Zahid Oruc:"Sökülən evlərin və obyektlərin əvəzində verilən sahənin ölçüsü…"

Zahid Oruc:"Sökülən evlərin və obyektlərin əvəzində verilən sahənin ölçüsü…"Təqdim olunan qanun layihəsi Mülki Məcəlləyə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna dəyişikliyi özündə ehtiva edir. Dövlət əhəmiyyətli yollarla yanaşı tunellər, o cümlədən metro çəkilişi, magistral neft və qaz kəmərləri, yüksək gərginlikli elektrik şəbəkələri, kanalizasiya və digər hidrotexniki qurğular, dəmir yolu və tramvay xətləri hazırki layihənin təsir dairəsinə daxildir.

Lakin dövlət ehtiyacları üçün qanunla aparılan alınma siyasəti ilə özəl investorların yaşayış və digər növ tikililər həyata keçirməsi üçün də vahid qaydalara ehtiyac var.
Konstitusiya Məhkəməsi mülkiyyətin özgəninkiləşdirilməsi sahəsində qanunlardakı boşluq və qaydaların qeyri-müəyyənliyinə görə əsassız yüksək kompensasiya tələbləri, həm də mülkiyyətçilərin hüquqlarının pozulması və nəticədə tikintinin uzanmasına səbəb olduğunu bildirib. Məhkəmə qaydaların təkmilləşdirilməsi üçün Milli Məclisə təkliflərini göndərib.
Əgər dövlət və ya özəl şirkətlər hər hansı ərazidə onlarla ailə ilə razılaşıb, mənzil və kirayə öhdəliyi götürüb, milyonlarla manat vəsaiti layihələndirməyə, köçürülməyə, avadanlığa və kredit faizinə xərcləyirsə, bir və ya iki mülkiyyətçi ilə illərlə anlaşmanın tapılmaması nəticəsində tikinti prosesi başlana bilməməsini həll etmək gərəkdir.
Bakı şəhərinin Baş Planında 2040-cı ilə qədər mənzil və tikinti fondunun əsaslı yenilənməsi nəzərdə tutulur. Lakin ödənilən kompensasiya məbləğləri və əvəzləşdirmə qaydalarındakı boşluqlar süni maneələr yaradır. Ona görə də bir neçə təkliflə çıxış etməyi vacib sayırıq.

Əvvəla, söküntüyə məruz qalan mülkiyyətçiyə kompensasiyanın hesablanmasında vahid qaydaların yaradılması, ictimaiyyət üçün açıq meyarların hazırlanması vacibdir. Nazirlər Kabineti qiymətləndirmə şkalasını, bazar qiymətlərindən istifadə qaydasını, ərazilər üzrə diferensial tarifləri, inflyasiya və tikinti xərcləri dəyişdikdə yenilənmə mexanizmini müəyyən edə bilər.
İkinci məsələ, sökülən evlərin və obyektlərin əvəzində verilən sahənin ölçüsü ilə bağlıdır. "Sahənizdən iyirmi faiz çox", "otaq sayı eyni", "ümumi sahə qədər" kimi müddəalar ayrı-ayrı çoxsaylı konfliktləər yol açır, subyektiv yanaşmalar razılaşma müqavilələrini ləngidir. Şəhərsalma və Tikinti Məcəlləsi, mənzil və mülki qanunvericiliklə uzlaşdırılmaqla sahənin hesablanması, yaşayış və qeyri-yaşayış hissələrinin fərqi, yeni mənzilin keyfiyyəti, təhvil müddəti, gecikmə məsuliyyəti barədə minimum təminatlar təsbit edilməlidir. Ədalətli qayda həm əsassız tələbə, həm də şirkətlərinin özbaşına şərtləri diktə etməsinə mane olar.

Üçüncü məsələ, faktiki sahənin necə ölçülməsidir. Balkon, zirzəmi, yardımçı otaq, eyvan, hasar, sonradan artırılmış hissə, yüngül konstruksiya, kommersiya obyekti - bunların hər birinin hüquqi və texniki statusu fərqlidir. Dövlət tərəfindən akkreditə olunmuş müstəqil ölçmə və qiymətləndirməsi, foto və elektron aktın müəyyənləşdirilməsi vacibdir. Söküntü elanından sonra kompensasiyanı artırmaq üçün qanunsuz tikilmiş sahə ilə onillərlə mövcud olan, dövlətin tanıdığı faktiki yaşayış şəraiti eyni qiymətləndirilə bilməz.
Dördüncü məsələ, daşınmaz əmlak üzərində hüququ dövlət qeydiyyatına alınmamış əmlakın vəziyyətidir. Sənədsiz tikililər bir neçə qrupa ayrıla bilər: qeydiyyatı texniki səbəbdən tamamlanmamış, hüquqi əsası olan istifadə; dövlətin uzun müddət sərt tədbir görmədiyi faktiki məskunlaşma; yeni yaranmış qanunsuz zəbt. Mülkiyyət hüququ, qanuni gözlənti və sosial köçürülmə yardımı bir-birindən ayrılmalıdır.
Beşinci məsələ, tikinti yarımçıq qalarsa, razılaşmanın gələcək taleyidir. Böyük layihələrində iştirak edən dövlət qurumları Prezidentin müvafiq aktı və ya qanunla müəyyən edilərsə, onların nəzarət və məlumatlandırma öhdəliyi aydın yazıla bilər. Tikintinin tamamlanması üçün bank zəmanəti, sığorta və ya digər maliyyə mexanizmləri məcburi tətbiq edilməsi vacibdir.

Altıncı məsələ, söküntü və köçürülmənin müddətidir. Tikinti icazəsi alınıbsa, müqavilə təklifləri və qiymətləndirmə yekunlaşıbsa, razılaşma üçün ağlabatan və əvvəlcədən bilinən vaxt, ardınca məcburi mediasiya və sürətləndirilmiş məhkəmə baxışı mərhələsi nəzərdə tutula bilər. Etiraz edən sakinin haqlı çıxması ehtimalını qoruduğumuz qədər, razılaşıb illərlə gözləyən qonşunun haqqını da qorumalıyıq.
Yeddinci məsələ, evin və ya obyektin dəyəri ilə onun yerləşdiyi torpağın dəyərinin hesablanmasıdır. Bəzən eyni iqtisadi dəyərin həm tikili, həm də tikilinin altındakı sahə adı ilə iki dəfə ödənilməsi tələb olunur. Bunun qarşısını alan şəffaf qiymətləndirmə qaydası olmalıdır.
Almaniyada mülkiyyətin alınmasına görə bazar dəyərini və digər əmlak itkilərinin əvəzini ayrıca nəzərə alır. İngiltərənin məcburi satınalma qaydalarında da əmlakın bazar qiyməti ilə yanaşı, köçürülmə xərcləri, biznesə dəyən zərər və məcburi köçürülmənin yaratdığı itkilər ayrıca qiymətləndirilir.
Hökumət aidiyyəti dövlət qurumlarını, Bakı Şəhər İcra Hakimiyyətini, Ombudsman təsisatını, məhkəmə və qiymətləndirmə mütəxəssislərini, tikinti assosiasiyalarını, Mediasiya Şurasını və sakinlərin nümayəndələrini cəlb etməklə yeni hüquqi tənzimləmə qaydalarını hazırlaya bilər.

Qanun layihəsinin nəqliyyat infrastrukturuna müsbət təsir edəcəyinə inanırıq.

Zahid Oruc - Milli Məclisin deputatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 204   Tarix: 27 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Trampın İran planı dəyişdi: Diplomatiya, yoxsa yeni zərbələr?

ABŞ Prezidenti Donald Tramp həmin vaxt atəşkəsi təqdir etməsinə baxmayaraq, İranla iyun ayında əldə edilmiş anlaşma memorandumundan imtina edib. Bu barədə "Al Arabiya" məlumat yayıb. "(İyunda) Qısamüddətli atəşkəs elan etdik, amma mən bunu o qədər də istəmirdim", - Amerika lider

13:06 85
.

"Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız"

"İkili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib. Cəmiyyətimizin ikili standartlara sıfır tolerantlıq göstərdiyini xatırlada

11:12 164
.

Bakıda uşaq arabası ilə keçilməyən yollar - anaların BÖYÜK DƏRDİ

Bakıda körpəsini uşaq arabasına qoyub gəzintiyə çıxan ana bəzən istirahət etmək əvəzinə, əsl maneələr zolağından keçməli olur. Bir tərəfdə səkiləri zəbt edən avtomobillər, digər tərəfdə hündür bordürlər, pilləkənlər, dar keçidlər və yararsız panduslar. Şəhərdə adi gəzinti belə fiziki güc və səbir tələ

26.10.2026 338
.

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edildi (RƏSMİ)

Bakının Xətai rayonunda silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə BİG.AZ-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, general Ə.Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab-Hava" adlı restoranda 1983-cü il təvəllüdlü kriminal aləmd

10:20 176
.

Mirsaleh Seyidov vəzifəsindən azad olundu

Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M. Seyidov bu vəzifəni 2023-cü ildən icra edirdi

13:16 95
.

Kartofu üzə çəkmək dəriyə faydalıdırmı? - Mütəxəssislərdən vacib xəbərdarlıq

Kartof yalnız mətbəxdə istifadə olunan məhsul deyil. Sosial şəbəkələrdə çiy kartof dilimlərinin üzə çəkilməsinin dərini parlaqlaşdırdığı, gözaltı qaralmaları azaltdığı və sızanaqlara qarşı kömək etdiyi iddia olunur. Bəs bu üsul həqiqətən effektivdirmi?. BİG.AZ xəbər verir ki, kartof kalium və C vitamin

12:34 130
.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

11:26 154
.

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Oktyabrın 25-də Tovuzda Vətən müharibəsi qazisi Nizami Qurbanovun qətlə yetirilməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum Neftçalanın Xol Qarabucaq kəndinin sakini olsa da, dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış

11:59 202
.

İran Azərbaycana təhsil dərsi keçir, bəs azərbaycanlıların ana dilində təhsil hüququ necə olsun?

Doğrudan da, komediyadır!. İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf Azərbaycanda vahid məktəbli formasının tətbiqinə münasibət bildirib və təhsil hüququndan məhrum olduqlarını iddia edən qızlara "azad təhsil mühiti" yarada biləcəklərini bəyan edib. "İran universitetlər

11:40 136
.