12 yaşlı qızın 32 yaşlı kişi ilə nişanlandırılması faktı təsdiqləndi: Qurumlar hərəkətə keçdilər - VİDEO

12 yaşlı qızın 32 yaşlı kişi ilə nişanlandırılması faktı təsdiqləndi: Qurumlar hərəkətə keçdilər - VİDEO"Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın özündən 20 yaş böyük kişi ilə nişanlanması barədə məlumatlar yayılıb. Faktla bağlı daxil olan məlumat əsasında ailə ilə danışıqlar aparılıb və fakt öz təsdiqini tapıb".

BiG.AZ xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib ki, Sabirabad Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın və polis əməkdaşlarının iştirakı ilə ailə ziyarət edilib:

"Ailə başçılarının izahatları alınıb, qanunla erkən yaşda nikaha təhrik etmənin məsuliyyət yaratdığı onlara izah edilib. Lakin buna baxmayaraq, ailə başçıları qeyd ediblər ki, burada heç bir təzyiqdən söhbət gedə bilməz, qız özü qərar verib.

Nəzərə alsaq ki, qızın 12 yaşı var və o, bu yaşda nişan və ya evlənmək istəyinə necə qərar verə bilər?

Yekun olaraq ailə başçıları qızın 18 yaşı tamam olana qədər toy mərasiminin keçirilməyəcəyinə dair yazılı izahat veriblər. Əgər 12 yaşlı qızın yetkinlik yaşına çatana qədər toy mərasimi baş tutarsa, həmin şəxslər qanunamüvafiq formada məsuliyyətə cəlb ediləcəklər. Sözügedən ailə komitəmiz, icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılacaq.
Baş verənlər qızın psixologiyasına mənfi təsir göstərməsin deyə mərkəzin psixoloqları onunla tez-tez görüşəcək, söhbət edəcəklər".

Xatırladaq ki, ötən gün "Xəzər" televiziyasının əməkdaşları sözügedən ailənin evində çəkiliş edərkən hücuma məruz qalmışdılar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 876   Tarix: 29 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi

Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə

26.10.2026 328
.

Evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"

Türkiyəli müğənni Rafet El Roman evlənməyə hazırlaşdığı azərbaycanlı xanım Rəhimə Hacıyeva ilə nikahdan əvvəl mirası ilə bağlı qərarını açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi evlilik müqaviləsi imzalamaq fikrində olmadığını bildirib. O, mirasını övladları arasında bölüşdürdüyünü qeyd edib. "Öləndə

11:48 183
.

"Survivor" iştirakçısı Gürcüstanda saxlanıldı

"Survivor" realiti şousu ilə tanınan peşəkar idmançı və məşqçi Hikmət Tuğsuz Gürcüstanda saxlanıldıqdan sonra Türkiyəyə gətirilib. xəbər verir ki, Tuğsuz 2025-ci il iyunun 17-dən İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olub. O, 2026-cı il sentyabrın 25-də Gürcüstanda tutulub

26.10.2026 410
.

"Ev almaq əlçatmaz olub"

Aparıcı Rövşanə Ağasəfqızı mənzil qiymətləri və gənclərin ev sahibi olmaqda üzləşdiyi çətinliklərdən danışıb. Axşam.az xəbər verir ki, aparıcı verilişində gənclərin kredit ödənişləri, kirayə xərcləri və ailə qurmaqla bağlı problemlərinə diqqət çəkib. O bildirib ki, uzun illər banka ödəniş etmək, eyn

26.10.2026 359
.

"Azərbaycan hər zaman çoxmədəniyyətli ölkə olub"

"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini vermişdir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlha

10:58 152
.

Sabah Saatlıda qaz olmayacaq

Sabah Saatlı şəhərində qaz təchizatı dayandırılacaq. Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Saatlı şəhər mərkəzinin qaz təchizatında müvəqqəti fasilə yaranaca

26.10.2026 345
.

İş axtaranlar üçün VACİB AÇIQLAMA: Bu peşələrə tələbat artır

"Azərbaycanda əmək bazarına nəzər saldıqda görürük ki, hazırda satış, ticarət, maliyyə və mühasibatlıq, istehsalat, tikinti, logistika, səhiyyə, təhsil, informasiya texnologiyaları və insan resursları sahələrində işçi tələbatı mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında İnsan resursları üzr

11:51 188
.

Çin səmasında qeyri-adi optik effekt müşahidə edildi

Çində "Uzun Yürüş-6A" raketinin buraxılışından sonra səmada "kosmik meduza" kimi tanınan optik effekt müşahidə edilib. xəbər verir ki, Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının məlumatına görə, raket ölkənin şimalında yerləşən Şansi əyalətindəki Tayyuan Peyk Buraxılış Mərkəzində

11:20 151
.

Ev alarkən bu səhvlərə yol verməyin - Əmlak eksperti açıqladı

"Uzunmüddətli investisiya baxımından bina seçərkən yalnız mənzilin ilkin alış qiymətinə deyil, əmlakın gələcək bazar dəyərinə, likvidliyinə, icarə potensialına və istismar xərclərinə kompleks yanaşmaq lazımdır". Bu sözləri BİG.AZ-a açıqlamasında əmlak eksperti Fərid Cəfərli bildirib. O qey

10:49 183
.