Afaq Bəşirqızı: "Üzərimdə "yetim", "kasıb" adı olub" – VİDEO
"Həyatım boyunca mübarizədə olmuşam. Mən qaçmadım, amma özümü bu həyata qurban verdim. Qurban vermək dəydi ya dəymədi, o sənin hakimindir. Həyatla bacarmaq çox çətindir".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı qonaq olduğu "O" verilişində deyib.
Kiçik yaşlarından həyatın çətinlikləri ilə üzləşdiyini söyləyən sənətkar bildirib ki, üzərində "yetim" adı olub:
"Anadan olan günün səhərisi anamı itirmişəm. 12 yaşımda atamı itirmişəm. Doğmalarımın hamısı ögey olub. Onların mənimlə münasibəti olmayıb. Məni heç kim bəyənməyib. Müəyyən yaşa və zamana qədər üzərimdə "yetim", "kasıb", "nəzarətsiz, "valideynsiz" "doğmalarsız" adı olub. Bunların hamısı bir yerə toplanıb".
Bəşirqızı müəyyən zamanlarda onu səhnədən ayıran xəstəliklərindən söz açıb:
"Məndə artroz xəstəliyinin çox ağır forması olub. Daha sonra iki dəfə ürəyin açıq əməliyyatını keçirmişəm. Sonra sevilməyən və adı çəkilmək istəməyən xəstəlik (xərçəng – red.). Bədən üzvlərinin yarısının olmaması... Bütün bunların hamısı isə bu həyatın mənə verdiyi sualların cavabıdır. Deyim ki, bütün bunlara hakim kəsildim, xeyr. Yox, məcburiyyətdən, qorxudan...
Çünki həyat yoldaşım, övladlarım, nəvələrim və mənə ehtiyacı olanlar, qayğımla dolananlar, diqqətimdə olanlar var. Mənim hər mənada diqqətimlə dolananlar var. Onlara görə, başladım həyata "yaltaqlanmağa"".
Xalq artisti anaların dünyaya gətirdiyi övladlarına ögey münasibətindən də bəhs edib:
"Bütün analara deyirəm ki, dərk edin sonra dünyaya övlad gətirin. Ümumiyyətlə, bu varlıq nədir ki, 9 aydan sonra canından can ayrılır. Sən o canı qorumalısan. Bunu isə bütün dünyanın qadınlarına başa salmaq lazımdır. Çox təəssüflər olsun ki, həmin o müqəddəs hissləri də indi bu dəqiqə şablona çeviriblər. "Cənnət anaların ayağının altındadır" – sonra? Əsl analar çox az qalıb".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 898 Tarix: 28 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransada ABŞ və Ukrayna nümayəndələri arasında gərginlik yaranıb
Fransada keçirilən görüşdə ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkovla Ukrayna Prezident Aparatının rəhbəri Kirill Budanov arasında gərgin söhbət yaşanıb. xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, Ukrayna rəsmisi həmin gün qəzəbini cilovlamaqd
11:39 165 Eynşteynin əlyazması hərracda gözləniləndən üç dəfə baha satıldı
Məşhur fizik Albert Eynşteynin təxminən 1929-cu ildə riyaziyyatçı həmkarına göndərdiyi, mürəkkəb riyazi hesablamalarla dolu məktub hərracda 71 811 dollara satılıb. Sənəd üçün ilkin olaraq 20 min dollar və daha yüksək məbləğ nəzərdə tutulsa da, yekun qiymət gözləntiləri xeyli üstələyib. Qaynarinfo xəbə
26.10.2026 361 Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...
Oktyabrın 25-də Tovuzda Vətən müharibəsi qazisi Nizami Qurbanovun qətlə yetirilməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum Neftçalanın Xol Qarabucaq kəndinin sakini olsa da, dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış
11:59 225 Rusiya minlərlə afrikalını müharibəyə göndərir
Rusiya Ukraynada verdiyi ağır itkiləri kompensasiya etmək və canlı qüvvə çatışmazlığını aradan qaldırmaq məqsədilə Afrikanın ən yoxsul ölkələrindən bəzilərində hərbi xidmətə cəlbetmə fəaliyyətini genişləndirir. xəbər verir ki, bu barədə "Blumberq" Ukrayna kəşfiyyatının hesabatına istinadl
26.10.2026 361 Ev alarkən bu səhvlərə yol verməyin - Əmlak eksperti açıqladı
"Uzunmüddətli investisiya baxımından bina seçərkən yalnız mənzilin ilkin alış qiymətinə deyil, əmlakın gələcək bazar dəyərinə, likvidliyinə, icarə potensialına və istismar xərclərinə kompleks yanaşmaq lazımdır". Bu sözləri BİG.AZ-a açıqlamasında əmlak eksperti Fərid Cəfərli bildirib. O qey
10:49 194 Mirsaleh Seyidov vəzifəsindən azad olundu
Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M. Seyidov bu vəzifəni 2023-cü ildən icra edirdi
13:16 173 Çimərlikdə turistə hücum edən şəxs saxlanılıb
ABŞ-da çimərlikdə turistə cinsi təcavüz etməyə çalışan kişinin qarşısını ətrafdakılar alıb. xəbər verir ki, WFLA hadisənin təfərrüatlarını yayıb. Cinayətdə şübhəli bilinən 50 yaşlı Maykl Cekson oktyabrın 21-də, çərşənbə günü həbs edilib. Florida ştatının Pinellas dairəsinin şerif idarəsinin məlumatın
11:05 170 Prezident Bakıda Forumda - Video
Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib
10:10 234 İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi
Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü
11:26 171