"Titullu salonlardan çıxsınlar, reallığı görsünlər" - Zahid Orucdan Avropaya ÇAĞIRIŞ

"Titullu salonlardan çıxsınlar, reallığı görsünlər" - Zahid Orucdan Avropaya ÇAĞIRIŞ"44 günlük Vətən müharibəsində qələbədən sonra Azərbaycanın tərəfdarlarının və müttəfiqlərinin sayı artmaqla yanaşı, ölkəmizə qarşı mübarizəsini açıq müstəviyə çıxaran beynəlxalq təşkilatlar, o cümlədən konkret dövlətlər də mövcuddur".

Bu sözləri BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc bildirib. O qeyd edib ki, bunun səbəbləri başadüşüləndir:

"Çünki ilk növbədə ölkəmiz uzun əsrlər boyu müxtəlif formalı ideoloji quruluşların tərkibində daim istismar olunub. Nəhayət, 1990-cı illərdə siyasi xəritədə müstəqil dövlət kimi yer aldığı bir vaxtda torpaqlarının itirilməsinə məruz qalıb və bölgədə inhisarçı güc mərkəzlərinin iradəsi hökmranlıq edib. Bu, əlbəttə ki, əvvəlki dövrün geosiyasəti hesab oluna bilərdi. Həmin məğlubiyyətin üzərində qurulmuş bir arxitektura mövcud idi və sanki heç kimin buna toxunmağa cəsarəti çatmamalı idi. Prezident İlham Əliyevin iradəsi, siyasi əzmi, strategiyası və gücü bu bölgədə reallığı dəyişdi, yeni qüvvələr nisbəti formalaşdırdı. Şübhəsiz ki, bu, həm də qələbəmizin coğrafiyasını genişləndirdi. Ona görə də ölkəmizə qarşı fəaliyyətlər, xüsusilə Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər platformalarda əvvəlki illərdə müşahidə olunan proseslər fərqli xarakter alıb. Əvvəllər ölkəmizlə münasibətləri soyuq olan və ya münasibətlərin gərginləşməsində maraqlı olan ayrı-ayrı dövlətlər, lobbi qrupları və konkret fraksiyalar məsələləri qeyd olunan qanunvericilik orqanlarının müstəvisinə daşıyırdılar".

Müsahibimiz əlavə edib ki, indiki şəraitdə görürük ki, artıq Avropa Parlamenti sayca 15-ci qətnaməsini bir neçə gün öncə qəbul edib:

"Orada isə yenə də əsas məsələlər - Böyük Qayıdış, öz torpaqlarına qayıdan on minlərlə insanın həyatı və taleyi, bölgədə sülh və digər mühüm məsələlər deyil. Düşünürəm ki, bu şəraitdə, yəni qələbədən sonra Bakı-İrəvan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu, Azərbaycanın sülh prosesini irəli apardığı və ticarət məhdudiyyətlərinin aradan qalxdığı bir vaxtda, ilk növbədə, Birinci Qarabağ müharibəsindən qalan əsir və itkin düşmüş şəxslərlə bağlı məsələnin yeni yanaşma əsasında həlli üçün müvafiq addımlar atılmalıdır. Çünki sayı 4 minə çatan bu insanların hər birinin arxasında konkret ailələr, bizim bacı və qardaşlarımız dayanır. Qeyri-müəyyənlik və məlumatsızlıq onların taleyi ilə bağlı məsələlərdə ciddi problem olaraq qalır. Bu, yalnız hazırda azad edilmiş ərazilərdə aşkar olunan fərdi və ya kütləvi məzarlıqlarla bitmir. Eyni zamanda, hələ də sayı minlərlə olan insanlarla bağlı axtarışların davam etdirilməsini zəruri edir".

Zahid Oruc vurğulayıb ki, bir neçə gün öncə Bakıda artıq sayca dördüncü beynəlxalq konfransda, forumda məhz sözügedən məsələyə həsr olunmuş müzakirələr aparıldı:

"Bilirsiniz ki, orada dövlət rəhbəri adından oxunan müraciətdə dövlət təhlükəsizlik orqanlarının rəhbərliyi tərəfindən bu prosesdə əsir və itkin düşmüş şəxslərlə iş üzrə komissiyanın fəaliyyətinə xüsusi yer verilmişdi. Həmin müraciətdə İrəvanla etimad körpülərinin yaradılması, axtarışların konkret ərazilər üzrə aparılması, eləcə də anonim telefon zəngləri vasitəsilə daxil olan məlumatlar əsasında hələlik məsuliyyət doğurmadan konkret insanların acılarına son qoyulması istiqamətində addımların vacibliyi vurğulanırdı. Xatırlayırsınızsa, həmin müraciətdə qeyd olunurdu ki, qarşı tərəf bu məsələni siyasiləşdirmədən onun mahiyyətini başa düşməlidir. Barışığa təsir edən ən mühüm amillər yalnız dövlətlərarası razılaşmalar və sənədlərdən ibarət deyil. Eyni zamanda, bilavasitə həmin ailələrin həyatına və gələcəyinə münasibətdə konkret əməkdaşlıq töhfəsinə ehtiyac duyulur. Ən vacib məsələ budur ki, düşmənçiliyin aradan qaldırılmasına xidmət edəcək addımlar konkret mahiyyət daşımalıdır. Avropa Parlamenti qarşısında keçirilən etiraz aksiyası da məhz həmin ailələrin və onların timsalında qalib Azərbaycan xalqının çağırışıdır".

Deputat onu da qeyd edib ki, buyursunlar, Avropa Parlamentinin nümayəndələri həmin titullu salonlardan aşağı düşsünlər, kənara çıxsınlar və real vəziyyətə nəzər salsınlar:

"Onlar lobbi mərkəzləri kimi fəaliyyət göstərir və müxtəlif ödənişlər tələb edirlər. Ölkə rəhbəri də Jeva Kaylinin timsalında siyasi korrupsiyanın məhz həmin məkanda daha çox inkişaf etdiyini xüsusi vurğulamışdı. Bu, əsla inkar edilə bilməyəcək bir məsələdir. Eyni zamanda, təkcə bir qeyri-hökumət təşkilatı kimi minlərlə insanımızın hüquqlarını, mənafelərini, tələblərini və istəklərini həmin platformaya çatdıranların deyil, Azərbaycan dövlətinin iradəsinə də hörmət etdiklərini göstərsinlər. Söhbət yalnız konkret həbs olunmuş şəxslər ətrafında qurulan siyasi mübarizələrdən getmir. İndiki şəraitdə onlar sübut etməlidirlər ki, artıq 30 ildən çoxdur taleyi qeyri-müəyyən qalan, ailələrinin axtardığı və bu müddət ərzində bir nəslin ömrünün başa çatdığı insanların hüquqlarına da hörmətlə yanaşırlar. Avropa Parlamenti itkin düşmüş şəxslərlə bağlı müvafiq qərar və ya qətnamə qəbul edərsə, əvvəlki sənədlərinə, heç olmasa, özlərinin də vacib dəyərlər kimi təqdim etdikləri insan hüquqları və İnsan Hüquqları Konvensiyasının prinsiplərinə münasibətlərini nümayiş etdirmiş olar.
Açıq desəm, onların bunu öz təşəbbüsləri ilə edəcəklərinə dair qəti inamım yoxdur. Yenə də həmin ərazilərdə və məkanlarda yerləşən səfirliklərimizin - Brüsseldən Parisə, Fransadan Almaniyaya və digər Avropa İttifaqı ölkələrinə qədər - daha ciddi diplomatik-siyasi fəaliyyət göstərməsinə, koordinasiyalı iş aparmasına ehtiyac duyulur. Diaspor qüvvələrimizin də bu məsələdə böyük rolu ola bilər. Hesab edirəm ki, itkin düşmüş şəxslərlə bağlı müvafiq mövqelərin ortaya qoyulması gələcəkdə Avropa İttifaqının, onun siyasi qurumlarının, təsisatlarının və parlamentinin sülh prosesinə töhfəsi ola bilər".

Müsahibimiz bildirib ki, əgər həqiqətən də onlar hansısa bir şəxsin tapılmasına yardımçı olmaq istəyirlərsə, bu istiqamətdə media mövqeyi nümayiş etdirə, açıqlamalarla çıxış edə və Azərbaycana həmrəylik mesajları verə bilərlər:

"Ukrayna ətrafında 50-dən artıq ölkənin artıq 1 trilyon dollara çatan yardımlarını nəzərə alsaq, biz də bunun heç olmasa mənəvi dəstək baxımından müəyyən hissəsini gözləməyə və tələb etməyə haqlıyıq. Yaxud heç olmasa, həmin ailələrə kompensasiyaların ödənilməsi, onların ağrılarının azaldılması üçün müxtəlif reabilitasiya tədbirlərinin həyata keçirilməsi, Qarabağa qayıdan ailələrə yardım göstərilməsi, eləcə də həmin ərazilərdə aparılan quruculuq işlərinə müvafiq dövlətlərin dəstək verməsi və maliyyə yardımı ayırması Avropa Parlamentinin çağırışlarına və ya qətnamələrinə daxil edilə bilər. Biz, heç şübhəsiz ki, bunları onlardan gözləyirik. Ancaq eyni zamanda realist yanaşırıq və onların mövqelərinin necə olacağının da fərqindəyik. Baxışımız bundan ibarətdir".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 177   Tarix: 21 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Daşınmaz əmlak üzərində mülkiyyət hüququ: Əsas hüquqlar və qanuni təminatlar

Daşınmaz əmlak üzərində mülkiyyət hüququ şəxsin qanunla müəyyən edilmiş qaydada ona məxsus olan əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərini əhatə edir. Bu hüquq mülkiyyətçinin əmlak üzərində qanunvericiliklə müəyyən edilmiş hədlər daxilində hüquqi hakimiyyətin

13:09 154
.

Ermənistanın AİB-dən çıxması iqtisadi risklər yarada bilər

Avrasiya İqtisadi Birliyi Ermənistanın təşkilata üzvlüyünün dayandırılmasının mümkün nəticələri ilə bağlı birgə hesabat hazırlayıb. xəbər verir ki, sənəd təşkilatın rəsmi saytında dərc olunub. Hesabatda bildirilir ki, həm Avrasiya İqtisadi Birliyi (AİB), həm də Avropa İttifaqı (Aİ) çərçivəsində inteqrasiy

11:05 179
.

İranın və Türkiyənin Azərbaycana münasibətində gözlənilməz təzad

İran uzun müddət davam edən səssizliyini pozdu. Özü də gözlənilməz şəkildə. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinq zamanı çıxış edərək bildirib:. "Azərbaycan xalqı qəhrəman və bəsirətli xalqdır. Hicab məsələsi həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların diqqətind

12:22 211
.

İldə 7 milyon ton metan: Alimlər Antarktidada gözlənilməz mənbə tapdı

Antarktidadakı pinqvin koloniyaları planetin istiləşməsinə səbəb olan istixana qazlarından biri - metanın mənbəyidir. İspaniyalı alimlərin hesablamalarına görə, pinqvinlərin həyat fəaliyyəti nəticəsində ildə təxminən 490 min ton metan əmələ gəlir. Bu quşların yaşadığı Antarktidanın bütün əraziləri nəzər

20.10.2026 379
.

Qadınlarda infarktın gizli simptomları: Bu əlamətlərə diqqət edin

Həkim-ginekoloq Niqat Arif qadınların tez-tez diqqətdən kənarda qoyduğu infarkt əlamətləri barədə xəbərdarlıq edib. xəbər verir ki, "The Mirror" qəzeti həkimin açıqlamasını yayımlayıb. Arifin sözlərinə görə, qadınlarda infarktın əlamətləri bəzən zəif ifadə oluna və asanlıqla gözdən qaça bilər

11:26 210
.

Cibinizdəki 2 avro minlərlə dəyərində ola bilər - Bu pulları yoxlayın

Adi görünən 2 avroluq sikkələr bəzən nominal dəyərindən yüzlərlə, hətta minlərlə dəfə baha satıla bilər. Nadir buraxılışlar və sikkələrin hazırlanması zamanı yol verilən istehsal xətaları onları kolleksiyaçılar üçün qiymətli əşyalara çevirir. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərin

20.10.2026 429
.

1 ay kanalda qalan köpəkbalığı xilas edildi

Cənubi Koreyanın Busan şəhərində bir aydan çox müddət ərzində kanalda qalan köpəkbalığı nəhayət açıq dənizə qaytarılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Bukangi" adı verilən dişi köpəkbalığı oktyabrın 21-də həyata keçirilən üçüncü xilasetmə əməliyyatı nəticəsində dənizə yönləndirilib

15:05 68
.

İmzanı atdıqdan sonra gəlini necə öpdüsə... - Məşhurlar toyda

Türkiyəli aktyor Serhan Onat və Merve Küsmenoğlu 10 illik münasibətlərini rəsmiləşdirərək ailə qurublar. Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün toy mərasimi İstanbulun Mecidiyeköy səmtində yerləşən "DasDas" məkanında keçirilib. Toyda çoxsaylı məşhurlar iştirak ediblər. Aktyo

20.10.2026 492
.

Sülh prosesi nəticəsiz qalır: tərəflər bir-birini lağa qoyur

Ukraynada sülh prosesi dalana dirənib: tərəflər bir-birini lağa qoyur, hər hansı həll yolu isə görünmür. xəbər verir ki, bu barədə CNN-in məqaləsində qeyd olunub. Məqalədə bildirilir ki, Avropa ölkələri və Ukrayna ABŞ-ın tələblərini və təhdidlərini Amerika prezidentini qane edə biləcək bir plana çevirməy

10:58 187
.