Yeni virusa yoluxanlar qəfildən keçəl olur
Dünya 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusla mübarizəni davam etdirərkən, Hindistanda ortaya çıxan yeni virus böyük panika yaradıb.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, 11 kənddə aşkarlanan və ani saç tökülməsinə səbəb olan epidemiya səbəbindən 155 nəfərin birdən-birə keçəlləşdiyi bir vaxtda səlahiyyətlilər vəziyyəti nəzarət altına almaq üçün işlərə başlayıb.
Hindistanın Maharaştra ştatının Buldhana dairəsindəki Şeqaon taluka əyalətinin 11 kəndində baş verən hadisə insanları heyrətləndirib. 155 nəfər birdən-birə keçəl olub.
"Zilla Parishad"ın baş direktoru Qulabrao Haratın rəhbərlik etdiyi qrup sözügedən kəndləri ziyarət edib. Bəyanatda vəziyyətin nəzarət altına alınması üçün səy göstərildiyi vurğulanır.
Hindistan mətbuatında çıxan xəbərlərə görə, Akola və Buldhana tibb fakültələrindən mütəxəssis həkimləri infeksiyanın mənbəyi, ötürülmə yolları və qarşısının alınması üsulları ilə bağlı araşdırmalar aparmağa başlayıb. Son açıqlamaya görə, 11 kənddə ümumilikdə 65 nəfərdən qan nümunələri götürülüb.
"Tibbi tədqiqat və maarifləndirmə işləri davam edir və lazım gələrsə, dövlət səviyyəli ekspert qrupunun iştirakı ilə daha kompleks tədbirlər həyata keçiriləcək", - regional informasiya idarəsinin məlumatında bildirilir. Adıçəkilən kəndlərdəki marketlərdən sabun, saç yağı və şampun nümunələri, yeraltı su sistemindən isə analiz üçün götürülüb.
Bondgaon kənd muxtarı Rameshvaram Dharkarın məsələ ilə bağlı verdiyi açıqlama belədir: "Böhranı aradan qaldırmaq üçün administrasiya sağlamlıq düşərgələri yaradıb, zərər çəkmiş ərazilərdə təmizlik kampaniyasına başlayıb və profilaktik tədbirlərlə bağlı maarifləndirmə proqramları təşkil edib".
Regional səhiyyə işçisi Amol Gite deyib: "Cümə günü 15 yeni hadisə aşkarladıq. Biz bütün xəstələrə göbələk əleyhinə dərmanlar və vitaminlər veririk. Yaxın 4-5 gün ərzində biopsiya nəticələrini alacağımızı gözləyirik".
Səlahiyyətlilər epidemiyanı nəzarət altına almaq üçün kollektiv fəaliyyətin vacibliyini vurğulayıblar.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1676 Tarix: 13 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBaş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI
Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir
31.08.2021 1662 Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?
Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy
11.09.2021 941 Həddən artıq tərləmənin SƏBƏBLƏRİ
Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland
18.08.2021 1367 Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı
Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il
28.08.2021 914 Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ
Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki
11.09.2021 998 Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!
Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın
23.08.2021 561 Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA
Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ
11.08.2021 1542 İsti havalarda orqanizminizi bunlarla qoruyun
Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur
15.08.2021 1261 Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT
Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin
19.08.2021 1451