Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?

Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?İnsanın nə yediyi ilə yanaşı, qidanı hansı saatda qəbul etməsi də əhəmiyyətli ola bilər. Yeni araşdırma yemək vaxtının ömür uzunluğu ilə əlaqəli ola biləcəyini göstərib.

Qaynarinfo xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmaya 40 yaşdan yuxarı 31 min insan cəlb edilib. İştirakçılar gün ərzində ilk və sonuncu dəfə nə vaxt qida qəbul etdiklərini özləri bildiriblər. Daha sonra alimlər 9 il ərzində iştirakçıları izləyərək ölüm hallarını və onların yemək vaxtlarını qeydə alıblar.

Məlum olub ki, ilk yeməyini saat 07:00-dan əvvəl və ya 08:00-dan sonra yeyən insanlar ilk qida qəbulunu 07:00-08:00 aralığında edənlərlə müqayisədə daha qısa ömür sürüblər. Saat 08:00-dan sonra ilk yeməyin hər bir saat gecikməsi müşahidə dövründə istənilən səbəbdən ölüm riskinin 3%, ürək-damar xəstəliklərindən ölüm riskinin isə 5% artması ilə əlaqələndirilib.

Axşam yeməyi ilə bağlı da oxşar əlaqə aşkarlanıb. Sonuncu dəfə saat 19:00-dan əvvəl və ya gecə yarısından sonra yemək yeyən insanlarda da müşahidə dövründə ölüm riski daha yüksək olub.

Ən böyük ömür qısalması 50 yaşdan yuxarı, ilk dəfə günorta saat 12:00-dan sonra, sonuncu dəfə isə 19:00-dan əvvəl və ya gecə yarısından sonra qida qəbul edən insanlar arasında müşahidə edilib. Onların gözlənilən ömür uzunluğu ilk yeməyini 07:00-08:00 arasında, sonuncu yeməyini isə 19:00-20:00 arasında yeyən insanlardan 2,5 il az olub.

Yemək vaxtı uzunömürlülüyə necə təsir edə bilər?

Qida qəbulunun vaxtı yuxu və oyaqlıq dövrünü tənzimləyən daxili bioloji saat - sirkadiyalı ritmlə əlaqəlidir. Kardioloq Meri Qrinin sözlərinə görə, sirkadiyalı ritmin pozulması maddələr mübadiləsinə mənfi təsir göstərə bilər.

Bu vacibdir, çünki metabolik pozuntular çəki artımına və diabet də daxil olmaqla xroniki xəstəliklərə səbəb ola bilər. Onlar isə öz növbəsində erkən ölüm və ürək-damar xəstəlikləri riskini artıra bilər.

Nələri nəzərə almaq lazımdır?

Bununla belə, araşdırmanın müəyyən məhdudiyyətləri var. Tədqiqat retrospektiv xarakter daşıyıb: alimlər əvvəldən mövcud olan məlumatları təhlil edərək onları sonrakı sağlamlıq nəticələri ilə müqayisə ediblər. Buna görə əldə edilən nəticələr yemək vaxtı ilə ömür uzunluğu arasında əlaqənin olduğunu göstərir, lakin erkən və ya gec qida qəbulunun birbaşa bu nəticələrə səbəb olduğunu sübut etmir. Kardioloq Xuan Lopes də buna diqqət çəkib.

Mütəxəssislər həmçinin saat 19:00-dan əvvəl axşam yeməyi yeməyin mümkün risklərinə şübhə ilə yanaşıblar. Bir çox insan üçün saat 17:00 və ya 18:00-da yemək tamamilə normaldır. Üstəlik, əvvəlki araşdırmalarda daha erkən axşam yeməyi çox vaxt daha yaxşı sağlamlıq göstəriciləri ilə əlaqələndirilib.

Eyni zamanda, əvvəlki elmi işlər gecə və ya hava qaraldıqdan sonra qida qəbulunu diabet, qanda şəkərin kəskin yüksəlməsi və erkən ölüm ehtimalının artması kimi sağlamlıq riskləri ilə əlaqələndirib.

"İnsanlar axşam yeməyini gecikdirməyə başlamazdan əvvəl bu nəticələrin yenidən yoxlanılmasını istərdim", deyə kardioloq Kaustubh Dabhadkar bildirib.

Bundan əlavə, araşdırmanın müəllifləri qeyd ediblər ki, daha optimal vaxtlarda qida qəbul edən insanların daha sağlam həyat tərzinə təsir edən digər xüsusiyyətləri də ola bilər. Məsələn, onların iş qrafiki daha sabit və ya gəlirləri daha yüksək ola bilər. Bu amillər də uzunömürlülük göstəricilərinə təsir etmiş ola bilər.

Mütəxəssislər nə deyir?

"Daha yaxşı metabolik sağlamlıq üçün orqanizmin sirkadiyalı ritmlərini anlamaq və ürək-damar xəstəlikləri riskini azaltmaq vacibdir. Gec saatlarda axşam yeməyi ilə metabolik sağlamlığın pisləşməsi arasındakı əlaqə yaxşı məlumdur. Buna görə qida qəbulunun vaxtı nə yediyimiz qədər əhəmiyyətli ola bilər", deyə Dabhadkar bildirib.

Bununla belə, yemək vaxtı uzunömürlülüyə təsir edə biləcək amillərdən yalnız biridir. Lopesin sözlərinə görə, qidalanma və fiziki aktivlik də ən azı eyni dərəcədə vacib olaraq qalır. Mütəxəssislər əldə olunan nəticələrin axşam yeməyini daha gec saata keçirmək üçün kifayət qədər əsas yaratmadığını da bildirirlər.

Bu araşdırma və əvvəlki məlumatlar ümumilikdə səhər yeməyinin erkən qəbul edilməsini, hər halda günorta saat 12:00-dək qida qəbulunu dəstəkləyir. Axşam yeməyi üçün ən uyğun saatla bağlı isə hələlik birmənalı tövsiyə yoxdur və əlavə araşdırmalara ehtiyac var. Eyni zamanda, mədə yanmasına meyilli insanlara yatmazdan əvvəl yeməkdən çəkinmək tövsiyə olunur.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 464   Tarix: 07 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar

"Soyuqdəymə və qrip zamanı düzgün seçilmiş qidalar orqanizmin bərpasını sürətləndirir". xəbər verir ki, bu sözləri amerikalı dietoloq Bet Çervoni deyib. Mütəxəssis xəstəlik dövründə maye, kalori və bəsləyici maddələrlə zəngin olan bulyon və şorbalara üstünlük verməyi tövsiyə edib:. "Şorbanı

26.09.2026 341
.

Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə

Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri

07.10.2026 555
.

Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?

Payızda üzüm demək olar ki, hər süfrədə olur. Onu olduğu kimi yeyir, salat və desertlərə əlavə edir, mürəbbə hazırlayır, şirəsini çəkir və kişmişə çevirirlər. Lakin çox az insan şirin giləmeyvələrlə birlikdə orqanizmin nələr qəbul etdiyini və üzümün nə qədər yeyilməli olduğunu düşünür. Qaynarinfo xəbə

24.09.2026 528
.

Yaşlandıqca əzələlərin niyə zəiflədiyinə dair yeni səbəb tapıldı

Alimlər yaşla əlaqədar əzələ zəifliyinin yalnız əzələ kütləsinin azalması ilə bağlı olmadığını müəyyən ediblər. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Araşdırmada sinirlər və əzələlər arasındakı əlaqənin yaşlandıqca pozulduğu, bunun isə əzələlərin gücünü azaltmağa kömək etdiyi müəyyə

27.09.2026 360
.

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav

07.10.2026 497
.

Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı

Mütəxəssislər müntəzəm mütaliənin beyin sağlamlığına və ümumi rifaha müsbət təsir göstərə biləcəyini müəyyənləşdirib. Araşdırmalara görə, bunun üçün hər gün uzun saatlar kitab oxumağa ehtiyac yoxdur. Qaynarinfo xəbər verir ki, Kembric Universiteti və "Queen’s Reading Room" təşkilatının alimlər

28.09.2026 548
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 321
.

Azərbaycanda qətliam kimi iki xəstəlik - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda son beş ildə insult və kəskin miokard infarktından 54 973 ölüm qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, beş il ərzində insultdan 33 510, kəskin miokard infarktından isə 21 463 insan həyatını itirib. İki göstəricinin illər üzrə cəmi 54 973 təşkil edib. İnfark

04.10.2026 401
.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin: Nəticəni dəyişdirir

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəyə təsir edə biləcək, tez-tez rast gəlinən, lakin o qədər də nəzərə çarpmayan səhvlər

27.09.2026 417
.