Torpağın çıxarışı var, amma ev qanunsuzdur - Alıcıları belə aldadırlar

Torpağın çıxarışı var, amma ev qanunsuzdur - Alıcıları belə aldadırlarSatışa çıxarılan bəzi evlərdə torpağın çıxarışının olduğu vurğulanır, lakin həmin çıxarışın əkin üçün nəzərdə tutulduğu, gələcəkdə təyinatının dəyişəcəyi ilə bağlı vədlər verilir.

Bəs görəsən, bu vədlər nə dərəcədə inandırıcıdır? Əkin üçün nəzərdə tutulan torpağın üzərində yaşayış evi tikmək qanunidir? Torpağın təyinatı ev tikəndən sonra dəyişə bilərmi? Bunun hansı riskləri var?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, torpağın təyinatı yaşayış sahəsi üçün nəzərdə tutulmayıbsa, orada ev tikmək və ya ev almaq risklidir:

"Əgər hər hansı bir obyektin və ya daşınmaz əmlak növünün çıxarışı varsa, onun alqı-satqısını həyata keçirməkdə heç bir problem yoxdur. Lakin burada diqqəti bir məqama yönəltmək lazımdır: Torpaq tikinti, yaşayış, yoxsa əkin təyinatlıdır? Bu, çox önəm kəsb edən məsələdir. Təyinat onun üzərində mülkiyyətçisinin həyata keçirə biləcəyi layihənin xarakterini göstərir. Yəni əgər torpaq əkin təyinatlıdırsa, oranı yalnız əkin sahəsi kimi istifadə etmək olar. Yox, əgər yaşayış sahəsidirsə, o zaman orada tikinti işləri aparıla bilər. Bu baxımdan alqı-satqı zamanı problem yaranmasa belə, alqı-satqıdan sonra torpağın üzərində hər hansı bir yaşayış təyinatlı tikinti fəaliyyətinin aparılması qanuna uyğun deyil. Həmin tikinti qanunsuz tikinti hesab olunur və ona sonradan tikinti üçün nəzərdə tutulan yaşayış təyinatlı yeni çıxarışın alınması mümkün olmur".

İqtisadçı qeyd edib ki, torpağın təyinatı nədirsə, onun üzərində tikilən obyektin, yaxud aparılan işin təyinatı da eyni olur:

"Hər hansısa evə ayrıca çıxarış almaq olmur. Torpaq sahəsi varsa, torpaq sahəsi üzərində yaşayış təyinatlı statusu ilə çıxarış almaq mümkündür. Əkin sahəsinə fərdi yaşayış evi kimi çıxarışın alınması mümkün deyil.

Bu cür evlərdən təəssüf ki, kifayət qədər - Məmmədli, Novxanı, Masazır ərazilərində var. Kompleks şəklində, böyük bir sahəni əhatə eləyən həmin evlər bu gün də sənəd əldə etmək imkanına malik deyil. Qanunvericilik imkan vermir ki, torpağın təyinatı fərqli olduqda üzərində aparılan tikintinin statusu olsun. O baxımdan həmin evlər qanunsuz tikili hesab olunur".

V.Oruc qeyd edib ki, heç kim torpağın təyinatının dəyişəcəyinə zəmanət verə bilməz:

"Heç kim təminat verə bilməz ki, torpağın təyinatı dəyişə biləcək. Bu, yalnız o zaman mümkün ola bilər ki, ətrafda da eyni tipli evlər olsun və nə zamansa əmlak amnistiyasında həmin torpaq sahələrinə yaşayış statusu verilsin. O halda sənəd alınması mümkündür ki, o da ki, hələ real görünmür.

Bu baxımdan belə "zəmanət"lərə inanıb, torpaq alaraq ev tikmək risklidir. İllərlə həmin tip torpaq sahələrinin üzərində ev tikən insanlar evlərini rəsmiləşdirə bilmirlər. Çünki qanun buna icazə vermir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 137   Tarix: 21 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dondurulmuş çörəyi yenidən yumşaq etmək üçün mütəxəssis məsləhəti

Dondurucuda saxlanılan çörəyi yenidən yumşaq və xırtıldayan hala gətirmək mümkündür. Mütəxəssislər bunun üçün bir neçə sadə üsul açıqlayıblar. xarici mediaya istinadən xəbər verir ki, çörəyi dondurmaq onun xarab olmasının qarşısını almağın və qida israfını azaltmağın ən asan yollarından biridir. Mütəxəssisləri

18:30 146
.

Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva həmin ölkənin birinci xanımı Bricit Makronun qadın diplomatlarla görüşündə iştirak edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı L.Abdullayeva "X" hesabında paylaşıb. Onun sözlərinə görə, nahar formatında təşkil edilən görü

10:51 252
.

Qan analizi hansı xəstəlikləri göstərə bilər?

Qan analizinin nəticələri bəzi xəstəliklərin əlamətlərini hələ simptomlar ortaya çıxmamışdan əvvəl göstərə bilər. Lakin mütəxəssislər bildirirlər ki, yalnız qan analizinin nəticələrinə əsaslanaraq diaqnoz qoymaq düzgün deyil. xəbər verir ki, laborator müayinələr orqanizmdə baş verən dəyişiklikləri erkə

19:30 119
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

15:10 303
.

Ramiz Əzizbəylinin kürəkəni həbs olundu

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. APA-ya istinadən xəbər verir ki, bununla bağlı Nəsimi Rayon Məhkəməsində qərar qəbul edilib. Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində 1 ay müddətinə həbs qətimka

11:44 287
.

Ermənistan Rusiyadan başqa ölkələrin də AES təkliflərini dəyərləndirəcək

Rusiya ilə Ermənistan arasında münasibətlər heç vaxt soyuq olmayıb və hazırda da bu sahədə heç nə dəyişməyib. xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Sputnik Armenia-nın Telegram kanalına açıqlamasında bildirib. Nəşrin məlumatına görə, Paşinyan diplomatik sahədə və ya ortaq gündəlikd

11:20 199
.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

12:21 269
.

Bir selfi ilə xərçəngin SONU

Süni intellekt texnologiyası xərçəng xəstələrinin sağqalma ehtimalını üzlərinin bir fotoşəkli əsasında proqnozlaşdıra bilər. ABŞ-da aparılan araşdırmada hazırlanmış yeni sistemin həkimlərə xəstələrin vəziyyətini qiymətləndirmək və müalicə qərarları verməkdə kömək edə biləcəyi bildirilib. BİG.AZ xaric

15:19 252
.

Hansı itlər daha az yaşayır və niyə?

İri cins itlər, adətən, kiçik cinslərə nisbətən daha az yaşayırlar. Alimlər təxminən 900 itin DNT-sini araşdıraraq bu fərqi izah edə biləcək dəyişikliklər aşkar ediblər. xəbər verir ki, iri itlər epigenetik səviyyədə kiçik cinslərə nisbətən daha sürətlə qocala bilər. Alimlər DNT-də müəyyən dəyişikliklə

19:45 98
.