Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN
İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir.
Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır?
BiG.AZ Ailem.az-a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir.
Soyuq və küləkli havada risk artır
Həkim bildirir ki, infarkt kişilərdə əsasən 45 yaşdan, qadınlarda isə 55 yaşdan sonra rast gəlinir: "Kişilər qadınlara nisbətən daha çox risk altındadır. Bununla yanaşı diabet, siqaret, yüksək təzyiq, yüksək xolesterol, hərəkətsiz həyat tərzi, stress və qeyri-sağlam qidalanma nəticəsində yaranan köklük infarkta səbəb olan amillər arasında göstərilir".
Kardioloqun sözlərinə görə, havaların soyumasının ürəyə mənfi təsirləri var. Belə ki, soyuq və küləkli hava ürək damarları üzərində büzüşdürücü təsir yaradaraq, təzyiqi yüksəldib ürək sürətini artırır. Bu isə həssas şəxslərdə ürəktutmaya səbəb olur. Buna görə xüsusilə ürək xəstələrinin soyuq havalarda həyat tərzlərinə xüsusi diqqət etmələrinin böyük əhəmiyyəti var.
Sinə ağrısına diqqət
R. Erdim infarktın ən önəmli və çox rastlanan əlamətinin sinə ağrısı olduğunu qeyd edib: "Ağrı adətən sinənin orta hissəsində ağırlıq və basqıya bənzər şiddətli bir ağrı şəklində özünü göstərir. Adətən 20 dəqiqədən uzun sürür və gedib-gələn bir ağrı olaraq hiss edilə bilir. Bu ağrı qollara, belə, boyuna, çənəyə və mədə üzərinə doğru yayılır. Həmçinin sinə ağrısı ilə bərabər nəfəs darlığı, halsızlıq və bayğınlıq hissi yarana bilir. Şiddətli sinə ağrısı ilə birlikdə soyuq tərləmə, bulantı və qusma kimi şikayətlərin olması mütləq ciddiyə alınmalıdır. Bu vəziyyətdə təcili olaraq xəstəxanaya getmək lazımdır".
İlk 2 saat çox əhəmiyyətlidir
Həkim deyir ki, infarktdan ölümlər adətən xəstənin həkimə gec müraciət etməsindən baş verir: "Ürək ağrısı keçirən xəstələrin təxminən yüzdə 30-u xəstəxanaya çatmadan həyatını itirir. Buna görə xüsusilə risk altındakı şəxslər bu əlamətlər başladıqdan sonra vaxt itirmədən ən yaxın xəstəxanaya müraciət etməlidirlər. Bu, həyati önəm daşıyır. Əgər tibbi müdaxilə sinə ağrısı başlandığı ilk 2 saat ərzində doğru şəkildə edilərsə, ürəkdə yaranan zədə daha az olar. 6-12 saatdan sonra müalicə edilən xəstələrdə isə ürək toxumasındakı zədə daha böyük olur və bunun nəticəsində ürək çatmazlığı yarana bilir. Hətta xəstənin həyatını itirməsinə səbəb olur".
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1827 Tarix: 24 avqust 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
29.10.2026 3183 Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video
"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl
17.10.2026 849 Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad
11.10.2026 794 Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v
02.11.2026 746 Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?
Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu
03.11.2026 627 Bir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi
01.11.2026 955 Yumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17.10.2026 803 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20.10.2026 970 Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
25.10.2026 771