Sevgilisini qətlə yetirən qadından maraqlı özünümüdafiə: "Demişdi ki, sənə əl qaldırsam, məni öldür" - FOTO
Türkiyədə sevgilisini öldürən qadın məhkəmədə özünü müdafiə üçün dediyi sözlərlə hər kəsi təəccübləndirib. Belə ki, qazaxıstanlı İrina Franzen türkiyəli sevgilisinin ona - "bir daha sənə əl qaldırsam, məni öldürərsən", - dediyini bildirib.
Hadisə Bursa şəhərində baş verib. Restoranda ofisiant işləyən 30 yaşlı qadın 39 yaşlı Turan Dönerlə birlikdə yaşayıb. İrinanın sözlərinə görə, sevgilisi daim ona şiddət göstərib, bu səbəbdən də bir müddətdən sonra onu tərk edərək Qazaxıstana qayıdıb. Lakin sevgilisi ona zəng edərək qayıtmasını istəyib.
"Mənim üçün bilet aldığını dedi, bir daha mənə əl qaldırmayacağını və "bir daha sənə əl qaldırsam, öldür məni", - dedi. Evlənəcəyimizə və xoşbəxt həyat sürəcəyimizə söz vermişdi", - deyə qadın olanları danışıb.
Onun sözlərinə görə, Türkiyəyə qayıtdıqdan sonra Turandan şübhələnib və onun telefonunu yoxlayıb. Bu zaman öyrənib ki, sevgilisi ona ən yaxın rəfiqəsi ilə xəyanət edib. İkili arasında mübahisə yaranıb və qadın onu bıçaqlayıb.
"Turan onun mobil telefonunu qurdaladığımı biləndə dəliyə döndü. Məni döydü, başımdan vurdu, mən mətbəxin piştaxtasına yıxıldım. Turan çörək bıçağını əlinə aldı, o biri əli ilə də məndən tutmuşdu. Onu itələdim. Hər şey çox sürətli baş verdi. Bıçağın əlimə necə gəldiyini xatırlamıram. Onun xırıltılı səs çıxardığını görəndə küçəyə qaçıb kömək istədim. Çox peşmanam. Onu sevirdim, öldürmək fikrim yox idi", - deyə qadın bildirib.
Hadisə yerinə gələn polislər kişinin öldüyünü müəyyən ediblər, şübhəli saxlanılıb.
İrina Franzen haqqında "qəsdən adam öldürmə" maddəsi ilə ömürlük həbs tələbi ilə iddia açılıb./Oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1026 Tarix: 29 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi
Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə
26.10.2026 328 Evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
Türkiyəli müğənni Rafet El Roman evlənməyə hazırlaşdığı azərbaycanlı xanım Rəhimə Hacıyeva ilə nikahdan əvvəl mirası ilə bağlı qərarını açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi evlilik müqaviləsi imzalamaq fikrində olmadığını bildirib. O, mirasını övladları arasında bölüşdürdüyünü qeyd edib. "Öləndə
11:48 183 "Survivor" iştirakçısı Gürcüstanda saxlanıldı
"Survivor" realiti şousu ilə tanınan peşəkar idmançı və məşqçi Hikmət Tuğsuz Gürcüstanda saxlanıldıqdan sonra Türkiyəyə gətirilib. xəbər verir ki, Tuğsuz 2025-ci il iyunun 17-dən İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olub. O, 2026-cı il sentyabrın 25-də Gürcüstanda tutulub
26.10.2026 410 "Ev almaq əlçatmaz olub"
Aparıcı Rövşanə Ağasəfqızı mənzil qiymətləri və gənclərin ev sahibi olmaqda üzləşdiyi çətinliklərdən danışıb. Axşam.az xəbər verir ki, aparıcı verilişində gənclərin kredit ödənişləri, kirayə xərcləri və ailə qurmaqla bağlı problemlərinə diqqət çəkib. O bildirib ki, uzun illər banka ödəniş etmək, eyn
26.10.2026 359 "Azərbaycan hər zaman çoxmədəniyyətli ölkə olub"
"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini vermişdir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlha
10:58 152 Sabah Saatlıda qaz olmayacaq
Sabah Saatlı şəhərində qaz təchizatı dayandırılacaq. Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Saatlı şəhər mərkəzinin qaz təchizatında müvəqqəti fasilə yaranaca
26.10.2026 345 İş axtaranlar üçün VACİB AÇIQLAMA: Bu peşələrə tələbat artır
"Azərbaycanda əmək bazarına nəzər saldıqda görürük ki, hazırda satış, ticarət, maliyyə və mühasibatlıq, istehsalat, tikinti, logistika, səhiyyə, təhsil, informasiya texnologiyaları və insan resursları sahələrində işçi tələbatı mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında İnsan resursları üzr
11:51 188 Çin səmasında qeyri-adi optik effekt müşahidə edildi
Çində "Uzun Yürüş-6A" raketinin buraxılışından sonra səmada "kosmik meduza" kimi tanınan optik effekt müşahidə edilib. xəbər verir ki, Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının məlumatına görə, raket ölkənin şimalında yerləşən Şansi əyalətindəki Tayyuan Peyk Buraxılış Mərkəzində
11:20 151 Ev alarkən bu səhvlərə yol verməyin - Əmlak eksperti açıqladı
"Uzunmüddətli investisiya baxımından bina seçərkən yalnız mənzilin ilkin alış qiymətinə deyil, əmlakın gələcək bazar dəyərinə, likvidliyinə, icarə potensialına və istismar xərclərinə kompleks yanaşmaq lazımdır". Bu sözləri BİG.AZ-a açıqlamasında əmlak eksperti Fərid Cəfərli bildirib. O qey
10:49 183