Natiq Qasımovun anası: "Arzularıma çatmışam"
"32 ildir gözümüz yolda, qulağımız səsdə idi ki, oğlumdan bir xəbər olsun".
BiG.AZ xəbər verir ki, bu sözləri APA-nın yerli bürosuna Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası Dursun Qasımova deyib.
Dursun Qasımova Prezident İlham Əliyevin oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi ilə bağlı Sərəncam imzalamasına görə dərin minnətdarlığını bildirib:
"Həmin an özümdə olmadım. Bir neçə dəqiqə danışmaq istəmədim. Ağlıma belə gəlməzdi ki, mənim oğluma Milli Qəhraman adı verilsin. Elə bir vəziyyətdə oldum ki, bir anlıq elə bil yuxuda idim. Sevincimi çatdıra bilmirəm. O sevinci gərək yaşayasan. Özüm özlüyümdə Prezidentimizə təşəkkür eləmişəm, var olsun demişəm. Allah ona uzun ömür, can sağlığı versin, Allah var eləsin, Azərbaycan xalqının, dövlətimizin üstündən əksik eləməsin. Çox razı qaldım. Həmişə bizi, yəni şəhid ailələrini üstün tutub. Dünən oğluma Milli Qəhrəman adının verilməsinə görə səhərə qədər yatmamışıq. Çox həyəcan keçirdik. Bu günə çox şükürlər olsun. Artıq bu gün gözlədiyim arzularıma çatmışam".
Dursun Qasımova bildirib ki, neçə illərdi bu adın verilməsini gözləyirmiş: "Hər dəfə ağlayanda fikirləşirdim ki, oğlumun əməyi itməsin. Ona Milli qəhrəman adı verilsin, sona rahat ölüm. Mən bu illər ərzində nə qədər xəstələndimsə də elə bil Allah məni bu günə görə həyatda saxlayıb. Neçə illərdi mənim gözüm yoldaydı".
Natiq Qasımovun anası xəbəri qonşudan öyrəndiyini bildirib: "Bir anlıq həyəcan keçirdim, amma evdə heç kəsə bildirmədim. Bu xəbəri illərdi gözləyirdim. Ona Milli Qəhrəman adının verilməsini eşidəndə elə bil mənə dünyaları verdilər. Bu sevincimizin hədi-hüdudu yoxdur. İndi mən bilmirəm ki, Prezident İlham Əliyevə necə təşəkkür edim. Bu gün mənim oğlumun və bütün şəhidlərin qisası alınıb".
Qeyd edək ki ötən gün Prezident İlham Əliyev Natiq Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında Sərəncam imzalayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1207 Tarix: 26 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp Avropanın sonunu görür: Aİ dağılacaq?
"Tezliklə Avropa deyə bir şey qalmayacaq". Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. O, Avropadakı iqtisadi vəziyyəti və miqrasiya siyasətini tənqid edərək, ölkələrin yanaşmalarını dəyişməyəcəyi təqdirdə Avropa İttifaqının gələcəyinin təhlük
12:29 236 Yaşlı insanlar rəqəmsal dünyada: Rahatlıq, yoxsa təhlükə?
Müasir dünya sürətlə rəqəmsallaşır. Lakin bu proses hər kəs üçün eyni dərəcədə əlverişli deyil. Bank tətbiqlərindən onlayn ödənişlərə qədər bir çox xidmət rəqəmsal platformalara köçürülür. Bəs yaşlı nəsil bu dəyişikliklərə necə uyğunlaşır və onları hansı təhlükələr gözləyir? Ekspertlərimiz bu suallar
12:06 220 DİM-in imtahan sualları yenidən gündəmdə: Ekspertdən İRAD
"İmtahan prosesi, sualların çətinlik səviyyəsi və ümumiyyətlə, sualların sayı yalnız statistik təhlillərdən sonra dəqiq və tam şəkildə qiymətləndirilə bilər". Bunu BİG.AZ-a açıqlamasında elm və təhsil eksperti Elmin Nuriyev deyib. O qeyd edib ki, bizdə isə çox təəssüf ki, bu məsələdə tələsirik:
11:15 278 Həmkarı İlham Əliyevə zəng etdi
Oktyabrın 21-də Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcu
14:34 202 Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. *. "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabinet
17:20 0 "Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb
Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanında baş verib. O, avtomobildən düşərkən yolun kənarındakı yağışqəbuledicini
17:09 228 Azərbaycanda yağ kəskin bahalaşdı
Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər
12:21 269 Ukrayna Rusiyanın səkkiz iri neft çənini məhv etdi
Ukraynanın dronlarla Rusiyanın Rostov-na-Donu şəhərindəki Novoşaxtinsk Neft Məhsulları Zavodunun neftyükləmə terminalına endirdiyi zərbə nəticəsində 12 iri çəndən ən azı 8-i zədələnib. Teleqraf xəbər verir ki, hücumun nəticələri barədə "Exilenova+" məlumat yayıb. Qeyd edilib ki, hücum zaman
21:15 0 Çox yaşamaq istəyirsiniz? - İt saxlayın
Gündəlik gəzintilər, daha az stress və daha çox ünsiyyət - evdə it saxlamaq təkcə əhval-ruhiyyəyə deyil, həm də insan sağlamlığına müsbət təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər it saxlayan insanların daha aktiv həyat tərzi keçirdiyini və bunun uzunömürlülüklə əlaqəl
21:00 1