800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...

800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...Gədəbəydə falçılıqla məşğul olan 1985-ci il təvəllüdlü Ramidə Əsgərovaya cinayət işi açılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, R.Əsgərova 2 nəfərə qarşı dələduzluq əməlində təqsirləndirilib.

Məlum olub ki, Ramidə Gədəbəyin Arısu kəndində 2 qadını aldadaraq müvafiq olaraq onların birindən 800, digərindən 700 manat alaraq ələ keçirib.

Zərərçəkmiş şəxslərdən Xalidə Əzizova (şərti ad soyadlı) ifadəsində bildirib: "Gədəbəyin Arısu kəndində yaşayıram. Kənddə olarkən sakinlərdən buraya Ramidə adlı falçının gəldiyini eşitdim. Qızımın ailəsində problemlər olduğu üçün Ramidəyə yaxınlaşdım, onlar haqqında danışdım. Ramidə isə qızıma "qurd yağı" çəkildiyini, bu səbəbdən də ailəsi ilə problemləri olduğunu, mənə bu işdə kömək göstərəcəyini və 800 manat pul alacağını dedi. Ramidəyə inanıb pulu hissə-hissə olmaqla ona verdim. Sonradan qızım ərindən boşandı, mən də aldadıldığımı başa düşüb şikayət etdim".

Digər zərərçəkmiş şəxs Şəhla Behbudova isə falçıya övladının xəstəliyi ilə əlaqədar müraciət etdiyini deyib: "Gədəbəyin Düzyurd kəndində yaşayıram. Bir gün Tovuz rayon sakini Ramidə Əsgərovanın falçı kimi kəndimizə gəldiyini eşitdim, həmin gün ona yaxınlaşıb qızımın xəstə olduğunu, tibbi müalicənin fayda vermədiyini deyib kömək etməsini xahiş etdim. Ramidə qızımın şəklinə baxdı, onu 2 aya sağalda biləcəyini deyərək qarşılığında 700 manat pul istədi, mən də razılaşdım. Onunla birlikdə yaşadığım evə getdik, pulu verdim. Ramidə evin həyətindən düyünlü sap çıxarıb qızıma əməl olunduğunu bildirdi, sonra çıxıb getdi. Xeyli vaxt qızımın sağalmadığını görüb onun məni aldatdığını başa düşdüm".

Təqsirləndirilən qadın isə ifadəsində bildirib ki, artıq falçılıqla məşğul olmur. O, zərərçəkmiş şəxslərə vurduğu zərəri tamamilə ödədiyini və barışıq əldə edildiyini bildirib.

Barışıq ərizələri məhkəməyə təqdim edilib.

Gədəbəy Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Ramidənin cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsinə qərar verib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 149   Tarix: 26 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Atəşgahdan kino ekranlarına: Azərbaycan-Hindistan mədəni əlaqələrinin izi

Xəzərin sahilində, Bakının yaxınlığında yerləşən Atəşgahın divarlarında Hindistandan gəlmiş insanların yazıları qorunub saxlanılır. Bu qədim abidə təkcə Azərbaycanın tarixi-mədəni irsinin mühüm nümunəsi deyil, həm də müxtəlif xalqlar arasında əsrlər boyu mövcud olmuş ticarət və mədəni əlaqələrin canl

11:28 196
.

CNN: Vaşinqton-Kiyev fikir ayrılıqları Moskvanın xeyrinə nəticələnə bilər

Yeni Avrasiya Strategiyaları Mərkəzinin beynəlxalq tərəfdaşlıq rəhbəri Con Lofun sözlərinə görə, Ukraynanın Rusiyanın neft emalı zavodlarına davamlı hücumları ABŞ Prezidenti Donald Tramp üçün "öküzə qırmızı parça göstərmək kimidir". xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın analitiklər

10:32 177
.

İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi

Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbaycan Respublikası Hökumət

13:52 168
.

"Sülh sazişi tək kağız üzərində olmamalıdır"

"Sülh sazişi imzalana bilər, amma bu, tək kağız üzərində olmamalıdır". "Qafqazinfo"nun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması"

16:18 104
.

Bu ərazilərdə işıq olmayacaq

Paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki,elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmas

10:00 187
.

300-400 manat ödəməklə ev almaq mümkündürmü? Ekspertdən açıqlama

TikTok və digər sosial şəbəkələrdə cəmi 300-400 manat ödəməklə, hətta yalnız şəxsiyyət vəsiqəsi ilə ev sahibi olmağın mümkünlüyü barədə elanlara tez-tez rast gəlinir. Lakin bu təkliflərlə maraqlanan vətəndaşlara bəzən daha yüksək qiymətlər və əlavə şərtlər təqdim olunur. Bəs həqiqətən də bu gün elanlard

12:12 208
.

İlham Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi

14:49 175
.

Xəzər dənizindəki adalar materikə birləşdi: Dağıstanın ərazisi genişləndi

Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində Dağıstan Respublikasının faktiki quru sahəsi 2-3 min kvadratkilometr artıb. xəbər verir ki, bu barədə "RİA Novosti"yə coğrafiya elmləri namizədi, geoloq İdris İdrisov məlumat verib. O, bu prosesi suyun geri çəkilməsi və bir sıra adaların materikl

25.10.2026 388
.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

12:46 219
.