Azərbaycanı "ikinci Ukrayna" ilə hədələyənlər Türkiyənin aqibətini düşünsünlər!

Azərbaycanı "ikinci Ukrayna" ilə hədələyənlər Türkiyənin aqibətini düşünsünlər!Azərbaycanı "Ukrayna aqibəti" ilə hədələyənlərin diqqətinə!

Türkiyənin "Yeni Şəfəq" qəzeti Ankara-Bakı münasibətlərinə dair növbəti - son həftələrin isterik fonunda Türkiyə mediasında yazılan bəlkə də yüz birinci - məqaləsini dərc etdi.

Normalda, bunu media səhifələrində hər gün rast gəlinən növbətçi yazılardan biri deyib keçə bilərdik. Əgər məqalənin müəllifi İbrahim Karagülün qələmə aldığı olduqca qəribə və təhlükəli bir cümlə olmasaydı: "Hər şeydən əvvəl, Azərbaycanın yeni bir Ukrayna olması istiqamətində qapılar açılırsa, təcili olaraq bu qapıların bağlanması lazımdır".

Bu, sətiraltı eyham deyil, açıq-aşkar təhdiddir. Türkiyə iqtidarına yaxın media ruporu artıq Azərbaycana heç bir etik çərçivəyə sığmayan şəkildə "ikinci Ukrayna" xəbərdarlığı edir.

Qəzet Azərbaycanı kimin və necə Ukraynaya çevirəcəyini açıq yazmır, amma buna ehtiyac da yoxdur - ssenari çox aydındır. Lakin "Yeni Şəfəq"ə və onun dili ilə Azərbaycanı müharibə və dağıntı aqibəti ilə qorxutmaq istəyənlərə xatırlatmalı olduğumuz bir neçə mühüm reallıq var.

İkili oyunların ağır fəsadları

Azərbaycanı başqalarının poliqonuna çevrilməklə hədələyənlər unudurlar ki, mövcud AKP hakimiyyətinin yürütdüyü xarici siyasət kursu səbəbindən məhz Türkiyənin özünün böyük geosiyasi fəsadlarla üzləşmək ehtimalı qat-qat çoxdur.

Bütün qonşularla və qlobal güclərlə riskli ikili oyunlar aparmaq, bir tərəfdən Ukraynaya silah satıb digər tərəfdən Rusiya ilə geniş ticarət dövriyyəsi qurmaq, Yaxın Şərqdə terror qruplaşması kimi tanınan HƏMAS-a qucaq açıb terrorla legitim Vətən müharibəsi anlayışlarını eyniləşdirmək, İraq və Suriyanın daxili işlərinə birbaşa müdaxilə etmək, gah Səudiyyə Ərəbistanını husilərlə mübarizədə tənqid edib, gah da eyni işdə onlara hərbi dəstək vermək, rəsmən NATO üzvü ola-ola, bu blokun strateji rəqiblərinin yanında dayanmaq Ankaranı böyük bir təhlükəsizlik vakuumuna sürükləyir.

Daxildə isə qütbləşmə və ictimai parçalanma pik həddinə çatıb. Hakim partiyanın reytinqinin tarixi minimuma (36 faizdən aşağı) düşdüyü bir dövrdə, müxtəlif təriqətlərə, radikal dini şəbəkələrə dövlət səviyyəsində imtiyazlar verərək cəmiyyətdə sivil insanlara qarşı qorxu atmosferi yaratmaq olar. Lakin bu basqı mexanizminin də bir sonu və xalqın səbrinin bir həddi var.

Xilafət illüziyası və türk birliyinə vurulan zərbə

Bu gün Fələstini və HƏMAS-ı strateji müttəfiq, "qardaş" cildində görüb, öz real qardaşını hədəf taxtasına qoyan nurçu-islamçı AKP elitası tarixin elementar dərslərindən belə ibrət almayıb. Vaxtilə dünyada Fələstin qruplaşmalarına və HƏMAS-a Küveyt qədər maliyyə və siyasi dəstək verən ikinci bir ölkə yox idi. Lakin İraq Küveyti işğal edən zaman həmin fələstinlilər Küveyti dərhal sataraq Səddam Hüseynin tərəfinə keçən ilk qüvvə oldular. Tarixən Osmanlı imperiyasına da bu cür ideoloji xəyanətlər çox edilib.

Azərbaycanı "Ukrayna ssenarisi" ilə şantaj edənlər, rəsmi Bakının nəhəng geosiyasi və iqtisadi səylərlə araya-ərsəyə gətirdiyi Türk Dövlətləri Təşkilatına və Türk birliyinə necə ağır zərbə vurduqlarının fərqində deyillər. Əslində bu, təəccüblü də deyil; çünki bu radikal kütlə üçün "türk" və "millət" anlayışı çoxdan sıradan çıxıb. Onlar özlərini xəyali bir xilafətin mərkəzində, ətrafdakı müstəqil dövlətləri isə öz vassalları qismində görürlər.

Lakin Ankara anlamır ki, bu təkəbbür və hegemonluq iddiası region ölkələri tərəfindən çox aydın şəkildə oxunur. Digər türkdilli respublikalar AKP hakimiyyətinin özünün ən yaxın müttəfiqi, "bir millət, iki dövlət" elan etdiyi Azərbaycana qarşı nümayiş etdirdiyi bu aqressiv dili və təhdidləri diqqətlə izləyir və bundan strateji dərslər çıxarırlar. Məhz Ankaranın bu etibarsız və təzyiqedici siyasətinin nəticəsidir ki, Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstan və Özbəkistan yunan Kipri ilə diplomatik körpülər qurmağa başlayıblar. Ankara isə özünü nəhəng görmək xəstəliyindən bu mesajları düzgün oxuya bilmir.

Türkiyə AKP-dən ibarət deyil

Bütün bu mənfi mənzərəyə rəğmən, sevindirici hal odur ki, Türkiyə yalnız AKP-dən ibarət deyil. Bu gün qardaş ölkədə sivil türkçülüyü, sağlam millətçiliyi və Atatürk irsini müdafiə edən milyonlarla insan var. Onlar iqtidar mediasının apardığı bu çirkin kampaniyanın mahiyyətini çox gözəl anlayır və açıq şəkildə Azərbaycanın suveren, dünyəvi mövqeyinə dəstək verirlər. Hətta hazırda AKP ilə hakimiyyəti bölüşən MHP qanadı belə Azərbaycan mövzusunda eyni baxışı bölüşmür, bu da iqtidar daxilindəki ideoloji çatı göstərir.

Türkiyə cəmiyyətini və ictimai rəyi savadsız, cəhalət içində boğulan fanatiklərin vasitəsilə idarə etməyə çalışanların bu süni resursu tezliklə tükənəcək. O zaman ölkənin milyardlarla dollar dəyərindəki fondlarını tarımar edən, iqtisadiyyatı öz inhisarına alıb maliyyə sistemini çökdürən, daxili və xarici siyasi kursu yalnız öz şəxsi nəfsləri və cibləri ilə uzlaşdıran bu "saf və təmiz islamçılar" xalq qarşısında bütün bunların hesabını verməli olacaqlar.

Modern, sivil və dünyəvi Türkiyə Cümhuriyyətini müxtəlif radikal dini şəbəkələrə təslim etmiş, ölkəni "müsəlman qardaşlar" təfəkkürü ilə idarə edən, səhərlər dindarlıqdan dəm vurub, gecələr rakı içənlərin iç üzü tam ifşa olunanda, kimin "ikinci Ukrayna", kimin isə orta əsrlər qaranlığına yuvarlanan "ikinci Əfqanıstan" olacağını tarix özü hər kəsə nümayiş etdirəcək.

Türkiyənin prezidenti Ərdoğanın 2019-cu ildə Səudiyyə Ərəbistanını təhdid edən çıxışını unutmamışıq:

"Səudiyyə Ərəbistan, siz Yəməni bu hala gətirməyinizin, on minlərlə insanın ölümünün hesabını verin. Suriyanın birliyi və bərabərliyi üçün atdığımız, terror qruplaşmalarına qarşı mübarizədə bizə söz deyə bilməzsiniz".

Həmçinin, Ərdoğanın 2025-ci ildəki çıxışını da xatırladaq:

"Türkiyə hüquq və insanlığa zidd olan hücumlar qarşısında Səudi Ərəbistanın və ərəbistanlı qardaşların yanındadır".

İndi özünüz qərar verin, Türkiyə rəhbərliyi hansı çıxışında daha səmimi görünür?


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 161   Tarix: 21 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dondurulmuş çörəyi yenidən yumşaq etmək üçün mütəxəssis məsləhəti

Dondurucuda saxlanılan çörəyi yenidən yumşaq və xırtıldayan hala gətirmək mümkündür. Mütəxəssislər bunun üçün bir neçə sadə üsul açıqlayıblar. xarici mediaya istinadən xəbər verir ki, çörəyi dondurmaq onun xarab olmasının qarşısını almağın və qida israfını azaltmağın ən asan yollarından biridir. Mütəxəssisləri

18:30 146
.

Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva həmin ölkənin birinci xanımı Bricit Makronun qadın diplomatlarla görüşündə iştirak edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı L.Abdullayeva "X" hesabında paylaşıb. Onun sözlərinə görə, nahar formatında təşkil edilən görü

10:51 252
.

Qan analizi hansı xəstəlikləri göstərə bilər?

Qan analizinin nəticələri bəzi xəstəliklərin əlamətlərini hələ simptomlar ortaya çıxmamışdan əvvəl göstərə bilər. Lakin mütəxəssislər bildirirlər ki, yalnız qan analizinin nəticələrinə əsaslanaraq diaqnoz qoymaq düzgün deyil. xəbər verir ki, laborator müayinələr orqanizmdə baş verən dəyişiklikləri erkə

19:30 119
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

15:10 303
.

Ramiz Əzizbəylinin kürəkəni həbs olundu

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. APA-ya istinadən xəbər verir ki, bununla bağlı Nəsimi Rayon Məhkəməsində qərar qəbul edilib. Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində 1 ay müddətinə həbs qətimka

11:44 287
.

Ermənistan Rusiyadan başqa ölkələrin də AES təkliflərini dəyərləndirəcək

Rusiya ilə Ermənistan arasında münasibətlər heç vaxt soyuq olmayıb və hazırda da bu sahədə heç nə dəyişməyib. xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Sputnik Armenia-nın Telegram kanalına açıqlamasında bildirib. Nəşrin məlumatına görə, Paşinyan diplomatik sahədə və ya ortaq gündəlikd

11:20 199
.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

12:21 269
.

Bir selfi ilə xərçəngin SONU

Süni intellekt texnologiyası xərçəng xəstələrinin sağqalma ehtimalını üzlərinin bir fotoşəkli əsasında proqnozlaşdıra bilər. ABŞ-da aparılan araşdırmada hazırlanmış yeni sistemin həkimlərə xəstələrin vəziyyətini qiymətləndirmək və müalicə qərarları verməkdə kömək edə biləcəyi bildirilib. BİG.AZ xaric

15:19 252
.

Hansı itlər daha az yaşayır və niyə?

İri cins itlər, adətən, kiçik cinslərə nisbətən daha az yaşayırlar. Alimlər təxminən 900 itin DNT-sini araşdıraraq bu fərqi izah edə biləcək dəyişikliklər aşkar ediblər. xəbər verir ki, iri itlər epigenetik səviyyədə kiçik cinslərə nisbətən daha sürətlə qocala bilər. Alimlər DNT-də müəyyən dəyişikliklə

19:45 98
.