DİM-in imtahan sualları yenidən gündəmdə: Ekspertdən İRAD
"İmtahan prosesi, sualların çətinlik səviyyəsi və ümumiyyətlə, sualların sayı yalnız statistik təhlillərdən sonra dəqiq və tam şəkildə qiymətləndirilə bilər".
Bunu BiG.AZ-a açıqlamasında elm və təhsil eksperti Elmin Nuriyev deyib. O qeyd edib ki, bizdə isə çox təəssüf ki, bu məsələdə tələsirik:
"Elə bu il də bunun bariz nümunəsini gördük. İstər buraxılış imtahanlarında, istərsə də blok imtahanlarında, xüsusilə də buraxılış imtahanlarında bu yanaşmanın şahidi olduq.
Deyək ki, valideynlər və şagirdlər təhsilin məzmunu, mahiyyəti və peşəkar tərəfləri baxımından bu məsələlərə tam bələd olmaya bilərlər. Onlar müəyyən yanlışlıqlara yol verə, hansısa sual qəliz göründükdə onunla bağlı fikirlər yürüdə bilərlər. Amma məni təəssüfləndirən və məyus edən mütəxəssislərin də bu məsələdə tələsməsi oldu. Doğrudur, bəzi mütəxəssislərin fikirlərində haqlı məqamlar da var idi. Ancaq bir məsələ var: bu narazılıqlar tam və əhatəli şəkildə təhlil edilməlidir. Obyektiv fikir formalaşdırmaq üçün nəticələrin statistik təhlilinə ehtiyac var. Məsələn, Dövlət İmtahan Mərkəzi hər il imtahanlardan sonra bu statistik məlumatları elan edir. Biz də bunu bilirik və görürük. Müqayisə aparmaq üçün həmin məlumatlar lazımdır. Demək istədiyim odur ki, bu məsələdə tələsmək olmaz".
Ekspert əlavə edib ki, apellyasiya komissiyası hər zaman fəaliyyət göstərir:
"Adətən, apellyasiya müraciətləri yazılı və açıq tipli suallarla bağlı olur. Məsələn, elə şagirdlərin cavabları, elə xətlər var ki, onların oxunması, demək olar ki, mümkün deyil. Üstəlik, apellyasiya prosesində elə bir prosedur var ki, bir sual bir deyil, iki deyil, bir-birini tanımayan üç müəllim-mütəxəssis tərəfindən yoxlanılır. Apellyasiya nəticələri də bir yox, bir neçə nəfərin yoxlamasından keçir. Yəni bunlar çox mürəkkəb və dəqiq proseslərdir".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 176 Tarix: 21 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKim Çen In insultdan sonra ölüb - İDDİA
Sosial mediada Şimali Koreya liderinin beyin qanaması keçirdiyi və Çin xəstəxanasında öldüyü iddia edilir. Şimali Koreya lideri Kim Çen Inın sosial mediada artıq öldüyü bildirilir. Onun insult keçirdikdən sonra Çin xəstəxanasına aparıldığı iddia edilir. Lakin Pxenyan buna yeni fotolarla cavab verib
20.10.2026 603 Gürcüstan Aİ ilə münasibətləri normallaşdırmaq istəyir
Gürcüstan hakimiyyəti Avropa İttifaqı (Aİ) ilə dialoqa başlamaqda maraqlıdır. xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze TASS-ın məlumatına görə, açıqlama verib. Onun sözlərinə görə, dialoqun baş tutması üçün hər iki tərəf addımlar atmalı, danışıqlar isə siyasi səviyyədə və açı
11:24 112 Azərbaycanda yağ kəskin bahalaşdı
Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər
12:21 49 Sabah 28 dərəcə isti olacaq
Oktyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq
20.10.2026 358 Ramiz Əzizbəylinin kürəkəni həbs olundu
Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. APA-ya istinadən xəbər verir ki, bununla bağlı Nəsimi Rayon Məhkəməsində qərar qəbul edilib. Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində 1 ay müddətinə həbs qətimka
11:44 123 DİM-in imtahan sualları yenidən gündəmdə: Ekspertdən İRAD
"İmtahan prosesi, sualların çətinlik səviyyəsi və ümumiyyətlə, sualların sayı yalnız statistik təhlillərdən sonra dəqiq və tam şəkildə qiymətləndirilə bilər". Bunu BİG.AZ-a açıqlamasında elm və təhsil eksperti Elmin Nuriyev deyib. O qeyd edib ki, bizdə isə çox təəssüf ki, bu məsələdə tələsirik:
11:15 175 Netanyahunun siyasi taleyi sual altında: ABŞ də ondan üz döndərdi?
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens gələn həftə İsrail parlamentinə (Knesset) keçiriləcək seçkilərdə Baş nazir Benyamin Netanyahuya dəstək verməkdən imtina edib. Bu barədə o, 2WAY portalına müsahibəsində deyib. Netanyahuya dəstək məsələsi ilə bağlı sualı cavablandıran Vens bildirib:. "ABŞ-d
20.10.2026 300 Bakıda saxta araq istehsal edən sex aşkarlandı
Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağları, bağ sahəsi 2, mənzil 29 ünvanda yerləşən Tapdıqov Məmməd Engels oğluna məxsus fərdi yaşayış evində kustar üsulla saxta aksiz markalı alkoqollu içkilərin hazırlanmas
20.10.2026 393 Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb. Əmrə əsasən, X.İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəs
10:40 170