Kart məlumatlarınızı heç kimə verməyin: Fırıldaqçılar bu üsullardan istifadə edir
"Bank kartlarından istifadə edən şəxslər son zamanlar müxtəlif üsullarla həyata keçirilən dələduzluq cəhdlərinə qarşı diqqətli olmalıdırlar. Xüsusilə tanımadığınız şəxslərin kredit, dövlət proqramı və ya müxtəlif ödənişlər adı ilə kart məlumatlarını tələb etməsi ciddi risk yaradır".
Bunu BiG.AZ-a açıqlamasında İnformasiya resursları üzrə mühəndis-tətqiqatçı, Bəhruz Əliyev bildirib.
O, qeyd edib ki, kartın nömrəsi, son istifadə tarixi, CVV kodu və bank tərəfindən SMS vasitəsilə göndərilən təsdiq kodları heç bir halda tanımadığınız şəxslərə təqdim edilməməlidir. Qarşı tərəf özünü bank əməkdaşı, polis, kredit təşkilatının nümayəndəsi və ya digər rəsmi qurumun əməkdaşı kimi təqdim etsə belə, bu məlumatları paylaşmaq olmaz:
"Fırıldaqçılar adətən vətəndaşlara "faizsiz kredit veririk", "dövlət proqramıdır", "sadəcə kart məlumatlarını yoxlamalıyıq" və ya "hesabınıza pul köçürəcəyik" kimi vədlər verirlər. Daha sonra kart məlumatlarını və bəzən bankdan gələn SMS kodlarını tələb edirlər. Halbuki pul köçürmək üçün kart sahibinin CVV koduna, son istifadə tarixinə və SMS-lə göndərilən təsdiq koduna ehtiyac yoxdur.
Mütəxəssislər vətəndaşlara kartlarının təhlükəsizliyi üçün bir sıra sadə tədbirlər görməyi tövsiyə edirlər. Belə ki, kart üzrə gündəlik xərcləmə və köçürmə limitlərinin müəyyənləşdirilməsi, mümkün qədər aşağı limitlərdən istifadə olunması təhlükəsizlik baxımından faydalıdır. Onlayn ödəniş funksiyasını da yalnız ehtiyac yarandıqda aktivləşdirmək, əməliyyat başa çatdıqdan sonra isə deaktiv etmək məsləhət görülür.
Bundan başqa, bank tətbiqində SMS və push bildirişlərinin aktiv olması kartla həyata keçirilən hər bir əməliyyatdan dərhal xəbərdar olmağa imkan verir. Şübhəli linklərə daxil olmaqdan, xüsusilə "kredit", "mükafat" və ya "pul qazandınız" kimi vədlərlə göndərilən WhatsApp, SMS və sosial şəbəkə keçidlərindən istifadə etməkdən çəkinmək lazımdır.
Təhlükəsizlik baxımından əsas vəsaitlərin saxlanıldığı kartdan onlayn alış-veriş üçün istifadə edilməməsi də tövsiyə olunur. Bunun əvəzinə internet ödənişləri üçün ayrıca, az məbləğdə vəsait saxlanılan kartdan istifadə etmək mümkün riskləri azaltmağa kömək edə bilər.
Əgər kart məlumatlarınızı bilmədən başqa şəxslə paylaşmısınızsa və ya hesabınızla bağlı şübhəli vəziyyət yaranıbsa, vaxt itirmədən banka müraciət etmək, kartı bloklatmaq və zərurət yarandıqda ləğv etdirərək yenisini əldə etmək lazımdır. Eyni zamanda, hadisə ilə bağlı banka və hüquq-mühafizə orqanlarına məlumat vermək də vacibdir.
Unutmaq olmaz ki, tanımadığınız şəxsin asan pul, yüksək qazanc və ya faizsiz kredit təklif etməsi onun etibarlı olduğu anlamına gəlmir. Kart məlumatlarının qorunması və şübhəli hallarda vaxtında tədbir görülməsi mümkün maliyyə itkisinin qarşısını almağın ən vacib yollarındandır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 845 Tarix: 07 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDini dəyərlərdən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir
"Azərbaycan dünyəvi dövlətdir. Dövlətin dindən, dinin dövlətdən ayrılması dini dəyərlərimizə hörmətsizlik deyil, əksinə, vicdan azadlığının və dini tolerantlığın təminatıdır. Dövlətimiz məscidlərimizi, dini abidələrimizi qoruyur, xalqımızın mənəvi irsinə sahib çıxır. Lakin bu tolerantlıq mühitində
13:01 254 Kəlağayı - əsrlərin yaddaşını yaşadan Azərbaycan sənəti
"Azərbaycan xalqının zəngin mədəni irsində elə sənət nümunələri var ki, onlar yalnız estetik gözəlliyi ilə deyil, həm də daşıdıqları tarixi yaddaşla seçilirlər. Kəlağayı da bu nadir sənət nümunələrindən biridir. Zərif ipəkdən hazırlanan, rəngarəng naxışları və özünəməxsus ornamentləri ilə seçilə
12:24 199 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 14-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərd
13:30 236 Diabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı
Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf
23:15 1 "Mən bunu problem olaraq da görmürəm" - Şeyxülislam
"Kimin təhriki ilə bu sözləri deyirlər axı? Biz bunu bilirik. Azərbaycan xalqı da bilir. Bəzi insanlar ki var, onların dinindən, mənəviyyatından istifadə edərək dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə inanıram. Əgər bu problem varsa. Bu, problem deyil. Mən bunu problem olaraq da görmürəm. Həl
17:31 259 Vahid məktəbli forması ətrafında müzakirələr və informasiya təzyiqləri: Azərbaycanın təhsil siyasəti niyə hədəfə çevrilə bilər?
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi məsələsi təkcə təhsil müəssisələrində geyim qaydalarının müəyyənləşdirilməsi deyil, eyni zamanda sosial bərabərlik, məktəb intizamı, milli-mənəvi dəyərlər və informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli mövzudur. Təhsil dövlətin gələcəyini müəyyənləşdirə
12:27 244 Misir Məkkə Müdafiə İttifaqına qoşula bilər
Misir Məkkə Müdafiə İttifaqına qoşula bilər. Teleqraf xəbər verir ki, bu barədə Misir xarici işlər naziri Bədr Əbdül Ati "Bloomberg"ə bildirib. "Misir avqust ayında Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış regional müdafiə sazişinə qoşulmaq məsələsini cidd
20:45 132 Uşaq qəzəbi zamanı valideynlər nə etməlidir? - Vacib TÖVSİYƏLƏR
Uşaqların qəfil qəzəblənməsi, yüksək səslə ağlaması və ya istədikləri olmayanda isterikaya düşməsi bir çox valideynin qarşılaşdığı vəziyyətdir. Belə anlarda böyüklər çox vaxt necə davranacaqlarını bilmirlər. Bəziləri uşağı cəzalandırmağa çalışır, digərləri isə sakitləşdirmək üçün onun bütün istəklərin
20:30 160 "Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik
17:35 354