Putin Qərbdən maksimum güzəşt qoparmağa çalışır - Əsl məqsədi AÇIQLANDI
Ukrayna ilə bağlı qarşıdakı danışıqlarda Rusiya Prezidenti Vladimir Putin çox güman ki, NATO-nun Avropadakı mövcudluğunun 1997-ci il səviyyəsinə endirilməsini tələb edəcək.
Bu barədə "Telegraf" nəşri yazıb.
"Rusiya Ukrayna ilə bağlı yeni sülh danışıqları raundundan istifadə edərək, NATO-nun müdafiə qabiliyyətini zəiflədəcək güzəştlər əldə etməyə çalışacaq. Moskvanın irəli sürə biləcəyi tələblər arasında alyans qüvvələrinin Polşa, Estoniya, Latviya, Litva və NATO-ya 2023-cü ildə qoşulan Finlandiyadan çıxarılması da var", - nəşrin məlumatında qeyd olunub.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında tarixçi Zaur Əliyev bildirib ki, diplomatiya sahəsində tədqiqat aparan və çalışan işçilər belə oyunları asanlıqla görə bilir:
"Buna "maksimalist danışıqlar taktikası" deyirlər. Diplomatik təcrübədə tərəflər masaya ən yüksək, hətta qarşı tərəf üçün qeyri-mümkün görünən tələblərlə otururlar. Məqsəd, sonrakı mərhələlərdə bu qeyri-real tələblərdən "güzəştə getmək" görüntüsü yaradaraq, əvəzində özləri üçün daha sərfəli nəticələr əldə edirlər. Real vəziyyət nədir? Hər iki tərəfin ciddi canlı qüvvə və resurs itkilərinə baxmayaraq, cəbhə xəttində tam üstünlük təmin edilə bilmir. Bu vəziyyət münaqişənin yaxın dövrdə tam sülhlə deyil, Koreya ssenarisinə bənzər aktiv döyüşlərin dayandırılması və xəttin dondurulması ilə nəticələnə biləcəyi ehtimalını artırır".
Müsahibimiz qeyd edib ki, Rusiya oxşar ultimatumu 2021-ci ilin dekabrında - Ukraynaya genişmiqyaslı hücumdan cəmi iki ay əvvəl də Qərbə təqdim etmişdi:
"Hazırkı qarışıqlıq fonunda bu məsələnin yenidən gündəmə gətirilməsi Kremlin "maksimalist danışıqlar taktikası" ilə bağlıdır.
Putinin irəli sürdüyü şərtləri real sülh əldə etmək üçün deyil, danışıqlar masasında Qərbdən maksimum güzəştlər qoparmaq üçün istifadə edilən strateji təzyiq formasıdır. NATO bu şərtləri qəbul etməyəcəyi üçün Avropada gərginlik və silahlanma yarışı hələ bir müddət də davam edəcək. NATO-nun Putinin bu şərtini qəbul etməsi praktiki olaraq qeyri-mümkündür. Çünki Polşa, Estoniya, Latviya, Litva və Finlandiya alyansın suveren üzvləridir və onların müdafiəsini zəiflətmək NATO-nun ləğvi mənasına gəlir. Bu səbəbdən alyans bu tələbi qəti şəkildə rədd edəcək".
Zaur Əliyevin sözlərinə görə, Rusiya NATO-nun Polşa və ya Finlandiyadan çıxmayacağını çox yaxşı bilir:
"Amma masaya ən böyük tələbi qoyur ki, sonradan güzəştə gedirmiş kimi görünsün. Əsl məqsədi isə Ukraynanın ələ keçirdiyi torpaqlarını özündə saxlamaq və iqtisadi sanksiyaları ləğv etdirməkdir.
"Telegraf"ın yazdığı ssenari sülhün əldə olunmasından çox, tərəflərin bir-birinin psixoloji və hərbi dözümlülüyünü sınağa çəkmək mərhələsinə qədəm qoyduğunu göstərir. Avropada yaxın illərdə tam sabitliyin bərpa olunması real görünmür; əksinə, gərgin diplomatik rəqabət və lokallaşdırılmış hərbi qarşıdurma mərhələsi davam edəcək".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 124 Tarix: 26 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBaş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı - 11 nəfər həbs edilib - Video
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonunda törədilmiş qətllə bağlı 11 nəfər həbs edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və DİN birgə məlumat yayıb. Açıqlamada deyilir:. "Oktyabrı
10:28 238 İran ordusu ABŞ-ın PUA-sını Bəndər Abbas üzərində məhv etdiyini bildirib
İran Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri ölkənin hava məkanında ABŞ-a məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. xəbər verir ki, bu barədə TASS İran ordusunun İctimaiyyətlə Əlaqələr Şöbəsinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ ordusuna məxsus LUCAS tipli pilotsuz uçuş aparat
11:07 187 Xəzər dənizindəki adalar materikə birləşdi: Dağıstanın ərazisi genişləndi
Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində Dağıstan Respublikasının faktiki quru sahəsi 2-3 min kvadratkilometr artıb. xəbər verir ki, bu barədə "RİA Novosti"yə coğrafiya elmləri namizədi, geoloq İdris İdrisov məlumat verib. O, bu prosesi suyun geri çəkilməsi və bir sıra adaların materikl
25.10.2026 367 Hazır qidaları azaltmaq depressiya əlamətlərini yüngülləşdirə bilər
Hazır və yüksək dərəcədə emal olunmuş qidaların azaldılması depressiya əlamətlərinin yüngülləşməsinə kömək edə bilər. ABŞ-da aparılan ilkin araşdırmada qidalanma vərdişlərini dəyişən iştirakçılarda depressiya əlamətlərində nəzərəçarpan yaxşılaşma müşahidə olunub. BİG.AZ xarici mediaya istinadla xəbə
11:34 177 Bu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
Bakının Sabunçu rayonu, Yeni Ramana küçəsində təmir işləri aparılacaq. Bu barədə BİG.AZ-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bununla əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq
09:58 167 Avropada açıq Wi-Fi, Azərbaycanda şifrə: Fərqin səbəbi nədir?
Xarici ölkələrdə parklar, kafelər, restoranlar və digər ictimai məkanlarda pulsuz Wi-Fi xidmətinə tez-tez rast gəlinir. Azərbaycanda isə bu xidmət bir çox məkanda şifrə ilə qorunur, bəzi hallarda internetə qoşulmaq üçün telefon nömrəsi təqdim etmək və ya SMS vasitəsilə təsdiqləmə kodu almaq tələb olunur
14:40 76 Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!
Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentlər
12:37 192 Sabah 21° isti olacaq
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
13:00 140 "Bəlkə bu dəfə düzələr" ümidi insanı necə tələyə salır? - Psixoloqdan AÇIQLAMA
İnsan bəzən onu sevməyən, dəyər verməyən, hətta davamlı olaraq incidən birindən ayrıla bilmir. Münasibətdə xoşbəxt olmasa da, qarşı tərəfə olan bağlılığını qırmaq və yeni həyata başlamaq onun üçün çətin olur. Bəzən bu vəziyyətin səbəbi təklik qorxusu, emosional bağlılıq və ya insanın özünə olan inam
12:49 276