Pentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı

Pentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandıABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər.

Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 min vəfat etmiş şəxsin məlumatları ələ keçirilib. İcazəsiz girişin 2025-ci ilin oktyabrından 2026-cı ilin iyulunadək davam etdiyi bildirilir.

Hücum Müdafiə Nazirliyinin Kadr Məlumatları Mərkəzinin informasiya sistemində baş verib. Hadisə müəyyənləşdirildikdən sonra sistemdəki boşluğun dərhal aradan qaldırıldığı açıqlanıb.

Sözügedən mərkəz Pentaqonun əsas məlumat bazalarından biri hesab olunur. Burada həqiqi hərbi xidmət keçənlər, ehtiyatda olanlar, mülki əməkdaşlar, podratçılar, təqaüdçülər, veteranlar və hərbçilərin ailə üzvləri barədə 60 milyondan çox qeyd saxlanılır.

Pentaqon oğurlanan məlumatlardan zərərli məqsədlərlə istifadə edildiyinə dair hələlik sübut aşkarlanmadığını bildirib. Hadisə ABŞ Federal Təhqiqatlar Bürosunun işə qəbul portalına hücum barədə xəbərdarlığından bir neçə gün sonra açıqlanıb. Hakerin FTB əməkdaşlarının adlarını, ev ünvanlarını, əlaqə vasitələrini və sosial sığorta nömrələrini yaymaqla hədələdiyi qeyd olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 81   Tarix: 29 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi

Müğənni Damla oğlu İbrahimi Amerikaya yola salıb. Axşam.az xəbər verir ki, sənətçi həmin anları əks etdirən video yayımlayıb. Oğlu ilə birlikdə səfər edə bilməyən Damla ona uğurlar arzulayıb:. "Mənim ağıllı, yaraşıqlı oğlum, bu gün sən gələcəyin üçün önəmli addım atırsan. Səni xaricə yola salarkə

17:08 135
.

Lənkəranda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. 3,4 maqnitudalı yeraltı təkan, 25 km dərinlikdə, yerli vaxtla 15:50-də baş verib

16:23 124
.

Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, S.Mehbalı b

14:33 235
.

Sabah da yağış yağacaq

Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

12:55 182
.

Ekspert: Vaşinqton Ukrayna məsələsində mövqeyini dəyişir

ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenskini Ukrayna böhranının həlli ilə bağlı Rusiya ilə danışıqları bərpa etmək üçün Moskvaya səfər etməyə çağırması Vaşinqtonun Ukraynadakı münaqişə ilə bağlı mövqeyində dəyişiklik olduğunu göstərir. xəbər verir ki, bunu Türkiyəli xarici siyasə

12:05 159
.

Bakıda sirkə turşusundan zəhərlənən kişi öldü

Bakıda kişi sirkə turşusundan zəhərlənərək ölüb. -ın xəbərinə görə, hadisə gecəyarı saat 4 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib. 49 yaşlı Yasim Gürzalı oğlu Quliyev yaşadığı evdə sirkə turşusundan zəhərlənib. Xəstəxanaya yerləşdirilən Y. Quliyev orada ölüb. Araşdırma aparılır

18:30 1
.

İİKK sözçüsü ABŞ-ın xarici siyasətini tənqid edib

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sözçüsü Hüseyn Mohebi "İİKK-nın Amerika xalqına müraciəti" adlı mətbuat konfransında ABŞ-ın xaricdə həyata keçirdiyi hərbi kampaniyaların amerikalıların dünyada özlərini təhlükəsiz hiss etməməsinə səbəb olduğunu bildirib. xəbər verir ki, bu barəd

11:33 147
.

Qarabağın Yenidən İnteqrasiyası: Süni İntellektlə "Ağıllı" İnteqrasiya və İnkişaf İmkanları

"Dövlətimizin Qarabağ regionunun bərpa və inkişaf prosesində süni intellekt (Sİ) texnologiyalarından strateji şəkildə istifadə etməsi regionun yalnız yenidən qurulmasına deyil, gələcəkdə dünyanın ən müasir və "ağıllı" məkanlarından birinə çevrilməsinə imkan yarada bilər". Bunu BİG.AZ-

15:10 140
.

Çindən Putin, Si Cinpin və Trampın üçtərəfli görüşü ilə bağlı açıqlama

Çin Xarici İşlər Nazirliyinin Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində üçtərəfli görüşün keçirilməsi ehtimalı ilə bağlı hələlik məlumatı yoxdur. xəbər verir ki, bunu Çin Xaric

11:49 155
.