90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Təxminən 90 min əhalisi olan kiçik Avropa dövləti Andorra işçi qüvvəsi çatışmazlığı ilə üzləşib və xarici vətəndaşları fəal şəkildə işə cəlb etməyə başlayıb. Bəzi sahələrdə orta əməkhaqqı 5000 avroya yaxınlaşır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Fransa ilə İspaniya arasında yerləşən Andorra yüksək həyat səviyyəsi, nisbətən aşağı vergilər və Avropa ortalamasından yüksək maaşları ilə seçilir.
2026-cı ilin mayında ölkədə orta aylıq əməkhaqqı 2760 avroya çatıb. Bu göstərici bir il ərzində 7,7 faiz artıb.
Maliyyə sektorunda orta aylıq gəlir təxminən 4972 avro, enerji sahəsində isə 3608 avro təşkil edir. Otel və restoran sektorunda orta maaş 2152 avroya, kənd təsərrüfatında isə təxminən 2000 avroya çatır.
Andorrada xüsusilə səhiyyə, təhsil, yaşlılara və xəstələrə qulluq, məişət xidmətləri və ictimai nəqliyyat sahələrində işçi çatışmazlığı hiss olunur.
Turizm sektorunda da çox sayda vakansiya mövcuddur. 2026-cı ildə ölkə hakimiyyəti mehmanxana və restoranlarda işləmək üçün əlavə iş icazələri ayırıb.
Ən çox tələbat olan peşələr arasında ofisiantlar, mehmanxana otaqlarının təmizliyi ilə məşğul olan işçilər və aşpazlar yer alır.
Xaricdən işçi cəlb etmək məqsədilə Andorra yeni pilot proqram da həyata keçirəcək. 2026-cı ilin dekabrından 2027-ci ilin avqustuna qədər olan dövr üçün 450 iş icazəsinin verilməsi nəzərdə tutulur.
Bu proqramın ölkədə işçi çatışmazlığını azaltmağa və ənənəvi turizm mövsümündən kənar dövrdə də turizm sektorunun fəaliyyətini dəstəkləməyə kömək edəcəyi gözlənilir.
Məlumata görə, xarici işçilərə də sosial təminatlar verilir. İş həftəsi 40 saat təşkil edir, işçilər ildə 30 gün məzuniyyət hüququna malikdirlər və CASS sosial müdafiə sistemi ilə əhatə olunurlar.
İşçinin sosial sığorta ödənişi 6,5 faiz təşkil edir.
İllik gəliri 24 min avroya qədər olan şəxslərdən gəlir vergisi tutulmur. Ölkədə gəlir vergisinin maksimum dərəcəsi isə 10 faizdir.
Andorra Avropa İttifaqının üzvü deyil. Buna görə də xarici vətəndaşların ölkədə işləməsi üçün iş icazəsi alması tələb olunur.
Avropa İttifaqı ölkələrinin vətəndaşları üçün prosedurlar daha sadədir. Fransa, İspaniya və Portuqaliya vətəndaşları isə ikitərəfli razılaşmalar sayəsində əlavə üstünlüklərə malikdirlər.
Qeyd edək ki, Andorranın paytaxtı Andorra-la-Velya Avropanın ən yüksəklikdə yerləşən paytaxtlarından biridir. Şəhərdə nə hava limanı, nə də dəmir yolu stansiyası var.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 877 Tarix: 28 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?
Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib
13.11.2026 315 "Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"
Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula
13.11.2026 405 "Texnologiya nəhəngi"nin eşq qalmaqalı onu vəzifəsindən etdi
Süni intellekt və çip texnologiyaları nəhəngi Censen Huanqın dövrü başa çatıb. "Nvidia"nın Direktorlar şurası şirkətin həmtəsisçisi olan Huangın rəhbər, baş direktor və idarə heyətinin üzvü vəzifələrindən istefa verdiyini açıqlayıb. Daimi baş direktor təyin olunana qədər bu vəzifəni hazırk
13.11.2026 353 Azərbaycanda 13-cü maaş verilə bilər? - AÇIQLAMA
Bəzi ölkələrdə işçilərə ilin sonunda əlavə olaraq 13-cü maaşın verilməsi qanunla məcburi hesab olunur. Braziliya, Filippin, Yunanıstan, İspaniya və Portuqaliya kimi ölkələrdə 13-cü maaş qanunvericiliklə təmin edilir. 14-cü maaşın da ödənildiyi ölkələr də var. Azərbaycanda 13-cü maaşın verilməsi müzakir
13.11.2026 428 Zaxarova Ermənistanın KTMT ilə bağlı iddialarını təkzib edib
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanın müraciətlərinə cavab olaraq guya susması ilə bağlı açıqlaması uydurmadır. xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova " "ya açıqlamasınd
13.11.2026 240 Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13.11.2026 271 Müəlliflik hüququnu pozanları hansı cəza gözləyir? - Cərimə və həbs
Azərbaycan Respublikasında elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə bağlı yaranan müəlliflik hüququ münasibətləri, eləcə də ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin istifadəsi ilə əlaqədar yaranan əlaqəli hüquqlar "Müəlliflik hüquq
13.11.2026 247 Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını
13.11.2026 261 Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"
"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB
13.11.2026 322