmək fikrində olmayıb. Vəfa Şərifova yeni "iPhone" modellərini ilk əldə edənlər sırasınd

27.09.2026 450
.

Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"

Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub. xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədə

20.09.2026 299
.

Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR

Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"

20.09.2026 822
.

Bunun üçün 1 milyardından keçdi

"BTS" qrupunun üzvü Canqkuk xeyriyyə məqsədilə böyük məbləğdə ianə edib. Axşam.az xəbər verir ki, Cənubi Koreyanın məşhur ifaçısı Seul Milli Uşaq Xəstəxanasına 1 milyard von, təxminən 1 milyon 268 min manat bağışlayıb. Müğənni bildirib ki, vəsait maddi imkanı məhdud ailələrdən olan uşaqları

13.09.2026 324
.