Zahir Nurəliyev ətrafında 50 min manatlıq müəmmalı olay - Ciddi suallar yaranır
Son günlər sosial şəbəkələrdə tanınmış müğənnilərdən birinin şəhid anası və qardaşı ilə əlbir olaraq iş adamından hədə-qorxu yolu ilə 50 min manat aldığı barədə məlumatlar yayılır.
İddialar hələlik rəsmi şəkildə təsdiqlənməsə də, məsələ ilə bağlı ortaya çıxan bəzi məqamlar ciddi suallar yaradır.
Məlumata görə, 50 min manatın alındığı iddia edilən şəxs "Qızıl-Açar" kanesdraşının rəhbəri Zahir Nurəliyevdir. Maraqlıdır ki, Zahir Nurəliyev məsələyə media qarşısında deyil, birbaşa adı hallanan müğənninin özünə verdiyi video açıqlama ilə münasibət bildirib.
Videoda Zahir Nurəliyevin kifayət qədər gərgin və sıxılmış danışması da diqqətdən yayınmayıb. Təbii ki, bu görüntü onun hər hansı təzyiq altında olduğunu sübut etmir. Lakin ortaya haqlı sual çıxır: Əgər belə bir hadisə baş verməyibsə, bu açıqlamanın məhz həmin şəxsə verilməsinin səbəbi nədir?
Digər diqqətçəkən məqam isə Zahir Nurəliyevin həmin şəxsləri uzun müddətdir tanıdığını bildirməsidir. Bu fakt da tərəflər arasındakı münasibətlərin araşdırılmasını zəruri edir.
Burada daha bir məsələ ortaya çıxır. Bəzi müğənnilərin nümayiş etdirdiyi dəbdəbəli həyat tərzi, bahalı avtomobillər və mülklər onların açıqlanan gəlirləri ilə nə dərəcədə uzlaşır?
Əlbəttə, bahalı həyat yaşamaq özü-özlüyündə qanunsuzluq deyil. Lakin gəlir və əmlak arasında ciddi uyğunsuzluq varsa, bunun mənbəyinin araşdırılması normaldır.
Biz media olaraq heç kimi günahkar elan etmirik. Bizim işimiz sual vermək və məsələni ictimailəşdirməkdir. Hadisənin həqiqət olub-olmamasına isə hüquq-mühafizə orqanları aydınlıq gətirməlidir.
Əgər 50 min manatlıq hədə-qorxu iddiası əsassızdırsa, bu da rəsmi araşdırma ilə ortaya qoyulmalıdır. Əks halda, məsələnin arxasında daha ciddi faktların olub-olmadığı araşdırılmalıdır.
Bir sözlə, 50 min manatlıq bu müəmmalı olayın üzərinə işıq salınmasına ehtiyac var./realazerbaycan.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 822 Tarix: 07 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video
Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb
12:18 343 Paltaryuyan maşın sıxma zamanı sıçrayır: problemin bir neçə dəqiqəyə həlli yolu
Paltaryuyan maşının güclü səs çıxarması, titrəməsi və yerindən tərpənməsi həmişə nasazlıq əlaməti deyil. Bəzən problem cihazın döşəmədə düzgün yerləşdirilməməsi ilə bağlı olur. xarici mediaya istinadən xəbər verir ki, cihazın ayaqları döşəməyə tam oturmadıqda və ya gövdəsi əyri dayandıqda sıxma zaman
18:45 203 Kəlağayı milli-mənəvi dəyərlərimizin yaşadılmasının gözəl nümunəsidir
"Azərbaycan xanımının kəlağayıdan istifadə etməsi milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və mədəni irsimizə ehtiramın gözəl ifadəsidir. Xüsusilə, hicab örtməyən xanımlarımızın da kəlağayıya maraq göstərməsi, onu müasir geyim mədəniyyətimizin bir hissəsinə çevirməsi milli ənənələrimizi
12:56 217 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 14-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərd
13:30 236 Fərqli markaların batareyalarını birlikdə istifadə etmək olar?
Pultun və ya başqa cihazın batareyalarını dəyişərkən əlimizə keçən ilk batareyaları taxırıq. Lakin ölçülərinin və gərginliklərinin eyni olması fərqli markaların batareyalarını birlikdə işlətməyin təhlükəsiz olduğu demək deyil. xarici mediaya istinadla xəbər verir ki, istehsalçıdan asılı olaraq batareyaları
21:45 98 "Uşaqları ağladıb videoya çəkib, alətə çevirməyin"
Müğənni Nura Suri uşaqların manipulyasiya vasitəsinə çevrilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkədə yazıb. O, uşaqların danışdırılaraq, ağladılaraq videoya çəkilməsini və təxribat xarakterli suallarla sarsıdılmasını tənqid edib:. "Kişilərin qız uşaqların
21:00 170 Misir Məkkə Müdafiə İttifaqına qoşula bilər
Misir Məkkə Müdafiə İttifaqına qoşula bilər. Teleqraf xəbər verir ki, bu barədə Misir xarici işlər naziri Bədr Əbdül Ati "Bloomberg"ə bildirib. "Misir avqust ayında Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış regional müdafiə sazişinə qoşulmaq məsələsini cidd
20:45 132 "Survivor 2027"nin kapitanları onlar oldu
"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Axşam.az xəbər verir ki, layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçılar onların komandalarında mübarizə aparacaqlar. Qalib
21:15 154 Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə verilən rəsmi nahar maraqlı anlarla yadda qalıb. "Qafqazinfo" xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər nazir
15:44 265