İran geri addım atır, amma müharibə təhlükəsi qalır - ŞOK PROQNOZ
İran ABŞ tərəfindən sanksiyaların yumşaldılması müqabilində uranın zənginləşdirilməsini müvəqqəti dayandırmağa razı olub.
Bu barədə "Al Hadath" telekanalı Pakistandakı mənbələrinə istinadən xəbər verir.
Telekanalın məlumatına görə, bu razılaşma İran-ABŞ danışıqlarında iştirak edən vasitəçilərin köməkliyi sayəsində əldə edilib. Rəsmi Tehran hələlik bu məlumatı şərh etməyib.
Bundan əvvəl, sentyabrın 28-də "Axios" nəşrinin və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid amerikalı rəsmiyə istinadən bildirmişdi ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaları yumşaltmağa və İranın dondurulmuş aktivlərini sərbəst buraxmağa hazırdır.
Onun verdiyi məlumata görə, bu, Tehranın Vaşinqtonun nüvə proqramı ilə bağlı tələblərini yerinə yetirməsi müqabilində mümkündür.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında politoloq Tural İrfan bildirib ki, İran hər vəchlə uranı zənginləşdirməyə çalışır, hətta nüvə silahı düzəltmək arzusundadır:
"Bu dövlətin uranın zənginləşdirilməsini müvəqqəti dayandırması və ABŞ-ın sanksiyaları yumşaltması iki ölkə arasında gərginliyi azalda bilər, lakin münasibətlərin tam normallaşması üçün daha geniş problemlərin həlli tələb olunur. Danışıqların vasitəçilər vasitəsilə aparıldığı qeyd olunur. Bu, tərəflər arasında birbaşa dialoqun çətin olduğunu, lakin pərdəarxası təmasların davam etdiyini göstərir. Razılaşmanın müvəqqəti olması tərəflərin hələlik böyük bir sənədə deyil, qısamüddətli güzəştlərə üstünlük verdiyini göstərir".
Müsahibimiz qeyd edib ki, ümumiyyətlə durum gərgin olaraq qalır:
"Uranın zənginləşdirilməsinin dayandırılması və sanksiyaların yumşaldılması hər iki tərəf üçün müsbət başlanğıc ola bilər, lakin bu, tam normallaşma demək deyil. Bununla yanaşı sanksiyaların yüngülləşməsi İran iqtisadiyyatına müvəqqəti nəfəs verə bilər. İki ölkə arasında problemlər təkcə uranın zənginləşdirilməsi ilə bitmir. İranın regional siyasəti, yaxın şərqdəki qüvvələrə dəstəyi və raket proqramı ABŞ üçün əsas narahatlıq doğuran məsələlərdir. Vaşinqton və Tehran arasında illərdir davam edən etimadsızlıq səbəbindən hər hansı bir müvəqqəti razılaşma asanlıqla pozula bilər. Ümumiyyətlə bu kimi müvəqqəti razılaşmalar tərəflərin yeni strategiya seçməsinə müddət qazanmaq xarakteri daşıyır".
Analitikin fikrincə, İsrailin İrana qarşı əsla barışmaz və kompromissiz qəti mövqeyi və ABŞ-a bu mövzuda kifayət qədər təsiri müharibənin qaçılmaz olduğunu xəbər verir:
"Lakin müvafiq strategiya və münbit zaman üçün bu cür müvəqqəti razılıqlar ola bilər. Problemin danışıqlar və razılaşmalar yolu ilə tam həll edilməsi isə hələ ki, mümkünsüz görünür".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1081 Tarix: 29 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?
Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib
13.11.2026 315 "Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"
Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula
13.11.2026 405 "Texnologiya nəhəngi"nin eşq qalmaqalı onu vəzifəsindən etdi
Süni intellekt və çip texnologiyaları nəhəngi Censen Huanqın dövrü başa çatıb. "Nvidia"nın Direktorlar şurası şirkətin həmtəsisçisi olan Huangın rəhbər, baş direktor və idarə heyətinin üzvü vəzifələrindən istefa verdiyini açıqlayıb. Daimi baş direktor təyin olunana qədər bu vəzifəni hazırk
13.11.2026 353 Azərbaycanda 13-cü maaş verilə bilər? - AÇIQLAMA
Bəzi ölkələrdə işçilərə ilin sonunda əlavə olaraq 13-cü maaşın verilməsi qanunla məcburi hesab olunur. Braziliya, Filippin, Yunanıstan, İspaniya və Portuqaliya kimi ölkələrdə 13-cü maaş qanunvericiliklə təmin edilir. 14-cü maaşın da ödənildiyi ölkələr də var. Azərbaycanda 13-cü maaşın verilməsi müzakir
13.11.2026 428 Zaxarova Ermənistanın KTMT ilə bağlı iddialarını təkzib edib
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanın müraciətlərinə cavab olaraq guya susması ilə bağlı açıqlaması uydurmadır. xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova " "ya açıqlamasınd
13.11.2026 240 Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13.11.2026 271 Müəlliflik hüququnu pozanları hansı cəza gözləyir? - Cərimə və həbs
Azərbaycan Respublikasında elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə bağlı yaranan müəlliflik hüququ münasibətləri, eləcə də ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin istifadəsi ilə əlaqədar yaranan əlaqəli hüquqlar "Müəlliflik hüquq
13.11.2026 247 Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını
13.11.2026 261 Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"
"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB
13.11.2026 322