İsveçrədə çadra və niqab geyinməyə qadağa qüvvəyə mindi

İsveçrədə çadra və niqab geyinməyə qadağa qüvvəyə mindiİsveçrə hakimiyyəti 1 yanvar 2025-ci ildən ictimai yerlərdə üzü tam örtən geyim və geyim əşyalarının, o cümlədən çadra və niqabın geyinilməsini qadağan edib. Qadağanın pozulmasına görə 100-dən 1000 İsveçrə frankına qədər (110.2-dən 1102 dollara qədər) cərimə nəzərdə tutulur.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, İsveçrə əhalisi 2021-ci ilin mart ayında keçirilən referendumda müvafiq təşəbbüsə səs verib. O zaman sorğuda iştirak edənlərin 51.2%-i qadağanı dəstəkləyib. Əvvəllər bu məhdudiyyət yalnız Sankt-Qallen və Tiçino kantonlarında regional səviyyədə tətbiq edilirdi.

Qadağa müsəlman dindarlarının niqab və çadra kimi geyimlərinə, həmçinin futbol azarkeşlərinin geyindiyi balaklavalara şamil ediləcək. Onları artıq mağazalarda, restoranlarda, dövlət müəssisələrində və ictimai nəqliyyatda geyinmək qadağandır. Bununla belə, üzü örtən geyimləri ibadət yerlərində, karnavallarda və ya soyuqdan qorunmaq məqsədilə geyinmək mümkün olacaq.

İsveçrə Prezidenti Karin Keller-Zutterin sözlərinə görə, qadağa İsveçrədə yaşayan 400 min müsəlmanın yalnız kiçik bir hissəsinə təsir edəcək. Siyasətçinin qeyd etdiyi kimi, onlardan yalnız 20-30 qadın niqab geyinir.

Qadağanın tətbiqi ilə İsveçrə artıq oxşar qaydaların qüvvədə olduğu Avropa ölkələrinin siyahısına qoşulub. Bu ölkələrə Avstriya, Belçika, Bolqarıstan, Danimarka və Niderland daxildir. Üzü örtən geyimlərə ilk qadağanı 2011-ci ildə Fransa tətbiq edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 654   Tarix: 01 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zeynəb tarixə düşdü - Son 20 ilin ən yüksək nəticəsi

Beynəlxalq Fizika Olimpiadası tarixində ilkə imza atılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Belə ki, Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin XI sinif şagirdi Zeynəb Məhəmmədli Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-c

10:58 190
.

Bəhreyndə üçüncü dəfə sirena səsləri eşidilib

Bəhreyn Daxili İşlər Nazirliyi bazar ertəsi günü səhər saat 9-dan (06:00 GMT) əvvəl Manamada təcili yardım siqnalı verdiyini bildirib. Bu, bazar ertəsi günü üçüncü siren siqnalıdır. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, hazırda Bəhreyn İranın ağır bombardımanı altındadır. Müəllif: İlkin Məmmədkərimo

10:36 133
.

İran Hörmüz boğazının bağlı olduğunu, ABŞ isə nəqliyyatın hərəkət etdiyini deyir

İslam İnqilabı Keşikçiləri Korpusu bazar günü Hörmüz boğazının bağlı olduğunu bildirsə də, ABŞ Mərkəzi Komandanlığı boğazın beynəlxalq su yolundan qanuni şəkildə keçmək istəyən bütün gəmilər üçün açıq olduğunu bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, CENTCOM X-də paylaşımda bildirib ki, "İra

10:43 144
.

Küveytdə ABŞ hədəflərinə zərbə: İİKK-dən yeni açıqlama

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Küveytdəki ABŞ hədəflərinə endirilən zərbələr zamanı HIMARS raket sistemlərini və onlara məxsus sursatları məhv etdiyini iddia edib. xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb. İİKK-nin bəyanatında deyilir:. "Bu əməliyyat zamanı İrana doğr

10:25 131
.

İran Hörmüz boğazını bağladı

ABŞ və İran qüvvələri ağır raket və pilotsuz təyyarə hücumları mübadiləsi aparıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Tehran bazar günü Körfəzin o tayındakı dövlətlərdəki ABŞ obyektlərini hədəfə alıb və həyati əhəmiyyətli Hörmüz boğazını yenidən bağladığını bildirib. Müəllif: İlkin Məmmədkərimo

11:01 141
.

ABŞ-ın İrana ikinci gecə hücumlarından sonra Körfəz ölkələri yeni hücumlara oyandı

ABŞ bazar günü gecəsi İrana qarşı bir neçə saatlıq hücum dalğasına başlayıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son hücumlarında onlarla İran hərbi hədəfinə zərbə endirdiyini bildirib. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) məlumatına görə, Körfəz üzərind

10:20 152
.

Bakıda internetə görə qonşular arasında dava - Ölən var

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. BİG.AZ APA-ya istinadən bildirir ki, hadisə Binə qəsəbəsinin "Sovxoz" ərazisində qeydə alınıb. Məlumata görə, qonşusunun xahişi ilə internet kabeli çəkən şəxs kabeli digər qonşunun həyətindən keçirmək istəyib. Bu zaman tərəflər arasında mübahis

12.07.2026 364
.

Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər

ABŞ ilə İran arasındakı hərbi toqquşmalar daha geniş əraziyə yayıla bilər. "Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə müsahibəsində deyib. "Əraqçi (İranın xarici işlər naziri Abbas Əraqçi) zəng vurdu və bu mövzuda telefonla danışdıq"

12.07.2026 248
.

Estoniya Rusiya ilə sərhəddə hərbi şəhərcik inşa etmək niyyətindədir

Estoniya hakimiyyəti Rusiya ilə həmsərhəd Narvada ilk hərbi şəhərcik inşa etmək niyyətindədir və burada Müdafiə Qüvvələrinin təxminən 200 hərbi qulluqçusundan ibarət bölməsinin yerləşdirilməsi planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə ERR agentliyinə müsahibəsində Estoniya Müdafi

12.07.2026 228
.

TOP MP3