"Cəhənnəm qapıları" aşkarlandı - Bu qorxunc qəbiristanlıqda nə gizlənir?

"Cəhənnəm qapıları" aşkarlandı - Bu qorxunc qəbiristanlıqda nə gizlənir?İrlandiyanın Roskommon qraflığında yerləşən Ratkroqan qədim abidələri və sirli əfsanələri ilə diqqət çəkir. Təxminən 5500 illik tarixə malik bu ərazidə aparılan geofiziki tədqiqatlar torpağın altında bir-birini qismən örtən mürəkkəb tikili izlərini üzə çıxarıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 6,5 kvadratkilometrlik ərazidə 266 abidə müəyyənləşdirilib. Onların arasında kurqanlar, dəmir dövrünə aid istehkamlar, oqam yazılı daşlar və müqəddəs sayılan quyular var.

Ərazinin ən məşhur məkanlarından biri "Cəhənnəm qapısı" adlandırılan Oveynaqat mağarasıdır. Qədim inanclara görə, yeraltı aləmin varlıqları məhz buradan insanların dünyasına keçirmiş.

Kralların tac qoyduğu və dəfn olunduğu məkan

Ratkroqan qədim İrlandiyada hakimiyyət, mərasim və dəfn mərkəzlərindən biri olub. Burada tacqoyma mərasimləri, toylar, dəfnlər və ictimai toplantılar keçirilib. Ölkənin üç qədim kral dəfn mərkəzindən biri hesab olunan ərazidə təxminən 40 kurqan aşkarlanıb.

Ratkroqan Turizm Mərkəzinin bələdçisi və elmi assistenti Eleyn Konroyun sözlərinə görə, buranı sadəcə sarayın yerləşdiyi ərazi kimi təsəvvür etmək düzgün deyil. İnsanlar burada bayramlar, toylar və razılaşmaların bağlanması kimi müxtəlif səbəblərlə bir araya gəliblər.

Ərazi İrlandiya ədəbiyyatında da mühüm yer tutur. Konnakt hökmdarı kraliça Medbin yürüşündən bəhs edən "Tain Bo Kuailnge" dastanı Ratkroqanda başlayır və burada da başa çatır.

Nəhəng kurqanın altında naməlum tikililər

Ərazidəki ən böyük abidələrdən biri eni 88 metr, hündürlüyü 5,5 metr olan kurqandır. Burada hələ qazıntı aparılmayıb. Lakin geofiziki tədqiqatlar yerin altında müxtəlif dövrlərə aid dairəvi konstruksiyaların izlərini müəyyənləşdirməyə imkan verib.

Qoluey Universitetinin arxeologiya üzrə fəxri professoru Con Ueddell bildirib ki, bəzi tikililər əvvəlki qurğuların üzərində inşa edilib. Bu isə kurqanın mürəkkəb tarixə malik olduğunu göstərir.

Alimin ehtimalına görə, həmin tikililərdən biri böyük mərasim məkanı və ya dairəvi taxta zal ola bilər.

Yeni piyada marşrutu "Krallar qəbiristanlığı" kimi tanınan Reliqnari ərazisindən də keçir. Diametri 110 metr olan bu dairəvi torpaq istehkamının həm dəfn yeri, həm də zadəganların iqamətgahı kimi istifadə edildiyi ehtimal olunur.

"Cəhənnəm qapısı" adlandırılan mağara

Oveynaqat mağarası əsas kurqandan təxminən bir kilometr cənub-qərbdə yerləşir. Yeraltı keçidin dərinliyi yeddi, uzunluğu isə 37 metrdir. Mağara haqqında yazılı qeydlərə IX əsrdə yaşamış kelt rahiblərinin mətnlərində də rast gəlinir.

Xalq rəvayətlərində buranın ölülər dünyasına giriş olduğu bildirilir. Mağara İrlandiya mifologiyasındakı Morriqan ilahəsi və qışın başlanğıcını simvolizə edən Samayn bayramı ilə də əlaqələndirilir.

Qədim inanclara görə, oktyabrın 31-də başlayan bu dövrdə dirilər və ölülər dünyası arasındakı sərhəd zəifləyir, fövqəltəbii varlıqlar insanların arasına çıxa bilirdi. İnsanların həmin varlıqlar tərəfindən tanınmamaq üçün maska taxdığına inanılırdı. Samayn ənənələri Hellouinin mümkün tarixi qaynaqlarından biri sayılır.

Mağaraya giriş niyə qadağandır?

Nəşrin məlumatına görə, mağarada karbon qazının yüksək konsentrasiyası sağlamlıq üçün təhlükə yaratdığından hazırda içəri daxil olmaq qadağandır. Ziyarətçilər yalnız girişi kənardan görə bilirlər.

Təbii yeraltı boşluğa uzunluğu 10,5 metr olan dar daş dəhliz aparır. Girişdəki daş hörgü IV-VIII əsrlərə aid edilir.

Qədim abidələri birləşdirən 13 kilometrlik yol

Ratkroqanın bir çox abidəsi özəl kənd təsərrüfatı torpaqlarında yerləşdiyi üçün əvvəllər onları ziyarət etmək çətin olub. Yeni yaradılan 13 kilometrlik dairəvi piyada marşrutu mühüm məkanları birləşdirir.

Marşrut Oveynaqat mağarası ilə yanaşı, qədim dastanla əlaqələndirilən Ratnadarv torpaq istehkamından da keçir. Əfsanəyə görə, dastanın sonunda iki məşhur öküzün döyüşü məhz burada baş verir.

Digər dayanacaq isə Ratbeqdir. Burada qədim dövrün seçkin şəxslərinin dəfn olunduğu ehtimal edilir, lakin ərazidə hələ arxeoloji qazıntılar aparılmayıb.

Yolun bir hissəsi mal-qara və qoyunların otladığı təsərrüfat sahələrindən keçir. Ratkroqan Ziyarətçi və İrs Mərkəzinin arxeoloqu Mayk Makkarti abidələrin qorunmasında fermerlərin mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, kənd təsərrüfatı fəaliyyəti olmasaydı, bu məkanların çoxunu artıq bitki örtüyü bürüyərdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 59   Tarix: 17 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kainatda qeyri-adi qalaktika kəşf edildi - 99,98 faizi qara maddədən ibarətdir

Astronomlar kainatda indiyədək diqqət çəkən ən qeyri-adi qalaktikalardan birini aşkar ediblər. CDG-2 adlandırılan qalaktikanın ümumi kütləsinin 99,94-99,98 faizinin qaranlıq maddədən ibarət olduğu müəyyən edilib. xəbər verir ki, Toronto Universitetinin alimləri tərəfindən aşkar edilən bu qalaktika Yerdə

16.11.2026 349
.

Mərcdə pul uduzan şəxs həmin vəsaiti məhkəmə yolu ilə geri ala bilərmi?

Mərc oyunlarında pul itirən şəxslərin ən çox maraqlandığı məsələlərdən biri uduzduqları vəsaiti hüquqi yolla geri qaytarmağın mümkün olub-olmamasıdır. Qanunvericiliyə görə, bu məsələdə mərcin qanuni və ya qanunsuz olması mühüm əhəmiyyət daşıyır. Əgər şəxs qanunvericiliyə uyğun təşkil edilən və müvafi

14:59 249
.

VÖEN təqdim etməyən bank müştərilərinə məhdudiyyət tətbiq oluna bilər

Rusiya bankları Vergi ÖdəyicisRusiya bankları Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsini (VÖEN) təqdim etməyən müştərilərin hesablarına uzaqdan çıxışını və bankomatlardan nağd pul çıxarmasını məhdudlaşdıra biləcəklər. xəbər verir ki, bu barədə noyabrın 16-da Dövlət Dumasının saytında dərc olunan büdcəni

10:56 223
.

"Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad

"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri

16:19 203
.

Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 17 Noyabr - Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

10:51 199
.

Putin, Tramp və Si Cinpin nüvə silahı ilə bağlı birgə bəyanat verə bilər

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilə biləcək görüş nüvə silahından istifadənin yolverilməzliyi ilə bağlı birgə bəyanatla nəticələnə bilər. xəbər veri

11:33 230
.

"Cəhənnəm qapıları" aşkarlandı - Bu qorxunc qəbiristanlıqda nə gizlənir?

İrlandiyanın Roskommon qraflığında yerləşən Ratkroqan qədim abidələri və sirli əfsanələri ilə diqqət çəkir. Təxminən 5500 illik tarixə malik bu ərazidə aparılan geofiziki tədqiqatlar torpağın altında bir-birini qismən örtən mürəkkəb tikili izlərini üzə çıxarıb. xarici mediaya istinadla xəbər verir ki

20:00 1
.

Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur

Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb

15:30 234
.

Bakıda müşavirələr keçirildi - Qarlı havalara hazırlıq tədbirləri müzakirə olundu

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir. BİG.AZ xəbər verir ki, ilk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayı

10:38 199
.