2100-cü ilə qədər supervulkan püskürməsi ehtimalı var? - Dünya böyük bir fəlakətlə üzləşə bilər

2100-cü ilə qədər supervulkan püskürməsi ehtimalı var? - Dünya böyük bir fəlakətlə üzləşə bilər1815-ci ildə İndoneziyada yerləşən Tambora vulkanın bir neçə gün davam edən püskürməsi Sumbava, Lombok və Bali adalarında təxminən 120 min insanın ölümünə səbəb olub.

Qaynarinfo xəbər verir ki, tarixin ən güclü vulkanik püskürmələrindən biri hesab edilən bu hadisə qlobal təsirlərə yol açıb. Püskürmə nəticəsində atmosferə yayılan aerozollar Günəş işığını əks etdirərək üç il davam edən "vulkanik qış" yaradıb.

Bu fəlakətin ən nəzərəçarpan təsirləri 1816-cı ildə müşahidə edilib. Orta temperatur normaldan 3 dərəcə aşağı düşüb, mülayim iqlimə malik bölgələrdə belə yay aylarında qar yağıb, bəzi yerlərdə güclü yağışlar qeydə alınıb və Günəş işığı demək olar ki, görünməz olub. Xüsusilə Şimali Yarımkürədə kənd təsərrüfatına ciddi ziyan dəyib, məhsuldarlıq kəskin azalıb və genişmiqyaslı aclıq baş verib.

CNN-in xəbərinə görə, oxşar bir fəlakət yenidən baş verə bilər. Cenevrə Universitetindən iqlim mütəxəssisi Markus Stoffelin sözlərinə görə, 2100-cü ilə qədər yeni bir supervulkan püskürməsi ehtimalı 1/6-dir. Daha da narahatverici məqam isə insanlığın bu cür hadisəyə qarşı heç bir hazırlıq planının olmamasıdır.

Əsas narahatlıq doğuran amil püskürən vulkanlardan yayılan kükürd dioksid qazıdır. Bu qaz atmosferə qalxdıqda troposfer və stratosferə çataraq Günəş işığını udan və onu yenidən kosmosa əks etdirən kiçik aerozol hissəciklərinə çevrilir. Bu proses qlobal temperaturun aşağı düşməsinə səbəb olur və aerozollar atmosferdə bir neçə il qala bilər. Məsələn, 1991-ci ildə Filippindəki Pinatubo vulkanın püskürməsi Yer kürəsinin orta temperaturunu 0,5 dərəcə azaltmışdı. Üstəlik, bu püskürmə "böyük" hesab edilmir.

Alimlər xəbərdarlıq edirlər ki, qədim vulkanların daha şiddətli püskürmələri bundan da ciddi temperatur enişlərinə səbəb ola bilər. Temperaturun azalması ilə yanaşı, yağışların miqdarında da ciddi azalma gözlənilir. Bu, Afrika və Asiya üçün həyati əhəmiyyət kəsb edən musson yağışlarının da zəifləməsinə gətirib çıxara bilər. Nəticədə məhsuldarlıq kəskin şəkildə azalacaq və bu, ciddi qlobal böhrana səbəb olacaq. Belə bir hadisə iqtisadi çöküşə və mənbələr uğrunda artan gərginliklərə yol aça bilər.

Mütəxəssislər siyasətçiləri potensial supervulkan püskürməsinin fəsadlarını minimuma endirə biləcək planlar hazırlamağa çağırırlar. Eyni zamanda, Yer kürəsindəki 1600 aktiv səth vulkanından hansının belə bir fəlakətə səbəb ola biləcəyini müəyyən etmək üçün elmi araşdırmalar davam edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 972   Tarix: 12 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki

17.11.2026 512
.

Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı

Sumqayıtda qadın binadan yıxılıb. xəbər verir ki, İlhamə Məmmədova yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. Nəticədə qadın ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, İlhamə Məhəmmədqızı Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür

17.11.2026 265
.

Kirayə evdə qırılan əşyanın pulunu kim ödəməlidir?

Kirayə götürülən evdə hər hansı əşya qırıldıqda, ev sahibi çox vaxt onun pulunu və ya təmir edilməsini kirayəçidən tələb edir. Bəs qanunvericilik bu məsələni necə tənzimləyir? Əşya oğurlandıqda və ya sıradan çıxdıqda məsuliyyət kimin üzərinə düşür?. Vəkil Turan Abdullazadə -a bildirib ki, ilk növbəd

17.11.2026 402
.

Sabah hava necə olacaq?

Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağ

17.11.2026 315
.

Ağdamın azad olunmasından 6 il: Tarixi Zəfərdən Böyük Qayıdışa uzanan yol

20 Noyabr Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik günlərdən biridir. Bu tarix 2020-ci ildə Ağdam rayonunun Ermənistanın işğalından azad edilərək Azərbaycana qaytarılmasının ildönümüdür. Ağdamın azad olunması Azərbaycanın hərbi-siyasi qüdrətinin, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin v

17.11.2026 306
.

"Cəhənnəm qapıları" aşkarlandı - Bu qorxunc qəbiristanlıqda nə gizlənir?

İrlandiyanın Roskommon qraflığında yerləşən Ratkroqan qədim abidələri və sirli əfsanələri ilə diqqət çəkir. Təxminən 5500 illik tarixə malik bu ərazidə aparılan geofiziki tədqiqatlar torpağın altında bir-birini qismən örtən mürəkkəb tikili izlərini üzə çıxarıb. xarici mediaya istinadla xəbər verir ki

17.11.2026 248
.

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilini

17.11.2026 320
.

17 Noyabr - Azərbaycanın müstəqilliyə gedən yolunun mühüm mərhələsi

17 Noyabr - Milli Dirçəliş Günü xalqımızın milli oyanışının və müstəqil dövlətçilik iradəsinin təcəssümüdür. Bu tarix Azərbaycanın müasir siyasi tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qalıb. Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Onun sözlərinə görə

17.11.2026 283
.

Bütün rəqiblərini geridə qoydu: dünyanın ən güclü smartfonu AÇIQLANDI

AnTuTu platformasının oktyabr ayı üzrə hazırladığı ən güclü Android smartfonları reytinqinin lideri məlum olub. Honor Win 2 modeli yüksək performansı, güclü batareyası və kamera imkanları ilə rəqiblərini geridə qoyub. xarici mediaya istinadən xəbər verir ki, Honor Win 2 2026-cı ilin oktyabr ayı üzr

17.11.2026 258
.