Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik".

Bu sözləri Lent.az-a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqları qəbiristanlıqda qiymətlər od tutub yanırdı.

"Qiymət 7000 manat. Təsəvvür edirsiz?! Biz şokda idik. Necə edək deyə düşünürdük. Atamın son istəyi idi. Etməyə bilməzdim".

Biz adətən ölüm barədə düşünmürük və heç vaxt dəfn xidmətlərinin qiymətləri ilə əvvəlcədən maraqlanmırıq. Bu səbəbdən, yalnız yaxınlarını itirdikdə qiymətlərlə maraqlanmaq yada düşür. Bu zaman da qalırsan ki, ölünə ağlayasan, yoxsa öz gününə...

Bu gün dəfn xidmətlərinin qiyməti toy və digər xeyir mərasimlərinin qiyməti ilə rəqabətə girə bilər. Problem odur ki, başqa mərasimlərdən fərqli olaraq burada xərclərdə qənaət etmək, onları təxirə salmaq və ya ləğv etmək olmaz. Layiqli dəfn həm də nəhəng maliyyə itkisi deməkdir.

Dəfn xidmətləri təmtərağından asılı olaraq müxtəlif qiymətə başa gəlir. Ölünün yuyulması məsələsində isə qiymətlər 50 manatdan başlayır. Bu xidmətə kəfənləmə, duaların oxunması və kommunal xərclər də daxildir.

Məsələn, mərasim xidmətləri təklif edən özəl şirkətlərin "vip-çadırları" bir gün üçün 2-4 min manata başa gəlir. Hava şəraitindən asılı olmayaraq, belə çadırların içərisində rahat şərait yaradılır, ən azı, 8-9 ədəd kondisioner qoyulur. Bu çadırların daxilində döşəmə və tavan örtüyü, pərdələr, stol və stullar müasir dizayna uyğundur. Xidmət personalı uniformada olur. Vip-çadrıların qadınlar və kişilər üçün xüsusi tualetləri var. Bir qədər sadə çadırların gündəlik icarə haqqı 300- 1200 manata təklif olunur. Məsələn, 100 nəfərlik açıq çadırın qiyməti 500 manatdır. Bu sadəcə çadırın və onun daxilində qabların qiymətidir. Əgər menyunun da onlar tərəfindən olmasını istəyirsinizsə, o zaman gərək xərcə düşəsiniz.

Bundan başqa hüzr mərasimi üçün xüsusi zallar da var. "Təzəpir" məscidində 6 belə zal fəaliyyət göstərir. Qiymətlər isə menyudan asılıdır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Lent.az-a açıqlamasında bildirib ki, "Təzəpir" məscidinin mərasim zalları pandemiya səbəbindən hazırda fəaliyyət göstərmir:

"Mərasim zalları uzun müddətdir artıq fəaliyyət göstərmir. Buna görə qiymətlər də təyin olunmur. Əlbəttə, qiymətlər müraciət edənlərin istəklərinə görə dəyişir. Kimisi çay süfrəsi ilə kifayətlənir, kimisi də menyunun zəngin olmasını istəyir".

Amma daha ciddi bir problem də var. Mərhum üçün qəbiristanlıqda yer almaq. Qeyd etmək lazımdır ki, qəbiristanlıqlarda yer çatışmazlığı problemi də aktualdır. Ölünü dəfn etmək üçün lazım olan 1 kvadratmetr yer az qala ev tikmək üçün lazım olan ərazinin qiymətinə təklif olunur. Məzar üçün torpağın qiyməti, yerindən asılı olaraq, hətta eyni bir qəbiristanlıq daxilində fərqlidir.

Şəhər əhalisinin sözlərinə görə, Biləcəri qəbiristanlığında bir kvadratmetr yerin qiyməti 300-1000 manat, Günəşli qəbiristanlığında 400-1500 manat, Badamdarda 500-1500 manat, Qaraçuxurda - 200-1000 manat, "Qurd Qapısı"nda - 1000-3000, Yasamal qəbiristanlığında - 2000-10000 manatdır. Bakıda ən ucuz torpaq Hövsan qəbiristanlığındadır. Burada 1 kvadratmetr torpağı 150-300 manata almaq olar. Xırdalan qəbiristanlığında isə bu qiymət 800-2000 manatdır.

Amma dəfn xərcləri bununla məhdudlaşmır. Molla Yusif Əbdürrəhmanlı deyir ki, qəbrin qazılması 60 manatdan 300 manatadək başa gələ bilər. Hər qəbir qazana 15-20 manat pul verilir. Qəbri adətən 4 nəfər qazır.

"Əlbəttə, biz qiyməti qoyarkən çəkilən əziyyəti nəzərə alırıq. Məsələn, məclisdə bütün gün iştirak edib, dualar və Quran oxuyuruq. Qiymət də ən aşağısı 40 manatdır. Quran tapşırmaq üçün isə 50 manat alıram. Amma imkansızlar üçün 30-40 manata da Quran oxuyuram. Mərhumun ailəsinin vəziyyətini də nəzərə aldığımız olub. Kasıb adamın məclisini savabına da idarə etmişik".

Bundan sonra başdaşının hazırlanması məsələsi var. Ən ucuz başdaşı 550, qara qranitdən hazırlanan baş daşların qiymətləri isə müxtəlifdir. Ən bahalı başdaşının qiyməti 2500 manata təklif olunur.

Bununla bitirmi? Əlbəttə, yox. Bakıda qəbiristanlıqlarda qəbir yerləri üçün təyin olunmuş dövlət rüsumu da var.

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov Lent.az-a açıqlamasında bildirib ki, dövlət rüsumu da müsəlmanlar və qeyri-müsəlmanlar üçün fərqlənir:

"Dövlət rüsumu müsəlman qəbirləri üçün 63 manat, qeyri-müsəlman qəbirləri üçün isə 79 manat təşkil edir. Qeyri-müsəlmanlar qəbirə tabut ilə qoyulduğu üçün qiymət belə təyin olunub".

O bildirib ki, rüsuma tikinti materialının qiyməti daxil deyil:

"Tikinti materialını ya biz alıb veririk və pulunu alırıq, ya da bunu mərhumun yaxınları edir. Tikinti materialının tərkibinə 58 ədəd mişar daşı, 3 kisə sement, 6 ədəd Əlhəd daşı (qəbirdə ölünün başı söykəndiyi daş), qum və fəhlə pulu daxildir. Ümumi məbləğ bazar qiymətinə görə təyin edilir".

Hə, mərhum dəfn olunandan sonra onun ziyarətinə gedəndə çiçək almalı da olacaqsınız. Nəzərə alın ki, ən sadə gül dəstəsinin qiyməti 25 manat təşkil edir.

Bəs, dinimizdə bu mərasimin icra olunması necə buyurulub? Yaxınımızı haqq dünyasına yola salmaq bu qədər xərc tələb etməlidirmi?

Mövzu ilə bağlı Lent.az-a açıqlama verən ilahiyyatçı Hacı Rüfət Qarayev bildirib ki, biz bu ayinləri dinimizə görə icra ediriksə, İslam dinində dəfn mərasimində heç bir hicrət, haqq, maddi vəsait tələb olunmur.

"Hər bir müsəlmanın da vəzifəsidir ki, biri dünyasını dəyişibsə, onu haqq dünyasına yola salaq. Əgər bir müsəlman vəfat edən şəxsin cənazə namazını qılırsa, mənim üzərimdən o vəzifə götürülmüş olur. Eyni zamanda yuyulma mərasimi də belədir. Əfsuslar olsun ki, biz bunu hansısa dini işlərlə məşğul olan ruhanidən və ya molladan gözləyirik. Hər bir insan bu dini ayinlərin icrasını bacarmalıdır. İstər ölünün yuyulması olsun, istərsə də cənazə namazının qılınması. Bir çox insanlar bunu bacarmadığı və vəfat edən doğmalarını haqq dünyasına yola sala bilmədikləri üçün kimlərdənsə asılı qalırlar. Bunun da nəticəsində müəyyən məbləğdə pul xərcləməli olurlar. Əslində bu ayinlərin icrası qarşılığında az məbləğ ödənə bilər".

İlahiyyatçının sözlərinə görə, şəriətimizdə cənazə namazına görə pul ödəmək yoxdur:

"Amma ruhani gəlib məclisi aparırsa və üç-dörd gün orada oturub Quran oxuyur, səhərdən-axşama qədər vaxtını ora sərf edirsə, məclis sahibi onun zəhməti müqabilində öz könlündən keçən kimi, halallıq olsun deyə ona ya pul, ya da başqa bir şey verməklə yola sala bilər. Yəni dinimizdə cənazə namazının qılınması və ölünün yuyulmasına görə pul istənməsi yoxdur. Əvvəllər ölünün yuyulması işi həyətlərdə icra olunurdu və qonşuların köməkliyi ilə həyata keçirilirdi. Buna görə pul da xərclənmirdi. Günümüzə gəldikdə isə hazırda bunun üçün xüsusi yerlər ayrılıb. Həmin yerlərdə ölünün yuyulmasına istifadə olunan su və işıq pulu, kəfənlənməsi üçün lazım olanların da xərclərini nəzərə alsaq həmin məkanların müəyyən məbləğdə pul tələb etmək məcburiyyətində qaldığını deyə bilərik. Bəzi məscidlərdə ölünün kəfənlənməsi üçün lazım olan hər şeyi aparırsansa, təkcə orada su və işıq pulunu ödəyirsən. Əlavə pul ödəməli olmursan. Hər nə olursa olsun, vəfat etmiş şəxsi maddi dəyərlər üzərindən yox, mənəvi dəyərlər üzərindən haqq dünyasına yola salmaq hər birimizin borcudur. Bu bir müsəlman olaraq hər birimizin vəzifəsidir".

Hə, yaxınımızı haqq dünyasına yola salmaq baha başa gəlir. Bütün bu qiymətləri öyrənib bir ölü üçün xərclənəcək pulu hesabladıq. Ən ucuz yerindən hesablayanda məbləğ 1500 manat təşkil etdi. Qiymətləri eşitdikdə yəqin ki, düşündünüz: nə yaşamaq olmur, nə də ki, ölmək. Yaxşısı budur ölməyin, yaxınlarınızı da çətinliyə salmayın. Amma təəssüf ki, gec-tez hər birimiz bununla qarşılaşacağıq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2089   Tarix: 17 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb

Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb

30.10.2026 215
.

Ata-anasını öldürdü, məhkəməyə belə gətirildi

ABŞ-də qətldə ittiham olunan 31 yaşlı Daniel Consun məhkəməyə çıxarılması zamanı qeyri-adi hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Ohayo ştatının Oberlin şəhərində qeydə alınıb. Oberlin Kollecində incəsənət və fotoqrafiya professoru işləyən 64 yaşlı Pipo Nquyen-Duy və onun 5

30.10.2026 288
.

Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa - Bakıya absurd ittihamlar

Türkiyə mediası və sosial şəbəkələrində Azərbaycan əleyhinə kampaniya səngimək bilmir. Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa. Dünəndən isə növbəti antiAzərbaycan dalğası başladılıb. Bundan əvvəlki dalğalar Azərbaycan-İsrail münasibətləri və "hicab" mövzuları üzərindən aparılırdı. Hə

30.10.2026 270
.

ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb

30.10.2026 239
.

"Fənərbaxça"dan Messiyə 50 milyonluq TƏKLİF

"Fənərbaxça"nın dünyaca məşhur argentinalı futbolçu Lionel Messiyə illik 50 milyon avro maaş təklif etdiyi iddia edilib. Messinin təklifi rədd etməsinin səbəbinin atasının xəstəliyi olduğu deyilir. -ın xarici mediaya istinadən xəbərinə görə, "Fənərbaxça"nın transfer fəaliyyəti il

30.10.2026 245
.

Məktəblilər arasında zorakılıq halları ciddi narahatlıq doğurur: Məktəb təhlükəsizliyi və valideyn məsuliyyəti ön plana çıxmalıdır

Məktəblilər arasında bir-birinə qarşı fiziki və psixoloji zorakılıq hallarının baş verməsi cəmiyyəti narahat edən aktual problemlərdən biridir. Təhsil müəssisələri uşaqların yalnız bilik əldə etdiyi məkan deyil, eyni zamanda onların şəxsiyyət kimi formalaşdığı, sağlam ünsiyyət, qarşılıqlı hörmət, tolerantlı

30.10.2026 255
.

"Aliment uşağa verilən güzəşt deyil, valideynin qanuni borcudur" - Alimentin artırılması zərurəti gündəmdə

"Son dövrlər alimentin artırılması məsələsi cəmiyyətdə daha çox müzakirə olunmalı olan sosial problemlərdən biridir. Ölkədə ərzaq, geyim, təhsil, kommunal xidmətlər və digər gündəlik tələbat xərclərinin artması uşaqların maddi təminatı məsələsini daha da aktuallaşdırır. Bu reallıq fonunda illə

30.10.2026 254
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30.10.2026 145
.

Polşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib

Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav

30.10.2026 205
.