Bir yarpaq artıq olsaydı, taleyimiz dəyişərdimi?

Bir yarpaq artıq olsaydı, taleyimiz dəyişərdimi?Bəzən düşünürəm də, ay kuzen… Həyat dediyin şey bizim üçün bir çobanyastığının bir yarpaq artıq olmasına bağlı idimi? Məsələn, bir yarpaq artıq olsaydı, bir-birimizi sevəcəkdikmi? Yoxsa yenə də ayrı-ayrı yollara düşəcəkdik?

Bilirsən, uşaq vaxtı çobanyastığı dərərdik axı, "Sevir, sevmir…" deyə-deyə. Hər yarpaqda bir ümid, hər qoparılan yarpaqda bir az qorxu gizlədərdik. Son yarpağa çatanda isə ürəyimizdən keçəni eşitmək istəyərdik. Çünki insanın könlü nəyə inanmaq istəyirsə, qulağı da onu eşitmək istəyər.

Amma gəl gör ki, həyat uşaqlıq oyunu deyilmiş, ay kuzen. Çobanyastığının son yarpağına ümid bağladığımız kimi, insanlara da ümid bağladıq. Bir gün hər şeyin düzələcəyini düşündük. Bir gün gəlib bizi yarımçıq qoyanların bizi tamamlayacağını sandıq. Gedənin qayıdacağına, susanın danışacağına, qırılmış bir qəlbin bir gün olsun xatırlanacağına inandıq.

Olmadı…

Kimi sevdi, amma qovuşa bilmədi, kimi qovuşdu, amma qədrini bilmədi. Kimi bir ömür gözlədi, kimi isə gözlənilməyə dəyməyəcək qədər tez unutdu. Bəlkə də birinin ürəyində böyük bir sevda böyüyərkən, digərinin könlündə kiçicik bir xatirə belə qalmadı. Bax, insanın canını ən çox yandıran da budur. Eyni hekayənin içində iki ayrı həyat yaşamaq…

İndi dönüb baxıram da, nə qədər şeyi zamana buraxdıq, nə qədər sözü içimizə atdıq. "Qismət deyilmiş", deyib susduq. Sanki bu iki söz hər dərdin dərmanı imiş kimi… Halbuki bəzi şeylər qismətdən deyil, insanların seçimlərindən ötrü həyatımızdan əskildi. Kimi qalmağı bacarmadı, kimi sevməyi bilmədi, kimi də bizim qədrini bildiyimiz halda bizim qədrimizi bilmədi.

Bəs bir yarpaq artıq olsaydı, taleyimiz dəyişərdimi?

Bəlkə dəyişərdi, ay kuzen… Bəlkə o gün bir az da ümidlənərdik. Bəlkə bir telefon zəngini də gözləyər, bir qapıya da baxar, bir dəfə də "Deyəsən, alınacaq", deyərdik. Bəlkə də o artıq yarpaq bizi xoşbəxt etməyə yetməzdi. Çünki bəzən məsələ çobanyastığının neçə yarpağının olması deyil, insanın könlündə bizə nə qədər sevgi ayırmasıdır.

Yenə də insanıq axı… Ağlımız keçmişdə, könlümüz isə ehtimallarda qalır. "Kaş belə olardı, kaş elə deyərdim, kaş bir az da səbir edərdim…" deyə-deyə özümüzü yoruruq. Halbuki həyat insana geriyə qayıdıb nəyisə düzəltmək şansı vermir. Nə yarımçıq qalan söz tamamlanır, nə də gecikmiş bir sevda vaxtında yaşanmış kimi olur.

Bəlkə də bizim taleyimiz bir çobanyastığının yarpaqlarına sığmayacaq qədər böyük idi. Biz kiçicik bir işarədən böyük bir gələcək gözlədik. Bir çiçəkdən müjdə, bir insandan ömürlük sədaqət istədik. Halbuki həyat bizə bunu öyrətdi: Hər sevda qovuşmaq üçün deyil, bəzi insanlar da ömrümüzdə qalmaq üçün gəlmirlər.

Amma yenə də içimdə elə bir yer var ki, hələ də o çobanyastığının qarşısında dayanıb gözləyir. Son yarpağı qoparmağa əli gəlmir. Çünki insan nə qədər yorulsa da, içində bir ümid qırıntısı daşıyır. Bəlkə də bizi həyata bağlayan elə bu ehtimallardır…

Və bir gün kimsə məndən soruşsa ki, "Geriyə nə qaldı?", uzun-uzadı danışmaram.

Deyərəm ki;

Bir az yaşanmamışlıq, içimdə qalmış bir neçə söz, bir neçə köhnə xatirə və heç vaxt cavabını öyrənə bilmədiyim bir sual…

Bir yarpaq artıq olsaydı, taleyimiz dəyişərdimi?

Bilmirəm, ay kuzen…

Amma bildiyim bir şey var: Bəzən insanın bütün ömrü qopardığı son yarpaqda deyil, qoparmağa qıymadığı o tək ümiddə gizli qalır.

Hakan Dikmen


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 140   Tarix: 27 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

11:26 182
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

10:14 187
.

Prezident qonaqlarla görüşdü - Video

Xəbər verdiyimiz kimi, Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. Tədbirdə Prezident İlham Əliyev çıxış edib. "Qafqazinfo"nun Real TV-yə istinadən məlumatına görə, dövlət başçısı Forumun qonaqları il

13:00 75
.

Ay ətrafında dövrə vuran ilk canlılar: İki tısbağanın hekayəsi

1968-ci ildə Sovet İttifaqı Ay ətrafında uçuş həyata keçirmək və Yerə qayıtmaq məqsədilə "Zond-5" kosmik aparatını kosmosa göndərib. Aparatın göyərtəsində iki Orta Asiya tısbağası ilə yanaşı, milçəklər, qurdlar, bitkilər və toxumlar da olub. Bu missiya canlı orqanizmlərin Yer orbitindən kənara

26.10.2026 347
.

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Oktyabrın 25-də Tovuzda Vətən müharibəsi qazisi Nizami Qurbanovun qətlə yetirilməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum Neftçalanın Xol Qarabucaq kəndinin sakini olsa da, dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış

11:59 246
.

Bir yarpaq artıq olsaydı, taleyimiz dəyişərdimi?

Bəzən düşünürəm də, ay kuzen… Həyat dediyin şey bizim üçün bir çobanyastığının bir yarpaq artıq olmasına bağlı idimi? Məsələn, bir yarpaq artıq olsaydı, bir-birimizi sevəcəkdikmi? Yoxsa yenə də ayrı-ayrı yollara düşəcəkdik?. Bilirsən, uşaq vaxtı çobanyastığı dərərdik axı, "Sevir, sevmir…" deyə-deyə

14:17 134
.

Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi

Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə

26.10.2026 332
.

Uşaqları həyata hazırlamaq hər məzmunu onlara təqdim etmək demək deyil

Uşaqları üçün kitab seçən valideynlərin əsas arzusu övladlarının yaxşı oxuması, gözəl sözlər öyrənməsi, mənəvi dünyasının zənginləşməsi və sağlam düşüncəli insan kimi yetişməsidir. Valideyn kitab alarkən onun səhifələrində yalnız nağıl, şeir və mahnı deyil, həm də uşağın yaşına uyğun sözlər, düşüncələ

12:39 166
.

Kanada ABŞ-dan ilk iki CF-35A qırıcı təyyarəsini qəbul edib

Kanada ABŞ-dan ilk iki beşinci nəsil CF-35A qırıcı təyyarəsini qəbul edib. xəbər verir ki, bu barədə "The Aviationist" bloqu məlumat yayıb. Təhvil-təslim mərasimi oktyabrın 22-də ABŞ-ın Arizona ştatında yerləşən Luke Hərbi Hava Qüvvələri bazasında keçirilib. Təyyarələrin Kanada pilotlarını

11:11 172
.