"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb
Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb.
BiG.AZ "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanında baş verib.
O, avtomobildən düşərkən yolun kənarındakı yağışqəbuledicinin açıq quyusuna düşüb. Nəticədə, onun sağ baldır sümükləri sınıb və sağlamlığına az ağır zərər vurulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci maddəsi (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) ilə cinayət işi başlanıb.
Hadisə ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib. Onun adını dəqiqləşdirmək mümkün olmayıb.
İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsə bəraət verib. Dövlət ittihamçısı hökmdən apellyasiya protesti verərək onun ləğvini və vəzifəli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.
Protestdə göstərilib ki, iş üzrə toplanmış sübutlar, zərərçəkmişin və şahidlərin ifadələri, eləcə də ekspert rəyləri hadisənin yağışqəbuledicinin üzərində qoruyucu barmaqlığın olmaması səbəbindən baş verdiyini təsdiqləyir. Məhkəmə-tikinti ekspertizasının rəyinə görə, quyunun barmaqlıqla təchiz edilməməsi hadisənin texniki səbəbi olub. Ekspertlər müvafiq təhlükəsizlik tələblərinin yerinə yetirilməməsinə görə məsul şəxslərin istintaqla müəyyənləşdirilməli olduğunu qeyd ediblər.
İşə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılıb. Apellyasiya instansiyası Xətai Rayon Məhkəməsinin bəraət hökmünü ləğv edib. Təqsirləndirilən şəxs 314.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 2000 manat məbləğində cərimə cəzasına məhkum edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 142 Tarix: 21 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİraq İrana açılan sərhəd-keçid məntəqəsini bağladı
İraq hökuməti İranla sərhəddə yerləşən Əl-Şib sərhəd-keçid məntəqəsinin fəaliyyətini dayandırmaq barədə qərar verib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Reuters" agentliyi keçid məntəqəsindəki iki mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, Əl-Şib sərhəd-keçid məntəqəsi növbət
12:05 192 Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı
"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini
20.10.2026 402 Xəyyamın beşinci övladı doğulub
Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"
15:10 223 Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs
15:32 147 Fatih Terim "Tuzlu kahve"də çəkiləcək?
Türkiyə milli futbol komandasının keçmiş baş məşqçisi Fatih Terim "Tuzlu kahve" serialında rol alacaq. Axşam.az xəbər verir ki, iddiaların yaranmasına səbəb məşqçinin serialda Hatun Aydınoğlu obrazını canlandıran Binnur Kayanın paylaşımına "Ümid edirəm, yaxın zamanda sizinlə bir duzl
16:53 90 Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb. Əmrə əsasən, X.İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəs
10:40 236 Balın təbii olub-olmadığını yoxlamaq üçün sadə üsul
Bal alarkən hər kəs onun keyfiyyətli və təbii olduğuna əmin olmaq istəyir. Lakin bazarda satılan məhsullar arasında saxta və müxtəlif qatqılar əlavə edilmiş ballara da rast gəlmək mümkündür. Bəs laboratoriya müayinəsi olmadan balın təbii olduğunu müəyyən etmək mümkündürmü?. xəbər verir ki, sosial şəbəkələrd
20.10.2026 457 Jurnalistlərin adından saxtavatsap hesabları yaradılır - Xəbərdarlıq
Son günlər tanınmış jurnalistlərin adından saxta vatsap hesablarının yaradılması və həmin hesablar vasitəsilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə xəbərlər yayılıb. xəbər verir ki, bununla bağlı Mətbuat Şurasının yaydığı xəbərdarlıqda bildirilib. Bildirilib ki, hüquq-mühafizə orqanlarını
14:03 158 Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva həmin ölkənin birinci xanımı Bricit Makronun qadın diplomatlarla görüşündə iştirak edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı L.Abdullayeva "X" hesabında paylaşıb. Onun sözlərinə görə, nahar formatında təşkil edilən görü
10:51 243