Ağdamın azad olunmasından 6 il: Tarixi Zəfərdən Böyük Qayıdışa uzanan yol

Ağdamın azad olunmasından 6 il: Tarixi Zəfərdən Böyük Qayıdışa uzanan yol20 Noyabr Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik günlərdən biridir. Bu tarix 2020-ci ildə Ağdam rayonunun Ermənistanın işğalından azad edilərək Azərbaycana qaytarılmasının ildönümüdür. Ağdamın azad olunması Azərbaycanın hərbi-siyasi qüdrətinin, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin və xalqımızın milli birliyinin təntənəsi kimi tarixə düşüb. Bu gün Ağdam yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenidənqurma, dirçəliş və Böyük Qayıdış strategiyasının mühüm mərkəzlərindən biridir.

1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam rayonu 27 il ərzində ağır dağıntılara məruz qaldı. Vaxtilə Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Ağdam işğal nəticəsində xarabalığa çevrildi. Minlərlə insan doğma yurdunu tərk etmək məcburiyyətində qaldı, yaşayış evləri, məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri və tarixi abidələr dağıdıldı. Ağdamın taleyi işğalın Azərbaycan xalqına vurduğu ağır zərərin, Ermənistanın vandalizm siyasətinin bariz nümunəsinə çevrildi.

Bununla belə, Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışmadı. Dövlətimizin qarşısında duran əsas məqsəd ərazi bütövlüyünün bərpası idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət, güclü iqtisadiyyatın qurulması, müasir ordu potensialının formalaşdırılması və beynəlxalq mövqelərin möhkəmləndirilməsi tarixi Qələbənin əsasını yaratdı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı oldu. 44 gün davam edən müharibə nəticəsində Müzəffər Azərbaycan Ordusu torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Beləliklə, Ağdamın azadlığı Azərbaycanın hərbi və siyasi qələbəsinin mühüm nəticələrindən biri oldu.

Ağdamın döyüşsüz qaytarılması da Azərbaycanın güclü mövqeyinin göstəricisi idi. Çünki bu nəticə Vətən müharibəsində qazanılmış qələbənin yaratdığı yeni reallıqlar əsasında əldə edildi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə yanaşı, regionda yeni siyasi və geosiyasi vəziyyətin formalaşmasına da nail oldu.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla 20 noyabr Ağdam Şəhəri Günü elan edildi. Bu qərar tarixi hadisənin əhəmiyyətinin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm addım oldu.

Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın qələbədən sonrakı inkişaf strategiyasının real nəticələrini nümayiş etdirir. Ağdamın Baş Planına uyğun olaraq şəhərdə müasir yaşayış məhəllələri, inzibati binalar, sosial obyektlər, yollar və mühəndis-kommunikasiya infrastrukturu yaradılır. Məqsəd Ağdamı müasir şəhərsalma prinsipləri əsasında yenidən qurmaq, onun iqtisadi və sosial potensialını bərpa etməkdir.

Ağdam Sənaye Parkının fəaliyyəti rayonun iqtisadi dirçəlişində xüsusi əhəmiyyət daşıyır. Burada yeni istehsal müəssisələrinin yaradılması, sahibkarlığın inkişafı və iş yerlərinin açılması Qarabağın iqtisadi həyatına mühüm töhfə verir. Ağdamın əlverişli coğrafi mövqeyi, nəqliyyat imkanları və sənaye potensialı onun gələcəkdə regionun əsas iqtisadi mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır.

Böyük Qayıdış prosesi Ağdamın yeni tarixinin ən mühüm səhifələrindəndir. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların mərhələli şəkildə öz yurdlarına qayıtması tarixi ədalətin bərpasının ən real göstəricisidir. 2025-ci il martın 27-dən Ağdam şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması bu istiqamətdə mühüm mərhələ oldu. Doğma evlərinə qayıdan ailələr şəhərin sosial həyatının yenidən canlanmasına, yeni yaşayış mühitinin formalaşmasına töhfə verirlər.

Ağdamın dirçəlişi yalnız tikinti və infrastruktur layihələri ilə məhdudlaşmır. Şəhərin tarixi-mədəni irsinin qorunması da dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ağdam Cümə məscidinin, İmarət kompleksinin və digər tarixi məkanların bərpası milli-mənəvi dəyərlərimizin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Ağdamın muğam ənənələrinin yenidən canlandırılması, mədəniyyət ocaqlarının yaradılması şəhərin əvvəlki mədəni şöhrətinin qaytarılmasına xidmət edir.

Ağdamın azad olunması və yenidən qurulması Azərbaycanın gücünü, siyasi iradəsini və gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir. İşğal dövründə dağıdılmış şəhərin müasir standartlarla yenidən qurulması həm də beynəlxalq ictimaiyyətə Azərbaycanın quruculuq potensialının nümayişidir. Dövlətimiz azad edilmiş ərazilərdə yalnız keçmişi bərpa etmir, eyni zamanda gələcək nəsillər üçün yeni inkişaf modeli yaradır.

20 Noyabr - Ağdam Şəhəri Günü münasibətilə şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad etmək, Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin fədakarlığını unutmamaq hər birimizin mənəvi borcudur. Ağdamın azadlığı uğrunda göstərilən qəhrəmanlıq Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.

Bu gün Ağdamın siması dəyişir, şəhərdə həyat yenidən canlanır, doğma yurduna qayıdan insanların arzuları gerçəkləşir. Bir zamanlar dağıntıların hökm sürdüyü ərazidə müasir şəhər infrastrukturu formalaşır. Bu mənzərə Azərbaycanın Zəfərdən sonra quruculuğa, inkişaf və tərəqqiyə üstünlük verdiyini göstərir.

Ağdamın azad olunması tariximizin şanlı səhifəsidir. Onun yenidən qurulması isə bu Zəfərin davamıdır. 20 Noyabr Azərbaycan xalqının yaddaşında azadlığın, milli qürurun, dövlətçilik əzminin və Böyük Qayıdışın rəmzi kimi yaşayacaq. Ağdamın dirçəlişi Azərbaycanın güclü dövlət, qalib xalq və sarsılmaz milli birlik nümunəsi olduğunu bir daha təsdiqləyir.

Nəsib Məhəməliyev
Milli Məclisin deputatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 82   Tarix: 17 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdamın azad olunmasından 6 il: Tarixi Zəfərdən Böyük Qayıdışa uzanan yol

20 Noyabr Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik günlərdən biridir. Bu tarix 2020-ci ildə Ağdam rayonunun Ermənistanın işğalından azad edilərək Azərbaycana qaytarılmasının ildönümüdür. Ağdamın azad olunması Azərbaycanın hərbi-siyasi qüdrətinin, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin v

12:17 81
.

Rumıniya baş naziri: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir

Pilotsuz uçuş aparatlarının Qara dənizdə ticarət gəmilərinə endirdiyi zərbələr qəbuledilməzdir və dəniz təhlükəsizliyi üçün ciddi təhdid yaradır. xəbər verir ki, bu barədə Rumıniyanın baş naziri Luka Nikulesku X sosial şəbəkəsində paylaşım edib. "Qara dənizdə dəniz təhlükəsizliyi yenidən təhdi

11:25 139
.

Direktorların işə qəbul nəticələri - Açıqlandı

2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları

16.11.2026 386
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

11:27 246
.

Kainatda qeyri-adi qalaktika kəşf edildi - 99,98 faizi qara maddədən ibarətdir

Astronomlar kainatda indiyədək diqqət çəkən ən qeyri-adi qalaktikalardan birini aşkar ediblər. CDG-2 adlandırılan qalaktikanın ümumi kütləsinin 99,94-99,98 faizinin qaranlıq maddədən ibarət olduğu müəyyən edilib. xəbər verir ki, Toronto Universitetinin alimləri tərəfindən aşkar edilən bu qalaktika Yerdə

16.11.2026 326
.

Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman

Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsu

16.11.2026 459
.

Ağdamın azad olunması Azərbaycanın tarixi Zəfərinin, siyasi iradəsinin və milli birliyinin təntənəsidir

20 Noyabr Azərbaycan tarixində yalnız bir rayonun işğaldan azad olunması ilə deyil, həm də dövlətimizin milli iradəsinin, siyasi qətiyyətinin və hərbi qüdrətinin nümayişi ilə əlamətdar olan tarixdir. 2020-ci il noyabrın 20-də Ağdam rayonunun Azərbaycana qaytarılması Vətən müharibəsində qazanılmış tarix

12:20 74
.

Bankda əmanəti olanların nəzərinə: Yeni ildən qaydalar dəyişir

"Gələn ildən etibarən Vergi Məcəlləsində bir sıra dəyişikliklər nəzərdə tutulub. Bu ilin son günü bir sıra güzəştlərin müddəti başa çatır". xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib. O bildirib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlı

16.11.2026 384
.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı

16.11.2026 395
.