Meymunçiçəyi virusu Azərbaycanda: Yoluxma, əlamətlər və QORUNMA YOLLARI
Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı qeydə alınıb. Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatına görə, 22 yaşlı Azərbaycan vətəndaşı xarici ölkəyə turistik səfərdən qayıtdıqdan bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıdakı klinikalardan birinə müraciət edib. Həkim-infeksionist xəstənin simptomlarına əsasən meymunçiçəyi virusuna yoluxmadan şübhələnib.
Virus aşkarlanan pasiyentin müraciət etdiyi klinikanın dermatoloqu, uzman həkim Mehdi İskəndərli meymunçiçəyinin təhlükəsi, profilaktikası və müalicə üsulları haqqında Oxu.Az-a danışarkən bildirdi ki, meymunçiçəyi poksvirus (poxviridae) qrupuna aid olan virus mikrobları tərəfindən törədilən infeksion dəri xəstəliyidir.
"Meymunçiçəyi lokal dəri xəstəliyi hesab edilmir. İnkubasiya dönəmindən sonra xəstədə qızdırma, halsızlıq, başağrısı, əzələ-sümük ağrısı, oynaq ağrıları kimi prodromal əlamətlər müşahidə edilir. Prodromal mərhələdən sonra xəstədə çiçək açırmış kimi göbəklənən səpgilər meydana gəlir.
Bu səpgilər bədənin hər tərəfində yarana bilər. Poksvirus ailəsinə aid olan çiçək, molluskum kontakiozum, orf xəstəliyi, o cümlədən, herpes ailəsinə aid olan suçiçəyinə bənzər səpgilər verir.
Meymunçiçəyinin COVID-19 qədər sürətli yayılma qabiliyyəti yoxdur, öldürmə qabiliyyəti aşağıdır. Suçiçəyinə bənzər gedişat göstərir", - deyə həkim bildirib.
Həkim vurğulayıb ki, əlavə immuniteti zəiflədən hal olmazsa, xəstəlik öz ömrünü iki-dörd həftə ərzində başa vurur və yaraların qabıqlanması ilə xəstə sağalma dönəminə girmiş olur:
"Xəstəliyin profilaktikasında ümumi gigiyena qaydalarına riayət etmək, o cümlədən, əl üçün antiseptik məhlullardan istifadə etmək, xəstəlik zamanı isə qoruyucu tibbi maskalardan, həkimin təyin etdiyi antiseptik tərkibli qarqaralardan istifadə etmək lazımdır".
Dermatoloq vurğulayıb ki, risk qrupuna aid insanlar bu tədbirlərə daha həssas yanaşmalıdırlar:
"Risk qrupuna daxil olan, meymunçiçəyi xəstəsi ilə təmasda olan insanlar, o cümlədən həkimlər, xəstənin yaxınları, immuniteti zəiflədən xəstəliklərdən dolayı immuniteti aşağı plan xəstələr bu cür profilaktik qaydalara ciddi əməl etməlidirlər. Bu tövsiyələr hamilələr və uşaqlar üçün də keçərlidir".
Meymunçiçəyinin yoluxma üsullarına gəlincə isə M.İskəndərli vurğulayıb ki, bu xəstəlik, əsasən, dərinin və selikli qişaların uzunmüddətli təması yolu ilə keçir:
"Yəni kontakt yolu ilə. Ən çox cinsi təmasdan sonra yayılır. Bundan başqa, virusa bulaşmış cansız əşyalar, vücud mayesi və damcı yolu ilə də keçə bilər".
Həkim qeyd edib ki, meymunçiçəyinə yoluxma ilə bağlı karantinin tələb olunub-olunmayacağı ilə bağlı ətraflı fikir bildirə bilməyəcək:
"Ölkəmizdə qeydə alınan ilk meymunçiçəyi klinik halının karantin qaydalarını Səhiyyə Nazirliyinin aidiyyəti şöbələri təyin edəcəklər. O səbəbdən bu barədə ətraflı fikir bildirə bilmərəm.
Bir əsas məsələni qeyd edim ki, xəstəliyin müalicəsində spesifik dərmanlar yoxdur. Yalnız fəsadlaşmış hallarda antiviral terapiyalar aparıla bilər. Adi halda dəstək müalicələrə gəlincə, bol maye qəbul etmək və ev şəraitində qalmaq vacibdir".
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1430 Tarix: 19 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş50 yaşdan sonra qadınlar bu vərdişdən qurtulmalıdır - Kardioloqlardan xəbərdarlıq
Kardioloqlar 50 yaşdan sonra qadınların ürək sağlamlığına mənfi təsir göstərə biləcək günortadan sonrakı bir vərdişə diqqət çəkinməlidirlər. Söhbət yeməkdən sonra uzun müddət oturmaqdan gedir. Mütəxəssislər bunu qısa gəzinti ilə əvəz etməyi tövsiyə edirlər. Qaynarinfo xəbər verir ki, "Parade"
31.08.2026 333 Ev heyvanları uşaqları xəstələndirə bilərmi? - Valideynlərə VACİB XƏBƏRDARLIQ
Uşaqların ev heyvanlarına marağı çox vaxt ailələri sevindirir. Lakin bəzən evə yeni heyvan gətirildikdən sonra uşaqda asqırma, burun axması, gözlərdə qaşınma, öskürək və ya dəridə səpkilər kimi allergik reaksiyalar meydana çıxa bilər. -in məlumatına görə, bu hal xüsusilə allergiyaya meyilli uşaqlard
21.08.2026 383 40 yaşdan sonra səhər yeməyində bir səhv ölüm riskini 29 faiz artırır
Günün ən vacib qidasının səhər yeməyi olması təsadüfi deyil. Alimlərin araşdırmasına görə, sağlamlıq üçün səhər yeməyində nə yediyinizlə yanaşı, onu nə vaxt yediyiniz də əhəmiyyətlidir. Qaynarinfo xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmada 4
27.08.2026 493 Fizioterapiyanın əks-göstərişləri hansılardır? - VİDEO
Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında fizioterapiya barədə müzakirə aparılıb. Xroniki ağrılarda fizioterapiya nə qədər effektlidir?. Üz siniri iflicində fizioterapiya nə vaxt təyin olunur?. Skoliozun müalicəsində fizioterapiya effektlidir?. Fizioterapiyanın əks-göstərişlər
23.08.2026 277 Qaçış və ya idman zalı deyil: Ürək və damar sağlamlığı üçün ən yaxşı praktika
Yaş artdıqca orqanizmə daha ehtiyatlı yanaşan fiziki fəaliyyət növünün seçilməsi daha aktual olur. Yaşlı insanlar üçün gəzinti və velotrenajor ənənəvi olaraq təhlükəsiz seçim hesab edilsə də, ürək-damar sistemi üçün daha çox fayda verə biləcək alternativ də var. Söhbət yoqadan gedir. Qaynarinfo xəbə
01.09.2026 298 Kimlər aclığa dözə bilmir? - Həkimdən məsləhət
Maqnezium çatışmazlığı və qanda şəkəri aşağı olan qadınlar qısa müddətli aclığa belə dözməkdə çətinlik çəkirlər. Onlarda daha tez zəiflik və qıcıqlanma, əsəbilik yaranır. BİG.AZ xəbər verir ki, bunu məşhur endokrinoloq Natalya Tananakina bildirib. O qeyd edib ki, bədənləri enerji mənbəyi kimi qlükozan
17.08.2026 398 Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?
Dünyada milyonlarla insan axşam saat 6-dan sonra yeməyin artıq çəkiyə səbəb olub-olmadığını düşünür. Bu məsələ xüsusilə gec saatlara qədər işləyən insanlar üçün aktualdır. Qaynarinfo xəbər verir ki, bəziləri orqanizmə zərər vermək qorxusundan acqarına yatmağa üstünlük verir. Lakin alimlər bildirirlə
24.08.2026 501 Dəridəki ağrısız ləkə - "Qara yara" barədə BİLMƏDİKLƏRİMİZ
Heyvanlardan insanlara keçən və vaxtında müalicə edilmədikdə ağır nəticələrə səbəb ola bilən qara yara xəstəliyi yenidən diqqət mərkəzinə gəlib. Xüsusilə heyvandarlıqla məşğul olanlar, qəssablar, baytarlar və mənşəyi bilinməyən ət məhsullarından istifadə edənlər təhlükə qarşısında qala bilərlər. Bə
16.08.2026 385 Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?
İnsanın nə yediyi ilə yanaşı, qidanı hansı saatda qəbul etməsi də əhəmiyyətli ola bilər. Yeni araşdırma yemək vaxtının ömür uzunluğu ilə əlaqəli ola biləcəyini göstərib. Qaynarinfo xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmaya 40 yaşdan yuxarı 3
07.09.2026 260