2024-cü il fransız milyarderləri üçün pis il oldu: 70 milyard dollar itirdilər

2024-cü il fransız milyarderləri üçün pis il oldu: 70 milyard dollar itirdilərBu ölkənin ən varlı üç adamı - Bernard Arno, Fransuaza Bettankur Meyers və Fransua Pino 2024-cü ildə ümumilikdə 70 milyard dollar itirib.

Lent.az bildirir ki, bu barədə "Bloomberg" xəbər verir.

Bu, əsasən dəbdəbəli mallar bazarında son bir neçə ildə baş verən yavaşlama ilə bağlıdır. Bu üçü müvafiq olaraq LVMH, L'Oréal və Keringi idarə edir.

İstehlakçılar qənaətlərini bahalı geyimlərdən tutmuş zərgərlik və dəriyə qulluq məhsullarına kimi kateqoriyalar üzrə dəbdəbəli mallara xərclədikləri üçün onların sərvətləri pandemiya zamanı yüksəlib. Şirkəti Louis Vuitton, Dior və Tiffany & Co. kimi brendlərə nəzarət edən Arno bir zaman planetin ən zəngin adamı idi. O, hazırda "Bloomberg"in milyarderlər indeksində 5-ci yerdədir və dünyanın ən zəngin 500 adamından daha çox pul itirib.

"Bloomberg" qeyd edir ki, Bettankur Mayers bir vaxtlar planetin ən zəngin qadını idi. Və keçən il o, sərvəti 100 milyard dollardan çox olan ilk qadın olub. Amma indi onun bu titulların heç biri yoxdur.

"Kering Gucci"yə nəzarət edən Pino, xalis sərvətinin 2021-ci ilin avqustunda pik nöqtəsindən 64 faiz aşağı düşdüyünü görüb - bu, hələ də "Bloomberg"in siyahısında olan hər kəsin bu müddət ərzində ən böyük faiz azalmasıdır.

Onların itkilərinin səbəbləri dəbdəbəli sənayenin il boyu üzləşdiyi səbəblərlə eynidir. Dəbdəbəli mallar üçün əsas böyüyən bazar olan Çində istehlakçılar son vaxtlar xərclərini azaldırlar. Eyni zamanda, bir çox dəbdəbəli mal şirkətləri rəhbərlik dəyişikliyi ilə mübarizə aparır və Fransadakı qeyri-sabit siyasi iqlim də rol oynayır.

"Edmond de Rothschild Asset Management"in fond meneceri Ariana Hayate "Bloomberg"ə deyib: "Çinli istehlakçı 2024-cü ildə böyümənin mühərriki olmalı idi, lakin bu baş vermədi. Xərclər azaldıqca üç illik qeyri-adi artımdan sonra lüks yorğunluq da var".

Arno, Betankur-Mayers və Pino ili yaxşı başa vurmasalar da, 2025-ci il üçün bəzi ümid parıltıları var. HSBC Holdings analitiklərinin fikrincə, Çində satışlar artıq azalmır, ABŞ-da isə hətta artır. 2024-cü ilin üçüncü rübü ən pis ola bilər.

"Texnologiya bu il lüksdən üstün oldu, lakin lüks 2025-ci il ərzində geri qayıda bilər. 2025-ci ilin ikinci yarısından etibarən sektorun sıçrayışını təxmin edə bilərəm", - Hayate deyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 810   Tarix: 01 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.