Əməkdar artist Aygün Bəylərlə küsülülüyünün səbəbini açıqladı: "Xətrini çox istəyirdim, amma..."
Əməkdar artist Münəvvər Əliyeva mərhum Xalq artisti Aygün Bəylərlə illər əvvəl yaşadığı küsülülüyün səbəbini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, aktrisa Aygün Bəylərlə Elçinin "Qatil" tamaşasında yaratdığı müəllimə obrazına görə incik düşdüklərini bildirib.
Münəvvər Əliyevanın sözlərinə görə, Aygün Bəylər onun ən yaxın rəfiqəsi olub. Lakin "Qatil" tamaşasından yayılan fotolar onların münasibətlərində narazılığa səbəb olub.
Aktrisa həmin günləri belə xatırlayıb:
"Xalq artisti Aygün Bəylər ən yaxın rəfiqəm idi. Allah ona rəhmət eləsin. "Qatil" tamaşasından şəkillərimə baxıb hirsləndi. O zaman tamaşadan fotolar sosial şəbəkələrdə çox paylaşılmışdı. Dedi ki, "Niyə belə rollar oynayırsan? Bu, düzgün deyil. Sən dost-tanış, qohum-əqrəba düşünmürsən?".
Onun xətrini çox istəyirdim, amma sözümü dedim və onunla bir müddət küsülü qalmalı oldum. Dedim ki, mən bu sənəti seçəndə, xüsusilə də mənim dövrümdə, çox böyük çətinliklərdən keçmişəm. Ailəm, qardaşım bu sənətə gəlməyimə razı deyildi. Mən bu peşəyə gələn yolda çox şeydən keçməli oldum, müəyyən mənada qurbanlar verdim".
Münəvvər Əliyeva bu gün də belə obrazları canlandırmaqdan çəkinmədiyini bildirib.
Qeyd edək ki, Əməkdar artist Münəvvər Əliyeva bu barədə "Teleqraf"a müsahibəsində danışıb.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPol Uokerin qardaşından "Forsaj" etirazı
Mərhum aktyor Pol Uokerin qardaşı Kodi Uoker onun canlandırdığı "Brayan O'Konnor" obrazının "Forsaj"ın final filmində geri qayıtmasına qarşı olduğunu açıqlayıb. Axşam.az xəbər verir ki, Kodi Uoker "Entertainment Weekly"yə açıqlamasında obrazın əvvəlki filmdəki taleyində
12.09.2026 286 Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO
Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib
19.09.2026 255 "Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"
Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) oğlu Tuğberk Yağız Gülter uzun aradan sonra səssizliyini pozub. Axşam.az xəbər verir ki, Tuğberk məhkəmədə Güllünün qızı Tuğyan Ülkem Gülterin qardaşı kimi yox, anasının oğlu kimi iştirak edəcəyini vurğulayıb:. "Məhkəməy
13.09.2026 394 Rüfət bu yolla arıqlayır
Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir
20.09.2026 311 Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub. xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədə
20.09.2026 247 Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR
Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Müğənninin görüntüsü çox bəyənilib. Ona xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik:
13.09.2026 862 Ece Seçkin ana olacaq
Türkiyəli müğənni Ece Seçkin ana olacaq. Axşam.az xəbər verir ki, ifaçı 3,5 aylıq hamilədir. Qeyd edək ki, Ece 2021-ci ildə Çağrı Terlemezlə ailə qurub
09.09.2026 401 Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )
20.09.2026 733 Həmin obraz ona verilmişdi - Etirazlardan sonra dəyişiklik
Xəbər verdiyimiz kimi, aktyor Serhat Mustafa Kılıçın ölümündən sonra "Teşkilat"dakı rolu həmkarı Savaş Özdemirə həvalə edilib. Axşam.az-ın məlumatına görə, sosial media izləyiciləri yayım şirkətinin bu addımını tənqid edib və Serhatın ruhuna hörmətsizlik kimi qəbul ediblər. Onlar səhhətindək
13.09.2026 439