"40 ilin həkimi olan atamın müqaviləsinə vaxtından tez xitam verildi" - Video
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkimin əmək müqaviləsinə vaxtından əvvəl xitam verildiyi iddia olunur.
"Qafqazinfo" xəbər verir ki, bu barədə həkimin oğlu, poliqlot Aslan Məmmədzadə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, atası Etibar Məmmədov Lənkəran səhiyyəsində 40 il fəaliyyət göstərib: "İki il əvvəl atamın 65 yaşı tamam olur, təqaüdə çıxdığı zaman Mərkəzi Xəstəxananın baş həkimi atamla əlaqə saxlayır və bildirir ki, "doktor, bizdə kadr çatışmazlığı var. Siz də uyğun bilirsinizsə, qalıb fəaliyyətinizi davam etdirə bilərsiniz". Sağ olsun, atamın fəaliyyətini yüksək qiymətləndirir.
Atam da bu təklifi qəbul edir və müqavilə əsasında öz fəaliyyətinə davam edir. İki il ərzində Mərkəzi Xəstəxanada rəhbərlik dəyişilir və İnsan Resursları şöbəsinin müdiri Elbəy Fətəliyev atamla əlaqə saxlayır. Deyir ki, "doktor, artıq qaydalar dəyişib. Əgər fəaliyyətinizi davam etdirmək istəyirsinizsə, mənim dediyim qaydalarla addımlamaq lazımdır" və bununla da atamın qarşısına müəyyən şərtlər qoyur.
Atam bu şərtləri qəbul etməyincə, Elbəy Fətəliyev altdan-altdan öz işini görür, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edir, baş həkimə yalan məlumatlar ötürür və atamın müqaviləsinin bitməsinə 6 ay qalmış xitam verir".
A.Məmmədzadə həmçinin müqaviləyə xitam verilərkən Əmək Məcəlləsinin tələblərinə əməl olunmadığını iddia edib: "Yanlış maddə ilə atamı işdən çıxarır, həkimi manipulyasiya edir, psixoloji təzyiq göstərir, heç bir prosedura riayət etmir. Qeyri-etik davranaraq bu prosesləri tamamlayır. Sözün düzü, söhbət mənim atamdan və ya hər hansı bir həkimin əmək müqaviləsindən getmir. Həkimin müqaviləsini dayandırmaq da normaldır, yəni qanun çərçivəsində ona xitam vermək də normaldır. Amma bunu niyə, hansı səbəbdən etmək, hansı şərtlər altında etmək çox vacibdir.
Düşünürəm ki,onun bu addımı bütün həkimlərə, həkimlik peşəsinə qarşı çox böyük hörmətsizlikdir. Mənə çox maraqlıdır ki, 40 ilini səhiyyə sahəsinə fəda verən bir həkimə qarşı Elbəy Fətəliyev bu cür davranırsa, o zaman yeni həkimlərə qarşı necə davranır, həqiqətən mən anlaya bilmirəm".
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, Aslan Məmmədzadə TƏBİB-ə dəvət olunub və müraciəti dinlənilib: "Lənkəran Rayon Mərkəzi Xəstəxanasında çalışan, pensiya yaşına çatmış 67 yaşlı həkim-otorinolarinqoloq Etibar Məmmədovun əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin və müqavilənin tələblərinə uyğunluğu yoxlanılacaq və nəticə barədə məlumat veriləcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 807 Tarix: 07 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir
Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy
11:50 238 Paltaryuyan maşın sıxma zamanı sıçrayır: problemin bir neçə dəqiqəyə həlli yolu
Paltaryuyan maşının güclü səs çıxarması, titrəməsi və yerindən tərpənməsi həmişə nasazlıq əlaməti deyil. Bəzən problem cihazın döşəmədə düzgün yerləşdirilməməsi ilə bağlı olur. xarici mediaya istinadən xəbər verir ki, cihazın ayaqları döşəməyə tam oturmadıqda və ya gövdəsi əyri dayandıqda sıxma zaman
18:45 203 Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12:53 219 Fərqli markaların batareyalarını birlikdə istifadə etmək olar?
Pultun və ya başqa cihazın batareyalarını dəyişərkən əlimizə keçən ilk batareyaları taxırıq. Lakin ölçülərinin və gərginliklərinin eyni olması fərqli markaların batareyalarını birlikdə işlətməyin təhlükəsiz olduğu demək deyil. xarici mediaya istinadla xəbər verir ki, istehsalçıdan asılı olaraq batareyaları
21:45 98 Diabet xəstələri bal yeyə bilərmi? Qan şəkəri səviyyəsinə təsiri haqqında bunları bilməlisiniz
Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu istehlak edərkən xüsusilə diqqətli olmalıdırlar. Bunun əsas səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin yüksək miqdarda olmasıdır
20:15 162 Anasının dəfninə getməməsinin səbəbini AÇIQLADI
Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aprel ayında vəfat edən anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəbini aylar sonra açıqlayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı şoumen anasının dəfninə getməməsinin səhhəti ilə deyil, uşaqlıq illərindən qalan incikliklərl
20:00 192 "Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib
"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə
12:57 192 Hamı intizamlı, səliqəli və vahid formada - Video
Şagirdlərin vahid formaya uyğun geyinməsi təhsil mühitində bərabərliyin qorunması və daxili intizam qaydalarına əməl olunması baxımından vacib amildir. "Qafqazinfo" xəbər verir ki, Naftalan şəhər 1 nömrəli tam orta və Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəblər
16:06 318 Prezidentlər təkbətək görüşdü
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12:05 159