İllərlə işləyir, amma pensiya ala bilmir - 220 manatlıq müavinətin səbəbi AÇIQLANDI

İllərlə işləyir, amma pensiya ala bilmir - 220 manatlıq müavinətin səbəbi AÇIQLANDIAzərbaycanda müəyyən kateqoriyalara aid şəxslərə sosial yardım məqsədilə aylıq və birdəfəlik müavinətlər ödənilir. Müavinətlərin təyin olunması və ödənilməsi qanunvericiliklə müəyyən edilmiş qaydalar əsasında həyata keçirilir.

Sosial müavinət almaq hüququ Azərbaycan vətəndaşları ilə yanaşı, beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmadığı təqdirdə, ölkə ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil olunur. Dövlət qulluqçularına ömürlük müavinət bu qaydadan istisnadır.
Qanunvericilikdə əmək qabiliyyətli olmayan şəxslər sırasında əlilliyi olan şəxslər, əmək pensiyası üçün müəyyən edilmiş yaş həddinə çatmış şəxslər, eləcə də vəfat etmiş şəxsin müəyyən kateqoriyaya aid övladları nəzərdə tutulur.

Bəs aylıq müavinət əhalinin ehtiyacı olan kəsiminin nə qədərinə çatır?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında iqtisadi ekspert Asif İbrahimov bildirib ki, Azərbaycanda sosial müavinətlər məsələsinə yalnız dövlətin müəyyən kateqoriyalara nə qədər vəsait ödəməsi prizmasından baxmaq kifayət deyil:

İllərlə işləyir, amma pensiya ala bilmir - 220 manatlıq müavinətin səbəbi AÇIQLANDI"Burada daha fundamental məsələ var: niyə əmək fəaliyyəti göstərmiş və pensiya yaşına çatmış insanların bir hissəsi əmək pensiyası hüququ qazana bilmir və nəticədə sosial müavinət sisteminə keçir? Mövcud qanunvericiliyə görə, yaşa görə əmək pensiyası hüququ üçün iki əsas mexanizm nəzərdə tutulur. Şəxsin fərdi hesabında qeydə alınmış pensiya kapitalı minimum əmək pensiyası məbləğində pensiya təminatına imkan verirsə, sığorta stajından asılı olmayaraq pensiya təyin edilir. Kapital bu imkanı yaratmırsa, müəyyən edilmiş sığorta stajı tələbi tətbiq olunur. 2026-cı ildə minimum əmək pensiyası 320 manatdır. Burada problem yalnız qanunda müəyyən edilmiş şərtlərlə məhdudlaşmır. Məsələ həm də əmək bazarının və sosial sığorta sisteminin necə qurulması ilə bağlıdır. İnsan uzun illər faktiki işləyə bilər, lakin əmək münasibətlərinin rəsmiləşdirilməməsi, aşağı rəsmi əməkhaqqı, sosial sığorta haqlarının tam ödənilməməsi və əmək fəaliyyətində yaranan fasilələr onun fərdi hesabında kifayət qədər pensiya kapitalının formalaşmasına mane ola bilər. Nəticədə insan əmək qabiliyyətli dövrdə işləsə də, pensiya yaşına çatanda əmək pensiyası hüququ qazana bilmir. Bu zaman sosial siyasətin digər mexanizmi işə düşür".

Müsahibimiz qeyd edib ki, əmək pensiyası hüququ olmayan və işləməyən yaşlı şəxsə yaşa görə sosial müavinət təyin edilir:

"2026-cı ildə bu müavinətin məbləği 220 manat, minimum əmək pensiyasının məbləği isə 320 manatdır. Bu fərq sosial siyasətin mahiyyətinə dair mühüm məsələni ortaya qoyur. Əgər insanın pensiya sistemindən kənarda qalmasının səbəbi əmək fəaliyyəti dövründə kifayət qədər sosial sığorta kapitalının formalaşmamasıdırsa, yalnız pensiya yaşına çatdıqdan sonra ona sosial müavinət təyin etmək problemin nəticəsini kompensasiya edir. Problemin özü isə daha əvvəl - əmək bazarında, əmək münasibətlərinin rəsmiləşdirilməsində, əməkhaqqının bəyan edilməsində və sosial sığorta ödənişlərinin formalaşmasında yaranır".

Asif İbrahimovun sözlərinə görə, sosial müavinət insanı dəstəkləyən vacib mexanizmdir, amma əmək pensiyasının alternativinə çevrilməməlidir:

"Əmək pensiyası insanın əmək fəaliyyəti və sosial sığorta sistemində formalaşan hüququdur. Sosial müavinət isə əmək pensiyası hüququ olmayan müəyyən kateqoriyalara dövlət büdcəsi hesabına göstərilən sosial dəstəkdir. Ona görə də sosial siyasətin əsas məqsədlərindən biri insanları əmək fəaliyyəti dövründə sosial sığorta sisteminə maksimum dərəcədə daxil etmək olmalıdır. İnsan işləyirsə, onun əmək fəaliyyəti rəsmiləşdirilməli, real gəliri sosial sığorta sistemində əks olunmalı və gələcək pensiya təminatı formalaşmalıdır. Burada xüsusilə qeyri-formal məşğulluq məsələsi əhəmiyyətlidir. Çünki insanın bu gün aldığı və rəsmi bəyan olunan əməkhaqqı ilə sabah formalaşacaq pensiya təminatı arasında birbaşa əlaqə var. Digər tərəfdən, yaşa görə əmək pensiyasına çıxışı müəyyən edən şərtlər və keçid normaları vətəndaş üçün kifayət qədər mürəkkəb sistem yaradır. Pensiya kapitalı, sığorta stajı və müxtəlif keçid mexanizmləri birlikdə nəzərə alınır. Məsələn, 2006-cı ilədək olan sığorta stajının hesablanması ilə bağlı güzəştli mexanizm 2026-cı ildən etibarən hər il bir il azaldılmaqla tətbiq edilir. Bu səbəbdən sosial müavinətlərə dair müzakirəni yalnız "nə qədər vəsait ödəyirik?" sualı üzərində qurmaq düzgün deyil. Əsas sual budur: əmək qabiliyyətli insanın əmək fəaliyyəti dövründə onun gələcək pensiyasını təmin edən sosial sığorta hüquqları nə dərəcədə formalaşır"?

Ekspert vurğulayıb ki, əgər insan ömrünün böyük hissəsini işləyir, lakin pensiya yaşına çatanda əmək pensiyası hüququ qazana bilmirsə, bunu yalnız həmin şəxsin fərdi problemi kimi qiymətləndirmək olmaz:

"Bu məsələ əmək bazarının, sosial sığorta sisteminin və pensiya siyasətinin birlikdə qiymətləndirilməsini tələb edir. Burada daha bir mühüm məsələ ortaya çıxır: sosial müavinətlər və sosial yardım ümumilikdə ehtiyacı olan əhalinin nə qədərini əhatə edir? Bu sualı cavablandırarkən "sosial müavinət alanlar"la "ehtiyacı olan əhali"ni eyni anlayış kimi götürmək olmaz. Çünki yaşa, əlilliyə və ailə başçısını itirməyə görə müavinətlər müəyyən sosial statusa əsasən təyin edilir və bu ödənişləri alan bütün şəxsləri aztəminatlı əhali hesab etmək düzgün deyil. Aztəminatlı əhalinin əhatəsi baxımından daha uyğun göstərici ünvanlı dövlət sosial yardımının əhatəsidir. 2025-ci ildə Azərbaycanda 76 min aztəminatlı ailənin 336 min üzvü ünvanlı dövlət sosial yardımı alıb. Həmin il dövlət büdcəsi hesabına müxtəlif müavinətlər üzrə 529 min nəfərə 1,2 milyard manat ödənilib. Lakin 529 min nəfərin hamısını ehtiyacı olan əhali kimi təqdim etmək metodoloji baxımdan düzgün olmaz. Çünki bu qrupun daxilində sosial statusuna görə müavinət alan şəxslər də var. Ünvanlı sosial yardımda isə yanaşma daha konkretdir: ailənin adambaşına orta aylıq gəliri müəyyən edilmiş ehtiyac meyarından aşağı olduqda ailəyə yardım təyin edilir və yardım məbləği ailənin gəliri ilə ehtiyac meyarının məcmusu arasındakı fərq əsasında hesablanır. Ona görə də "Azərbaycanda ehtiyacı olan əhalinin neçə faizi aylıq müavinət alır?" sualına bütün müavinət növlərini birləşdirərək konkret faiz demək düzgün deyil. Bunun üçün aztəminatlı əhalinin ümumi sayı ilə sosial yardım alanların sayı eyni metodologiya əsasında müqayisə edilməlidir".

Asif İbrahimov əlavə edib ki, dünya təcrübəsində də sosial müdafiənin əsas problemi yalnız ödənişlərin həcmi deyil, əhatə dairəsi və adekvatlığıdır:

"Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, 2023-cü ildə dünya əhalisinin 52,4 faizi ən azı bir sosial müdafiə ödənişi ilə effektiv şəkildə əhatə olunub. Digər 47,6 faiz isə heç bir sosial müdafiə təminatına malik olmayıb. Daha dar mənada sosial yardıma baxdıqda, həssas əhalinin qlobal miqyasda yalnız 37,3 faizi sosial yardım ödənişləri ilə əhatə olunub. Dünya Bankının 2025-ci il məlumatları da göstərir ki, aşağı və orta gəlirli ölkələrdə təxminən 2 milyard insan sosial müdafiə ilə ya əhatə olunmur, ya da kifayət qədər əhatə olunmur. Bu isə göstərir ki, sosial müdafiə sistemlərində əsas məsələ yalnız benefisiarların sayını artırmaq deyil, ehtiyacı olan insanları düzgün müəyyənləşdirmək və onlara kifayət qədər dəstək verməkdir. Azərbaycan üçün də sosial siyasətin effektivliyini üç əsas göstərici ilə qiymətləndirmək daha məqsədəuyğundur: birincisi, ehtiyacı olan əhalinin neçə faizinin sistemə daxil olması; ikincisi, verilən müavinətin həmin şəxsin və ya ailənin real gəlir çatışmazlığının hansı hissəsini kompensasiya etməsi; üçüncüsü isə sosial yardım alan əmək qabiliyyətli şəxslərin nə dərəcədə məşğulluğa və davamlı gəlir mənbəyinə keçə bilməsidir".

Müsahibimiz hesab edir ki, sosial dövlətin məqsədi yalnız pensiya hüququ olmayan insanlara müavinət ödəmək və ya aztəminatlı ailələrə yardım göstərmək olmamalıdır:

'Daha mühüm məqsəd insanın əmək fəaliyyəti dövründə onun gələcək sosial təminatını formalaşdırmaqdır. Bu baxımdan sosial müavinət son müdafiə mexanizmi, ünvanlı sosial yardım ehtiyaca əsaslanan dəstək, əmək pensiyası isə uzunmüddətli sosial sığorta sisteminin nəticəsi olmalıdır. İnsan əmək qabiliyyətli olduğu dövrdə sistemə daxil olur, rəsmi işləyir, sosial sığorta haqqı ödəyir və bunun müqabilində gələcək pensiya hüququ formalaşırsa, sosial siyasət öz əsas funksiyasını yerinə yetirmiş olur. Əsas məsələ dövlətin nə qədər müavinət ödəməsi deyil. Əsas məsələ odur ki, insan niyə müavinət alan vəziyyətə düşür, niyə əmək pensiyası hüququ qazana bilmir və sosial müdafiə sistemi onun gələcək təminatını əmək fəaliyyəti dövründə nə dərəcədə formalaşdıra bilir".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1104   Tarix: 29 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?

Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib

13.11.2026 315
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 405
.

"Texnologiya nəhəngi"nin eşq qalmaqalı onu vəzifəsindən etdi

Süni intellekt və çip texnologiyaları nəhəngi Censen Huanqın dövrü başa çatıb. "Nvidia"nın Direktorlar şurası şirkətin həmtəsisçisi olan Huangın rəhbər, baş direktor və idarə heyətinin üzvü vəzifələrindən istefa verdiyini açıqlayıb. Daimi baş direktor təyin olunana qədər bu vəzifəni hazırk

13.11.2026 353
.

Azərbaycanda 13-cü maaş verilə bilər? - AÇIQLAMA

Bəzi ölkələrdə işçilərə ilin sonunda əlavə olaraq 13-cü maaşın verilməsi qanunla məcburi hesab olunur. Braziliya, Filippin, Yunanıstan, İspaniya və Portuqaliya kimi ölkələrdə 13-cü maaş qanunvericiliklə təmin edilir. 14-cü maaşın da ödənildiyi ölkələr də var. Azərbaycanda 13-cü maaşın verilməsi müzakir

13.11.2026 428
.

Zaxarova Ermənistanın KTMT ilə bağlı iddialarını təkzib edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanın müraciətlərinə cavab olaraq guya susması ilə bağlı açıqlaması uydurmadır. xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova " "ya açıqlamasınd

13.11.2026 240
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 271
.

Müəlliflik hüququnu pozanları hansı cəza gözləyir? - Cərimə və həbs

Azərbaycan Respublikasında elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə bağlı yaranan müəlliflik hüququ münasibətləri, eləcə də ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin istifadəsi ilə əlaqədar yaranan əlaqəli hüquqlar "Müəlliflik hüquq

13.11.2026 247
.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını

13.11.2026 261
.

Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"

"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB

13.11.2026 322
.