Azərbaycanda xəyanətə görə təzminat: Məbləğ necə müəyyənləşəcək? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda xəyanətə görə təzminat: Məbləğ necə müəyyənləşəcək? - VƏKİLDƏN AÇIQLAMAAzərbaycanda həyat yoldaşının xəyanətinə görə mənəvi təzminat tələb etmək artıq hüquqi müstəvidə mümkün olan məsələlərdən biridir. Ali Məhkəmənin Plenumunun 24 dekabr 2025-ci il tarixli qərarı ilə şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası ilə bağlı məhkəmə təcrübəsinə yeni yanaşmalar gətirilib. Bəs xəyanət nəticəsində yaranan mənəvi zərərə görə təzminatın məbləği nə qədər olmalıdır?

Qərara əsasən, mənəvi zərərin məbləği işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman zərərin xarakteri və ağırlığı, tərəflərin vəziyyəti, təqsirin dərəcəsi və digər hallar nəzərə alınmalıdır.
Azərbaycanda xəyanətə görə təzminat: Məbləğ necə müəyyənləşəcək? - VƏKİLDƏN AÇIQLAMAMövzu ilə bağlı vəkil Turan Abdullazadə BiG.AZ-a açıqlamasında bildirdi ki, təzminatın məbləği hər bir konkret işin hallarından asılı olaraq dəyişə bilər. Onun sözlərinə görə, şəxslər müxtəlif məbləğlərdə təzminat tələb edə bilərlər. Lakin tələb olunan məbləğ mütləq şəkildə ağlabatan olmalıdır. Plenum qərarında da qeyd edildiyi kimi, məhkəmə tərəfindən müəyyən olunan təzminat məbləği həm çəkindirici xarakter daşımalı, həm də zərərvuran şəxsin müflisləşməsinə səbəb olmamalıdır. Yəni təzminat hüquq pozuntusunun qarşısının alınmasında təsirsiz olacaq qədər aşağı, yaxud zərərvuran şəxsi həddindən artıq ağır maliyyə vəziyyətinə salacaq qədər yüksək müəyyən edilməməlidir. Təzminat müəyyənləşdirilərkən məhkəmə tərəflərin yaşı, şəxsiyyəti, davranışı, həyat tərzi, cinsi, psixoloji həssaslıq dərəcəsi və mənəvi sarsıntının intensivliyi kimi halları da nəzərə alır. Bununla yanaşı, məhkəməyə müraciətin nə vaxt edilməsi də mühüm əhəmiyyət daşıyır.

Hadisədən dərhal sonra edilən müraciətlər daha inandırıcı hesab edilə bildiyi halda, uzun müddət keçdikdən sonra irəli sürülən tələblərdə mənəvi zərərin təsiri ayrıca qiymətləndirilir. Mənəvi zərər zərərvuran şəxsin hərəkətlərinin zərərçəkmişin psixoloji vəziyyətinə birbaşa təsiri ilə bağlıdır və zaman keçdikcə bu təsirin səviyyəsi dəyişə bilər. Bu baxımdan hadisədən dərhal sonra irəli sürülən tələblərlə daha gec təqdim olunan iddialara fərqli hüquqi qiymət verilə bilər. Eyni zamanda, hadisədən sonra zərərvuran şəxsin davranışı da təzminatın müəyyənləşdirilməsi zamanı nəzərə alınan amillərdəndir. Xüsusilə nəticələrin aradan qaldırılması istiqamətində atılan müsbət addımlar kompensasiyanın məbləğinə təsir göstərə bilər. Qanunvericiliyə əsasən, boşanma faktı belə tələbin irəli sürülməsi üçün mütləq şərt deyil. Lakin subyektiv olaraq hesab edirəm ki, tərəflərin nikah münasibətlərini davam etdirməsi müəyyən hallarda xəyanət faktının faktiki olaraq qəbul edilməsi kimi qiymətləndirilə bilər. 24 dekabr 2025-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən qəbul edilən "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" qərardan sonra ər-arvad münasibətlərində xəyanət faktına hüquqi qiymət verilməsi məhkəmə təcrübəsində mümkün olub. Bu yanaşma uzun illərdir Türkiyə Respublikasının hüquq sistemində tətbiq olunan praktikaya uyğun olaraq artıq Azərbaycanda da formalaşmağa başlayıb. Belə ki, tərəflər boşanma zamanı xəyanət faktını əsas gətirərək mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilərlər. Bu kateqoriyaya aid işlərdə zərərçəkmiş tərəfin mənəvi təzminat tələb etmək hüququ var.

Şəxsi və ailə münasibətlərindən irəli gələn hüquqların pozulması halında kompensasiya tələb etmək mümkündür. Mənəvi təzminatın məbləği müəyyənləşdirilərkən zərərvuran şəxsin şəxsiyyəti, davranışı, həyat tərzi, vurulmuş zərərin ağırlıq dərəcəsi və hadisənin zərərçəkmiş şəxsə təsiri kimi meyarlar nəzərə alınır. Bu məsələ həm hüquqi, həm də sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Ailə münasibətlərinə zidd olaraq xəyanətə məruz qalan şəxs şəxsiyyət hüquqlarının pozulmasını əsas gətirməklə məhkəməyə müraciət edə və ona dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edə bilər. Lakin belə işlərdə əsas məsələ xəyanət faktının təkzibedilməz sübutlarla təsdiqlənməsidir. Bunun üçün video və audioyazılar, fotomateriallar, yazışmalar, habelə qeyri-rəsmi nikahdan doğulmuş övladla bağlı sənədlər və digər sübut vasitələri təqdim edilə bilər. Mənəvi təzminat tələbi ilə bağlı iddia ərizəsində göstərilən məbləğ iddiaçının subyektiv qiymətləndirməsi əsasında müəyyən oluna bilər.

Bununla belə, tələb edilən məbləğ real və ağlabatan olmalı, əsassız şəkildə şişirdilməməlidir. Praktikada yüksək və reallıqdan uzaq məbləğlər, məsələn, milyonlarla manatlıq iddialar məhkəmələr tərəfindən təmin olunmur və bu cür yanaşma qərəzli kimi qiymətləndirilə bilər. Əksinə, daha ölçülü və əsaslandırılmış məbləğlər üzrə tələblərin məhkəmə tərəfindən təmin edilməsi daha real görünür. Eyni zamanda kişi öz həyat yoldaşına qarşı laqeyd münasibət göstərirsə, həyat yoldaşı vəzifələrini icra etmirsə, tərəf müqabilinin qayğısına qalmırsa, sevgisizlik nümayiş etdirirsə və ya ər arvadına kökəlmisən deyirsə, "eybəcərsən, kifirsən" kimi ifadələrlə hər gün alçaldırsa, diqqət ayırmırsa, açıq-aşkar soyuq davranırsa tərəflərdən heç biri bir-birini xəyanət faktında ittiham və buna istinad edərək təzminat ala bilməz. Təzminatın mümkün olması üçün tərəflərdən biri həqiqətən həyat yoldaşına (ər və ya aravad) dəyər verməli, məhəbbətlə yanaşmalı, lakin qarşı tərəf bu münasibətin əksinə olaraq ona xəyanət etməlidir. Xəyanət fiziki təmasdan daha çox, mənəvi aspektdən insan üçün sarsıdıcıdır. Ona görə də tərəflərdən biri mütləq qurban rolunda olmalı və dərin mənəvi izdirab keçirməlidir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 934   Tarix: 07 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...

1960-cı ildə dərc olunan elmi araşdırmada dünyanın sonu üçün 13 noyabr 2026-cı il tarixi göstərilib. Proqnoz dünya əhalisinin sürətlə artması ilə bağlı nəzəri hesablamalara əsaslanıb. xəbər verir ki, amerikalı fizik Haynts fon Fyorster və İllinoys Universitetinin tədqiqatçıları əhali artımının bu templ

22:30 82
.

"Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib

"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə

12:57 192
.

Kəlağayı - Azərbaycan milli kimliyinin, zərifliyin və qədim mədəniyyətimizin rəmzi

"Azərbaycan xalqının zəngin milli-mədəni irsi, əsrlər boyu qorunub saxlanılan adət-ənənələri və özünəməxsus sənətkarlıq nümunələri ölkəmizin mənəvi sərvətini təşkil edir. Bu sərvətlər sırasında xüsusi yer tutan kəlağayı yalnız qadınların baş örtüyü deyil, həm də Azərbaycan qadınının zərifliyini

12:46 217
.

Kəlağayı - milli-mənəvi irsimizin və Azərbaycan qadınının zəriflik rəmzi

"Azərbaycan xalqının əsrlərin sınağından keçərək bu günə qədər qoruyub saxladığı milli-mədəni dəyərlər ölkəmizin tarixi yaddaşının, mənəvi zənginliyinin və özünəməxsusluğunun mühüm göstəricisidir. Bu dəyərlər sırasında xüsusi yer tutan kəlağayı xalqımızın qədim sənətkarlıq ənənələrini, Azərbayca

13:03 522
.

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12:53 219
.

Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi

Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhtan və təhqir ittihamları ilə verdiyi xüsusi ittiham şikayəti isə məhkəmələr tərəfində

17:41 274
.

Anasının dəfninə getməməsinin səbəbini AÇIQLADI

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aprel ayında vəfat edən anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəbini aylar sonra açıqlayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı şoumen anasının dəfninə getməməsinin səhhəti ilə deyil, uşaqlıq illərindən qalan incikliklərl

20:00 192
.

Hamı intizamlı, səliqəli və vahid formada - Video

Şagirdlərin vahid formaya uyğun geyinməsi təhsil mühitində bərabərliyin qorunması və daxili intizam qaydalarına əməl olunması baxımından vacib amildir. "Qafqazinfo" xəbər verir ki, Naftalan şəhər 1 nömrəli tam orta və Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəblər

16:06 318
.

Uşaq qəzəbi zamanı valideynlər nə etməlidir? - Vacib TÖVSİYƏLƏR

Uşaqların qəfil qəzəblənməsi, yüksək səslə ağlaması və ya istədikləri olmayanda isterikaya düşməsi bir çox valideynin qarşılaşdığı vəziyyətdir. Belə anlarda böyüklər çox vaxt necə davranacaqlarını bilmirlər. Bəziləri uşağı cəzalandırmağa çalışır, digərləri isə sakitləşdirmək üçün onun bütün istəklərin

20:30 160
.