Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı
Cənubi Koreyada aparılan yeni elmi tədqiqat probiotik əlavələrin Alzheimer xəstəliyi ilə bağlı erkən koqnitiv geriləmənin qarşısını almaqda və yaddaşı qorumaqda effektiv ola biləcəyini göstərib.
"Qafqazinfo" xəbər verir ki, "Journal of Alzheimer's Disease"də dərc olunan tapıntılar bağırsaq mikrobiotası ilə beyin sağlamlığı arasındakı sıx əlaqəni bir daha sübut edib.
Kvanqju Altsheymer Xəstəliyi və Əlaqəli Demensiyalar (GARD) araşdırma mərkəzinin mütəxəssisləri tərəfindən yürüdülən tədqiqata erkən koqnitiv pozğunluğu olan 87 yaşlı yetkin cəlb olunub. İştirakçılar iki qrupa bölünüb: bir qrupa 24 həftə boyunca gündəlik olaraq tərkibində üç faydalı bakteriya növü (Bifidobacterium animalis, Limosilactobacillus fermentum və Levilactobacillus brevis) olan "KL-P301" kodlu probiotik qarışığı, digər qrupa isə təsirsiz maddə (plasebo) verilib.
24 həftənin sonunda probiotik qəbul edən şəxslərin qan plazmasında Alzheimerin əsas indikatoru sayılan pTau181 zülalının səviyyəsində kəskin azalma qeydə alınıb. Qeyd edək ki, pTau181 beyin hüceyrələrinin fəaliyyətini pozan zərərli tau zülalı dolaşıqlarının göstəricisidir və adətən, demensiya simptomları üzə çıxmazdan əvvəl qanda yüksəlir.
Tədqiqat zamanı probiotik qrupundakı iştirakçıların Klinik Demensiya Reytinq Şkalasında və vizual-məkan yaddaşı testlərində də irəliləyişlər müşahidə edilib. Əlavə olaraq, probiotiklərin iltihab yaradan IL-1β sitokin səviyyəsini əhəmiyyətli dərəcədə azaltması onların iltihabəleyhinə təsir göstərdiyini ortaya qoyub.
Alimlərin fikrincə, zəif bağırsaq sağlamlığı qan-beyin baryerini zəiflədərək neyronların zədələnməsinə yol açır. Probiotiklər isə bağırsaq mikroflorasını tənzimləyərək, beyinə gedən mənfi iltihab siqnallarının qarşısını alır. Tədqiqatçılar bu metodun Alzheimerin erkən mərhələlərində qeyri-dərman müalicə üsulu kimi böyük potensiala malik olduğunu, lakin daha geniş insan qrupları ilə əlavə sınaqlara ehtiyac duyulduğunu bildiriblər.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 128 Tarix: 20 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşElektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi
"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin
11.10.2026 255 Alimlər ən bədbəxt nəsli müəyyən etdilər: artıq xoşbəxt mərhələ deyil
Dünyanın 44 ölkəsində bir milyondan çox insanın iştirak etdiyi genişmiqyaslı araşdırma gənclərin psixoloji vəziyyəti ilə bağlı narahatedici nəticələr ortaya qoyub. xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya əsasən, Z nəsli, yəni zumerlər indiyədək görünməmiş səviyyədə psixoloji problemlərl
18.10.2026 215 Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
Aşpazların illərdir gizli saxladığı son dərəcə pratik üsul sayəsində xəmirə dönmüş plovu bir neçə dəqiqəyə dən-dən etmək mümkündür. xəbər verir ki, plovun xəmirə dönməsinin əsas səbəbi düyü dənələrinin öz həcmindən artıq su udması və qazanın içində yığılan buxarın kənara çıxa bilməməsidir. Plovun lap
17.10.2026 274 Qışda evi qızdırarkən bunlara diqqət edin
Soyuq havalarda kondisioner otağı isitmək üçün adi elektrik qızdırıcısına alternativ ola bilər. Lakin həm rahat temperatur yaratmaq, həm də artıq elektrik sərfiyyatının qarşısını almaq üçün cihazı düzgün tənzimləmək vacibdir. xarici mediaya istinadla xəbər verir ki, isitmə rejimində işləyən inverte
18.10.2026 237 Limon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə
11.10.2026 276 Suya 3 qaşıq əlavə edin, dabanlarınız yumşalsın
Cəmi üç qaşıq soda və 10 dəqiqə vaxt ayırmaqla dabanlardakı qurumuş və sərtləşmiş dərini yumşaltmaq mümkündür. Bu sadə ev üsulu ayaqlara qulluq etməyə kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, dabanların yumşaq və sağlam qalması üçün müntəzəm qulluq etmək vacibdir. Adi qida sodası is
18.10.2026 322 Qız nişanlısı ilə olan fotolara görə toyu ləğv etdi
Ukraynalı qadın nişanlısının onunla birlikdə çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşmaqdan imtina etməsi səbəbindən toyunu ləğv edib. xarici mediaya istinadən xəbər verir ki, Valentina adlı qadının sosial şəbəkələrdə fəal olan nişanlısı onunla birlikdə çəkdirdiyi fotoları paylaşmaq istəməyib. Qadını
18.10.2026 346 "123456" şifrəsinə görə 8,8 milyon nəfərin məlumatları oğurlanıb
Danimarkada bir haker özəl İT şirkətinin administrator hesabında dünyanın ən zəif şifrələrindən biri olan "123456"dan istifadə edilməsindən yararlanaraq 8,8 milyon nəfərin şəxsi məlumatlarını ələ keçirib. xəbər verir ki, hakerin sözlərinə görə, şirkətin ən azı üç hesabı, o cümlədən administrato
18.10.2026 282 Ev təmiri zamanı peşəkar yardım almaq niyə vacibdir?
Evinizi təmir etmək həyat keyfiyyətinizi artırmaqla yanaşı, uzunmüddətli rahatlıq və təhlükəsizlik təmin edən əhəmiyyətli bir addımdır. Bəzi insanlar xərcləri azaltmaq məqsədilə təmiri özləri etməyə çalışsa da, bu yanaşma bəzən daha böyük problemlərə yol aça bilər. Təmirin düzgün və təhlükəsiz şəkild
19.10.2026 208