Müasir insan niyə daim TƏLƏSİR ? - AÇIQLAMA
Müasir insanın həyatı texnologiyanın inkişafı ilə asanlaşsa da, paradoksal olaraq vaxt çatışmazlığı hissi daha da artıb. İnsanlar səhərdən axşama qədər işə, mesajlara, sosial şəbəkələrə, görüşlərə və gündəlik öhdəliklərə çatmağa çalışır.
Bəs bizi daim tələsdirən nədir? Sürətli həyatın görünməyən yükündən bəhs edəcəyik.
Mövzu ilə bağlı BiG.AZ- a danışan sosioloq Üzeyir Şəfiyevin məsələyə münasibətini öyrənmişik. O hesab edir ki, bunun əsas səbəbi müasir həyatın sürətlənməsi, zaman çatışmazlığı hissi və cəmiyyətin insandan daim daha çox iş görməyi tələb etməsidir:
"Biz indi sürət əsrində yaşayırıq, rəqəmsal cəmiyyətdə yaşayırıq, məhz zaman tezliyi də bu cəmiyyətin ruhuna uyğun bir şəkildə formalaşır. İndi ona görə ünsiyyət tezliyi dəyişib ki, insanlar daha çox sosial şəbəkə üzərindən ünsiyyət saxlayırlar, ünsiyyət ehtiyatlarını sosial şəbəkələr üzərindən reallaşdırırlar. Hətta Asiya ölkələrində gənclər arasında məhz subaylıq sindromunun yayılmasında, onların sosial şəbəkə üzərindən ünsiyyətdə olmaları, ünsiyyət ehtiyaclarını sosial şəbəkələr vasitəsilə reallaşdırmağı ilə izzah edirlər"
Sosioloqun sözlərinə görə, onlayn platformaların yaratdığı sürətli ünsiyyət müasir insanın sosial həyatının ayrılmaz hissəsinə çevrilib:
"Onlayn platformalarda insanlar daha çox bir-birilə təmasdadır, nəinki real ünsiyyət formalarında. Bu da qeyd etdiyim kimi, zamanın çağırışı fonu ilə izzah olunur. Artıq rəqəmsal və sosial şəbəkə reallığı gündəlik həyat tərzinə, cəmiyyətin sosial xarakterinə təsir göstərir, həm də nəzərə alaq ki, insanlar gündəlik güzəran qayğıları ilə daha çox məşğul olurlar və özlərini sanki yaddan çıxarırlar"
Ü.Şəfiyev ekzistensial fəlsəfəyə də toxunaraq ,müasir insanın həyatın mənası və özünüreallaşdırma axtarışında olduğunu vurğulayıb:
"Ekzistensial fəlsəfənin də məhz irəli sürdüyü tezis budur ki insanlar belə bir cəmiyyətdə (təkcə bizim cəmiyyətdən söhbət getmir), qlobal səviyyədə, vəhşi kapitalizm dövründə, bazar münasibətləri şəraitində daha çox işləyən alətə çevrilir, nəinki öz həyatlarına zaman, vaxt ayırmaq baxımından. O cümlədən, bu cəmiyyət üçün həm də xarakterik olan insanın təklənməyi, tənhalaşmağı, özgələşməyi, guşənişin həyata meyillənmə xarakterikdir.
Çünki bu cəmiyyətin ruhu məhz belə bir tərzi diqtə edir. Yəni insanlar daha çox öz gündəlik qayğıları ilə məşğul olur, nəinki ünsiyyət ehtiyacları ilə. Ünsiyyət ehtiyacları da məhz virtual qaydada onlayn platformalarla reallaşdırılır"
Lalə Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 792 Tarix: 07 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat edib. APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon sakini Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlum olub. Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olara
13:35 547 "Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib
"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə
12:57 192 Cerrard "Mançester Siti" haqqında: "Klubun titulları əlindən alınmalıdır, bir neçə il..."
"Liverpul"un keçmiş kapitanı Stiven Cerrard "Mançester Siti"nin Premyer Liqanın maliyyə qaydalarını pozduğuna görə mümkün cəzası barədə danışıb. -ın məlumatına görə, sentyabrın 25-də komissiyanın "Mançester Siti"ni onlara qarşı irəli sürülən 115 ittihamdan 114-də günahka
19:15 179 "Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq" - Lukaşenko
"Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq". xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, Belarus heç bir ölkəyə hücum etmək niyyətində deyil və hərbi hazırlıqların məqsədi mümkün müharibənin qarşısını almaqdır. Lukaşenko Qərb mediasınd
21:30 117 "Roşka"ya da hökm oxundu - 16 ay həbsdə qalacaq
Sosial şəbəkələrdə "Roşka" kimi tanınan Rövşən Süleymanovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci (satı
12:10 313 Alimlər nikahların dağılmasının riyazi düsturunu tapdı
İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric
23:30 1 "Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb"
"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlət başçısı deyib ki
15:10 191 Bugünkü matçla bağlı metro gücləndirilmiş rejimdə çalışacaq
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, "Koroğlu" stansiyasınd
12:37 253 Yasamal və Binəqədinin bəzi yerlərində işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 14-də Yasamal və Binəqədi rayonlarında yerləşən Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işləri aparılacaq. "Qafqazinfo" xəbər verir ki, bu barəd
22:52 0