"Televiziyanın son 30 ildə pozduğu əxlaqı..." - Rasim Balayevdən sərt sözlər

"Televiziyanın son 30 ildə pozduğu əxlaqı..." - Rasim Balayevdən sərt sözlər"Ucuz şeylərlə reytinq tutmaq lazım deyil. Deyəndə ki, bu belədir, cavab verir ki, reytinq budur. Reytinq nədir? Tamaşaçıların zövqünü tamam korlayıblar. Ciddi şeyə baxa bilmirlər. Əxlaq olmayan yerdə özbaşınalıq olur. Cəmiyyətdə hərə öz yerini bilməlidir. Mən daxilimdə azərbaycanlıyam, fransız ola bilmirəm, heç istəmirəm də. Allah məsləhət bilsəydi, elə fransız yaradardı. Mən niyə ondan pis şeyləri oğurlamalıyam. Kişi kişi ilə, qız qızla evlənir. Bu, dünyanın sonuna işarələrdir. O verilişi hazırlayan, filmi çəkən bununla nə demək istəyir?".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev "Otaq 9" layihəsində səsləndirib. O, verilişləri sərt tənqid edib:

"Axı bizim özümüzə məxsusluğumuz, dinimiz, ədəb-ərkanımız var. Xaricdə gedirsən, yaşlı bir qadındır, durub yer verirsən, sənə çox pis baxır ki, məni nə hesab edirsən, şikəstəm? Amma bu, bizdə tərbiyə hesab olunur. Biz belə böyümüşük. İndi gənclər telefonu alıb əlinə guya heç nə görmür. Amma bilir ki, yanında qoca kişi əsə-əsə dayanıb. Amma biz həmişə ayağa durmuşuq. Bunun harası pisdir? Əgər sən bunlara riayət etmirsənsə, olursan meşə adamı. Yoxsa bu gedişlə, səviyyəsiz, axmaq verilişlərlə gəncləri korlayırlar. Məhkəmədə olan şeyi gətirib televiziyaya çıxarırlar. Bir yekəbaş arvadı ilə birləşib anasını evdən qollayıb. Bizim də dinimiz deyir ki, cənnət ananın ayaqları altındadır. Yaxşı, bunu sən niyə televiziyada göstərirsən? Ola bilsin ki, bu tipik hadisə haradasa bir yerdə baş verib. Məhkəməlik olan şeyi gətirib efirdə verirsən. Uşaq, cavan da baxır. Mən yaşda birinə təsir etməz, tam əksi ikrah hissi oyadar. Belə şeydən iyrənirəm. Amma uşaqlar baxır. Ona evdə tərbiyə verirsən ki, böyüyə, kiçiyə hörmət et. Amma sonra baxır ki, sən demə, ananı evdən qovmaq olur. Bununla nə demək istəyirsiniz? Bu nə geyimlərdir, efirə çıxırsınız? Hava istidir, mən də istəyərəm ki, burada şortla gəzim. Bizim milli mentalitetimizə uyğun gəlmir. Demirəm, biz qalaq keçmişdə, o qaranlıqda. Yox. Zamanla ayaqlaşmalıyıq, amma yaxşı şeylərlə. Təəssüf ki, ucuz yolla gedib, reytinq qazanmaq istəyənlər var. Bu reytinqində nəticəsi tamaşaçı zövqünü korlamaqdır. Və insanlar yavaş-yavaş vəhşiləşirlər. Bu sözümə görə məni qınamışdılar. Amma təəssüf ki, bu gün kütlə var. Bu kütləni də yetişdirib çoxaldan verilişlərimiz, televiziyadır. Əvvəl savadlı, ağıllı adamlar efirə çıxardı. Bu gün televizya olub rusların bir sözü var "prokhodnoy dvor". Kim gəlir, efirə çıxarırlar. Televiziyaya nümünəvi adamlar çıxarılmalıdır".

R.Balayev özünü "sənətkar" deyən toy müğənnilərini "bədbəxt" adlandırıb:

"Toy müğənniləri var ki, sənətdən danışırlar. Sən heç sənətin qapısı haradadır onu görməmisən, ay "bədbəxt". Amma yeri gələndə bu kütlə onu toya çağırır, yarım saatına 5 min verir. Bu da elə bilir ki, "sənətkar"dır. Bunu da televiziya edir. Televiziyanın son 30 ildə pozduğu əxlaqı heç kəs edə bilməzdi".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 942   Tarix: 26 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Tramp Avropanın sonunu görür: Aİ dağılacaq?

"Tezliklə Avropa deyə bir şey qalmayacaq". Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. O, Avropadakı iqtisadi vəziyyəti və miqrasiya siyasətini tənqid edərək, ölkələrin yanaşmalarını dəyişməyəcəyi təqdirdə Avropa İttifaqının gələcəyinin təhlük

12:29 236
.

Yaşlı insanlar rəqəmsal dünyada: Rahatlıq, yoxsa təhlükə?

Müasir dünya sürətlə rəqəmsallaşır. Lakin bu proses hər kəs üçün eyni dərəcədə əlverişli deyil. Bank tətbiqlərindən onlayn ödənişlərə qədər bir çox xidmət rəqəmsal platformalara köçürülür. Bəs yaşlı nəsil bu dəyişikliklərə necə uyğunlaşır və onları hansı təhlükələr gözləyir? Ekspertlərimiz bu suallar

12:06 220
.

DİM-in imtahan sualları yenidən gündəmdə: Ekspertdən İRAD

"İmtahan prosesi, sualların çətinlik səviyyəsi və ümumiyyətlə, sualların sayı yalnız statistik təhlillərdən sonra dəqiq və tam şəkildə qiymətləndirilə bilər". Bunu BİG.AZ-a açıqlamasında elm və təhsil eksperti Elmin Nuriyev deyib. O qeyd edib ki, bizdə isə çox təəssüf ki, bu məsələdə tələsirik:

11:15 278
.

Həmkarı İlham Əliyevə zəng etdi

Oktyabrın 21-də Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcu

14:34 202
.

Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi

"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. *. "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabinet

17:20 0
.

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanında baş verib. O, avtomobildən düşərkən yolun kənarındakı yağışqəbuledicini

17:09 228
.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

12:21 269
.

Ukrayna Rusiyanın səkkiz iri neft çənini məhv etdi

Ukraynanın dronlarla Rusiyanın Rostov-na-Donu şəhərindəki Novoşaxtinsk Neft Məhsulları Zavodunun neftyükləmə terminalına endirdiyi zərbə nəticəsində 12 iri çəndən ən azı 8-i zədələnib. Teleqraf xəbər verir ki, hücumun nəticələri barədə "Exilenova+" məlumat yayıb. Qeyd edilib ki, hücum zaman

21:15 0
.

Çox yaşamaq istəyirsiniz? - İt saxlayın

Gündəlik gəzintilər, daha az stress və daha çox ünsiyyət - evdə it saxlamaq təkcə əhval-ruhiyyəyə deyil, həm də insan sağlamlığına müsbət təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər it saxlayan insanların daha aktiv həyat tərzi keçirdiyini və bunun uzunömürlülüklə əlaqəl

21:00 1
.