İş axtaranlar üçün VACİB AÇIQLAMA: Bu peşələrə tələbat artır

İş axtaranlar üçün VACİB AÇIQLAMA: Bu peşələrə tələbat artır"Azərbaycanda əmək bazarına nəzər saldıqda görürük ki, hazırda satış, ticarət, maliyyə və mühasibatlıq, istehsalat, tikinti, logistika, səhiyyə, təhsil, informasiya texnologiyaları və insan resursları sahələrində işçi tələbatı mövcuddur".

Bu sözləri BiG.AZ-a açıqlamasında İnsan resursları üzrə menecer Röyal Əhmədov deyib. O bildirib ki, əmək bazarına dair təhlillər göstərir ki, topdan və pərakəndə ticarət, maliyyə və sığorta, emal sənayesi, mehmanxana və ictimai iaşə, eləcə də tikinti sahələri vakansiyaların daha çox qeydə alındığı istiqamətlərdəndir:

"Satış təmsilçiləri, mühasiblər, satınalma və təchizat mütəxəssisləri, sürücülər, aşpazlar və elektrik ustaları da tələb olunan peşələr sırasındadır. Gələcəkdə isə rəqəmsallaşma və texnologiyaların inkişafı əmək bazarına ciddi təsir göstərəcək. Xüsusilə süni intellekt, proqramlaşdırma, kibertəhlükəsizlik, məlumat analitikası və rəqəmsal marketinq sahələrində yeni imkanların yaranacağı gözlənilir. Bununla yanaşı, maliyyə, mühəndislik, logistika və texniki peşələr də öz əhəmiyyətini qoruyacaq. İnsan resursları sahəsində də mühüm dəyişikliklər baş verir. Artıq HR fəaliyyətinin əsasını yalnız işə qəbul və sənədləşmə deyil, həm də əməkdaşların inkişafı, fəaliyyətinin qiymətləndirilməsi, işçi məmnuniyyəti, kadrların saxlanılması və HR analitikası təşkil edir. Gələcəkdə əmək qanunvericiliyini bilən, rəqəmsal sistemlərlə işləyən və biznes proseslərini anlayan insan resursları mütəxəssislərinə ehtiyac arta bilər".

Mütəxəssis əlavə edib ki, gələcəyin əmək bazarında yalnız ali təhsil diplomu kifayət etməyəcək:

"İşəgötürənlər namizədlərin praktiki bacarıqlarına, təcrübəsinə, ünsiyyət qabiliyyətinə, problem həll etmək bacarığına və dəyişikliklərə uyğunlaşmasına daha çox diqqət yetirəcəklər. Süni intellekt və rəqəmsal alətlərdən düzgün istifadə bacarığı da müxtəlif peşələrdə üstünlük yaradacaq. Gənclərə tövsiyəm odur ki, peşə seçərkən yalnız hazırda populyar olan sahələrə və yüksək əməkhaqqı vədlərinə əsaslanmasınlar. Öz maraqlarını, bacarıqlarını və əmək bazarının real tələblərini nəzərə alsınlar. Seçdikləri sahədə praktiki təcrübə toplamaq, təcrübə proqramlarında iştirak etmək, xarici dil öyrənmək və davamlı şəkildə öz üzərlərində işləmək onların iş tapmaq imkanlarını artıra bilər. Nəticə etibarilə, düşünürəm ki, gələcəyin əmək bazarında həm texnologiya və rəqəmsallaşma ilə əlaqəli peşələr, həm də texniki, maliyyə, satış və xidmət sahələri mühüm rol oynayacaq. Əsas məsələ yalnız tələbat olan peşəni seçmək deyil, həmin peşə üzrə bilik və bacarıqları davamlı inkişaf etdirməkdir. Çünki gələcəkdə əmək bazarında uğur qazanan şəxslər dəyişikliklərə uyğunlaşan, öyrənməyi bacaran və biliklərini praktikada tətbiq edən insanlar olacaq".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 168   Tarix: 27 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çimərlikdə turistə hücum edən şəxs saxlanılıb

ABŞ-da çimərlikdə turistə cinsi təcavüz etməyə çalışan kişinin qarşısını ətrafdakılar alıb. xəbər verir ki, WFLA hadisənin təfərrüatlarını yayıb. Cinayətdə şübhəli bilinən 50 yaşlı Maykl Cekson oktyabrın 21-də, çərşənbə günü həbs edilib. Florida ştatının Pinellas dairəsinin şerif idarəsinin məlumatın

11:05 131
.

Bakıda yeni park salınır - Fotolar

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. xəbər verir ki, Bakıda yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlto

10:47 167
.

35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - Video

Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektri

26.10.2026 448
.

Məşhur aşpazın toyu təxirə düşdü - Nişanlısı xəyanəti bağışlamadı

Türkiyənin məşhur "MasterChef" proqramının münsiflərindən olan Somer Sivrioğlu şəxsi həyatı ilə yenidən maqazin gündəminə gəlib. xarici KİV-ə istinadən xəbər verir ki, məşhur aşpazın nişanlısı Didem Belenlə münasibətləri qalmaqallı şəkildə başa çatıb. Evlənməyə hazırlaşan cütlüyün ayrılmasında

26.10.2026 534
.

Eynşteynin əlyazması hərracda gözləniləndən üç dəfə baha satıldı

Məşhur fizik Albert Eynşteynin təxminən 1929-cu ildə riyaziyyatçı həmkarına göndərdiyi, mürəkkəb riyazi hesablamalarla dolu məktub hərracda 71 811 dollara satılıb. Sənəd üçün ilkin olaraq 20 min dollar və daha yüksək məbləğ nəzərdə tutulsa da, yekun qiymət gözləntiləri xeyli üstələyib. Qaynarinfo xəbə

26.10.2026 354
.

Kim Kardaşyan ilk dəfə Luis Hamiltonla münasibətlərindən açıq DANIŞDI

46 yaşlı ulduz yarış sürücüsünün ideal kişi üçün bütün tələblərinə cavab verdiyini etiraf edib. 46 yaşlı Kim Kardaşyan ilk dəfə "Formula-1" pilotu 41 yaşlı Luis Hamiltonla münasibətləri barədə açıq danışıb. Ulduz şəxsi həyatının təfərrüatlarını "Kardaşyan ailəsi" realiti şousunu

26.10.2026 427
.

İranın təhsil sisteminin qaranlıq üzü: Repressiyalar, həbslər, boğulan azadlıqlar - TƏHLİL

İranda qadın və qızların təhsil hüquqlarının məhdudlaşdırılması, məcburi hicab qaydalarının sərtləşdirilməsi və universitetlərdə təhlükəsizlik nəzarətinin gücləndirilməsi ölkənin təhsil sisteminin acı reallıqlarıdır. Qadınların geyimlərinə və ictimai mövqelərinə görə təzyiqlərə məruz qalması, bəzi hallard

26.10.2026 530
.

Yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanı

12:55 0
.

Kanada ABŞ-dan ilk iki CF-35A qırıcı təyyarəsini qəbul edib

Kanada ABŞ-dan ilk iki beşinci nəsil CF-35A qırıcı təyyarəsini qəbul edib. xəbər verir ki, bu barədə "The Aviationist" bloqu məlumat yayıb. Təhvil-təslim mərasimi oktyabrın 22-də ABŞ-ın Arizona ştatında yerləşən Luke Hərbi Hava Qüvvələri bazasında keçirilib. Təyyarələrin Kanada pilotlarını

11:11 131
.