17 Noyabr - Azərbaycanın müstəqilliyə gedən yolunun mühüm mərhələsi
17 Noyabr - Milli Dirçəliş Günü xalqımızın milli oyanışının və müstəqil dövlətçilik iradəsinin təcəssümüdür. Bu tarix Azərbaycanın müasir siyasi tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qalıb.
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə, 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında başlayan ümumxalq hərəkatı təsadüfi hadisə olmayıb. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Qarabağ ətrafında baş verən proseslər, Topxana meşəsinin dağıdılmasına etiraz və sovet rəhbərliyinin hadisələrə laqeyd münasibəti xalqı ayağa qaldırıb. Lakin meydanda baş verənlər zaman keçdikcə daha geniş məzmun alıb. Bu, artıq xalqın milli kimliyinə, tarixi yaddaşına, hüquqlarına və müstəqil yaşamaq istəyinə sahib çıxmasının ifadəsinə çevrilib.
Ekspert qeyd edib ki, 17 noyabrın Milli Dirçəliş Günü adlandırılması da məhz bu tarixi reallıqdan qaynaqlanır. Həmin gün Azərbaycan xalqı uzun illər sovet ideoloji sisteminin təsiri altında qalmış milli özünüdərkini, azadlıq düşüncəsini və dövlətçilik iradəsini açıq şəkildə nümayiş etdirib. Azadlıq meydanında üçrəngli bayrağımızın dalğalanması milli oyanışın rəmzinə çevrilib.
B.Quliyev vurğulayıb ki, bu hərəkat Azərbaycanın müstəqilliyə gedən yolunda mühüm siyasi və mənəvi zəmin yaradıb:
"1990-cı ilin 20 Yanvar faciəsi, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpası həmin mübarizənin tarixi mərhələləri oldu. Sonrakı dövrdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və dövlət institutlarının formalaşdırılması istiqamətində mühüm addımlar atıldı.
Müasir mərhələdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artırılması, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ildə dövlət suverenliyimizin ölkəmizin bütün ərazisində bərpası müstəqil dövlətçilik tariximizin yeni səhifələrini təşkil etdi.
Bu gün 17 noyabrın tarixi əhəmiyyətinə nəzər salarkən aydın görürük ki, 1988-ci ildə Azadlıq meydanında başlayan milli oyanış sonrakı illərdə müstəqil, güclü və suveren Azərbaycanın formalaşması prosesinin mühüm mənəvi-siyasi dayaqlarından birinə çevrildi.
Hesab edirəm ki, Milli Dirçəliş Gününün əsas mesajı milli birlik, dövlətçilik təfəkkürü və müstəqilliyə sahib çıxmaq məsuliyyətidir. Çünki müstəqilliyi əldə etmək nə qədər böyük tarixi nailiyyətdirsə, onu qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək də bir o qədər mühüm vəzifədir.
17 Noyabr xalqımızın öz taleyinə sahib çıxmaq iradəsinin, milli qürurunun və dövlətçilik əzminin tarixə yazıldığı gündür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 122 Tarix: 17 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş17 Noyabr - Azərbaycanın müstəqilliyə gedən yolunun mühüm mərhələsi
17 Noyabr - Milli Dirçəliş Günü xalqımızın milli oyanışının və müstəqil dövlətçilik iradəsinin təcəssümüdür. Bu tarix Azərbaycanın müasir siyasi tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qalıb. Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Onun sözlərinə görə
14:30 111 Rəşid Mahmudovun evində partlayış baş verib?
Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki
14:54 94 Direktorların işə qəbul nəticələri - Açıqlandı
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları
16.11.2026 394 Məşhur teleaparıcıdan milyonluq zinət əşyaları nümayişi
Rusiyalı teleaparıcı Kseniya Borodina ümumi dəyəri 20 milyon dollar olan zinət əşyalarını nümayiş etdirib. xəbər verir ki, zərgərlik məmulatlarının qiymətləri Super nəşri tərəfindən açıqlanıb. 43 yaşlı məşhur güzgü qarşısında ağ kostyumda, qayışlı top və ətəkdən ibarət dəstdə poza verib. O, həmçini
11:02 237 Yeni Azərbaycan Partiyası: 34 illik siyasi tarix və güclü dövlətçilik strategiyası
Azərbaycanın müasir siyasi tarixində mühüm yer tutan Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü ölkəmizin dövlətçilik salnaməsinə, siyasi inkişaf yoluna və milli ideologiyasının formalaşmasına nəzər salmaq baxımından xüsusi əhəmiyyət daşıyır. 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis edilə
12:33 159 Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü - güclü dövlətçilik və milli birliyin siyasi təməli
Azərbaycanın müasir siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür. 1992-ci il noyabrın 21-də təsis edilən partiya ölkənin olduqca mürəkkəb siyasi, iqtisadi və ictimai böhranla üzləşdiyi bir dövrdə meydana çıxaraq Azərbaycanın müstəqilliyinin qorunması
12:28 163 "20 Yanvar"da qəza - Motosikletçi öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb
11:27 339 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin
16.11.2026 463 Mehriban Əliyevadan Milli Dirçəliş Günü paylaşımı - Foto
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 17 noyabr - Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:
11:01 189