Fasiləli aclıq saç uzanmasına necə təsir edir?
Son tədqiqatlar fasiləli aclığın metabolik faydaları ilə saç uzanmasının təsiri arasında kəsişmələri aşkar edib. Bəzi iddialara görə bu üsulun saç uzanması sürətinə müsbət təsir göstərə biləcəyi deyilsə də, reallıq tamamilə fərqli olub və bu sağlamlaşdırma metodunun başqa tərəfini göstərib.
Oxu.Az-ın "News Medical"a istinadən məlumatına görə, Çinin Vestleyk Universitetinin kök hüceyrə bioloqu Binq Çjanın rəhbərlik etdiyi qrup tərəfindən aparılan və "Cell" jurnalında dərc edilən tədqiqat göstərib ki, fasiləli aclıq ümumi metabolik sağlamlığı dəstəkləsə də, ən azı siçanlarda saç regenerasiyasını pisləşdirə bilər. Vaxt məhdudiyyəti ilə qidalanan (8 saat qida əldə etmək imkanı, 16 saat aclıq) və ya qida qəbulu günlərinin növbələşdirilməsi ilə qidalanan siçanlarda qırxılmadan sonra saçlar davamlı qida əldə edən siçanlara nisbətən nəzərəçarpacaq dərəcədə yavaş böyüyüb.
Tədqiqatın müəllifləri bu hadisəni oksidativ stresslə əlaqələndirirlər. Saç regenerasiyası üçün lazım olan saç follikullarının kök hüceyrələri (SFKH) aclıq zamanı enerji mənbəyi kimi qlükozadan yağa keçidə çətinliklə uyğunlaşır ki, bu da proqramlaşdırılmış apoptoz hüceyrə ölümünə səbəb olur. Çjan bildirib: "Aclıq zamanı yağ toxuması sərbəst yağ turşuları buraxmağa başlayır və bu yağ turşuları yeni aktivləşdirilmiş SFKH-yə daxil olur, lakin bu kök hüceyrələrinin onlardan istifadə etmək üçün lazımi mexanizmi yoxdur".
Tədqiqatçılar 49 nəfərin iştirakı ilə keçirilən araşdırmada öz nəticələrini insanlara da şamil ediblər. Onlar qeyd ediblər ki, vaxt məhdudiyyətli pəhriz 10 gün ərzində saç böyüməsi sürətini 18% azaldır. Bununla belə, onlar xəbərdarlıq edirlər ki, insanlarda bu təsir daha yavaş metabolizm və saç böyüməsi dövrlərindəki fərqlər səbəbindən daha az nəzərəçarpan ola bilər.
Fasiləli aclıq çəki itkisi və insulinə həssaslığın yaxşılaşması da daxil olmaqla metabolik üstünlükləri ilə geniş tanınır. Lakin onun periferik toxumalara təsirinin incəlikləri daha az müzakirə olunur. Məsələn, metabolik keçiddən yaranan oksidativ stress digər kök hüceyrə növlərinə də oxşar şəkildə təsir göstərə bilər ki, bu da potensial olaraq toxuma bərpasına və immun reaksiyalara təsir göstərə bilər.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1305 Tarix: 15 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşStress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ
Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy
01.09.2021 1893 Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI
Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı
22.08.2021 1318 Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ
Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd
29.08.2021 1493 Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar
Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur
15.08.2021 2008 Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN
İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl
24.08.2021 1827 Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ
Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami
29.08.2021 879 Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ
Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay
05.09.2021 1101 Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI
Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun
05.09.2021 2454 Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!
Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə
17.09.2021 1439