Şahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - Fotolar
İtaliyanın köklü aristokrat ailələrindən olan Ruspoli sülaləsi Romanın mərkəzində yerləşən 16-cı əsrə aid tarixi mülkünün bərpa və saxlanılma xərclərini ödəmək üçün radikal addım atıb.
"Qafqazinfo" xəbər verir ki, Şahzadə Jakinta Ruspoli və anası Mariya Piya əsrlər boyu ailələrinə məxsus olan dəbdəbəli sarayı turistlərin ödənişli yaşayışı üçün istifadəyə veriblər.
"Ruspoli Bonaparte Residence" adı altında fəaliyyət göstərən tarixi binada hər birinin sahəsi 100 kvadratmetrdən çox olan dörd özəl suit yerləşir. Antik mebellər, hündür tavanlar, mərmər bəzəklər və tarixi kaminlərlə bəzədilmiş suitlərdə bir gecə qalmağın qiyməti 470 dollardan başlayır. Bu qiymətə səhər yeməyi və xidmətçi personalın xidməti daxildir.
Tarixi sarayı bütövlüklə özəl olaraq icarəyə götürmək istəyənlər üçün isə gecəlik qiymət 4000 avro təşkil edir. Hüquqşünas və jurnalist kimi də fəaliyyət göstərən Şahzadə Jakinta və anası qonaqları sarayda şəxsən qarşılayırlar.
Tarixi binaların qorunmasının getdikcə baha başa gəldiyini bildirən Şahzadə Jakinta Ruspoli dəyişən zəmanəyə uyğunlaşmalı olduqlarını vurğulayıb: "Ailəmizdən miras qalan mədəni irsi qapalı saxlamaq əvəzinə, insanlarla bölüşməyi üstün tuturuq. Biz özümüzü sarayın sahibindən daha çox, bu tarixi irsin qoruyucusu və qəyyumu kimi görürük".
Romanın mərkəzində yerləşən bu memarlıq abidəsi həm də tarixi hadisələri ilə diqqət çəkir. Fransız imperatoru III Napoleon uşaqlıq illərində anası Hortensiya de Böharne ilə məhz bu sarayda yaşayıb.
Ruspoli ailəsi həmçinin Romadan 50 kilometr şimalda, Çerveteri şəhərində yerləşən "Castello Ruspoli" adlı tarixi qəsrlərini də 10 suitlik butik hotelə çevirərək turizm sektoruna cəlb edib.




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 131 Tarix: 20 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞərq-Qərb istiqamətində tranzit yükdaşımaların həcmi 20,2 faiz artıb
2026-cı ilin doqquz ayında tranzit daşımalarının həcmi 12 milyon tonu ötərək son beş ilin rekord səviyyəsinə yüksəlib. Teleqraf Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz çoxdur. Xüsusilə tranzit yükdaşımaların həcm
20.10.2026 149 Seysmologiya elminin inkişafına həsr olunan respublika elmi konfransı keçirilib
Oktyabrın 20-də "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək" mövzusunda respublika elmi konfransı keçirilib. xəbər verir ki, konfransın açılışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini
20.10.2026 220 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib
2026-cı il oktyabrın 20-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında - "Place du Luxembourg" meydanında bir qrup azərbaycanlı itkin ailəsi etiraz aksiyası keçirib. Aksiyada etiraz bəyanat
20.10.2026 164 Elçin Əfəndidən "İmtahan sualları çətin idi" deyənlərə SƏRT REAKSİYA
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı yaranan narazılıqlara münasibət bildirib. Məleykə Abbaszadə bu barədə sosial şəbəkə hesabında paylaşım edib. DİM sədri qeyd edib ki, imtahanların çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün il
20.10.2026 326 İmzanı atdıqdan sonra gəlini necə öpdüsə... - Məşhurlar toyda
Türkiyəli aktyor Serhan Onat və Merve Küsmenoğlu 10 illik münasibətlərini rəsmiləşdirərək ailə qurublar. Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün toy mərasimi İstanbulun Mecidiyeköy səmtində yerləşən "DasDas" məkanında keçirilib. Toyda çoxsaylı məşhurlar iştirak ediblər. Aktyo
20.10.2026 231 Rusiya-ABŞ əlaqələri Ukrayna münaqişəsinin həllinə təkan verə bilər
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafı Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlara zəmin yarada bilər. xəbər verir ki, Miroşnik bu barədə "İzvestiya" nəşrinə müsahibəsind
20.10.2026 220 Qulaqlarınızı cingildətməyin!
Bir müddət əvvəl bu köşədən dilə gətirmişdim: "Ağanın paltosunu tutan çox olar" deyə. Bəziləri bunu öz üzərinə götürüb, yanlış anlayıb, ya da elə işinə gəldiyi üçün qəribə bir təlaşla lazımsız giley-güzarlara, müxtəlif hallara bürünməyə başlayıb. Açıq və dəqiq deyim: Heç vecimə də deyilsiniz
20.10.2026 249 Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd
20.10.2026 238 Fransada etirazlar və siyasi gərginlik: Makron hakimiyyəti sınaq qarşısında
Fransada son dövrlər müşahidə olunan hadisələr prezident Emmanuel Makronun rəhbərlik etdiyi hakimiyyət üçün ciddi siyasi problem yaradıb. Küçələrdə keçirilən etiraz aksiyaları, çoxsaylı saxlanılmalar və miqrasiya siyasəti ətrafında kəskinləşən müzakirələr ölkədə ictimai-siyasi gərginliyin artdığını göstərir
20.10.2026 261