Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Foto

Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - FotoAzərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, ICESCO-nun Baş direktoru Azərbaycanda VII Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçirilməsi münasibətilə dövlət başçısını təbrik etdi.

Salim bin Məhəmməd əl-Maliki Prezident İlham Əliyevin Forumda çıxışının böyük maraq doğurduğunu vurğuladı. O, xüsusilə dünyada münaqişələrin davam etdiyi bir şəraitdə dövlətlərin müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsinə müraciət etməsinin vacibliyini, həmçinin dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin müasir beynəlxalq münasibətlər baxımından xüsusi aktuallıq kəsb etdiyini bildirdi.

ICESCO-nun Baş direktoru təşkilatın fəaliyyətinə göstərdiyi davamlı dəstəyə və könüllü maliyyə töhfələrinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. O, ICESCO-nun qarşısında mühüm vəzifələrin dayandığını qeyd edərək Azərbaycanın təşkilata üzv olan müsəlman ölkələrində təhsilin inkişafına yönəlmiş layihələrə verdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğuladı.

Salim bin Məhəmməd əl-Maliki bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə əməkdaşlığı xüsusi qeyd etdi, onun dəstəyi ilə müsəlman ölkələrində həyata keçirilən humanitar və təhsil layihələrinin əhəmiyyətinə toxundu.

Prezident İlham Əliyev Azərbaycan ilə ICESCO arasında əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Dövlət başçısı Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində daim səylər göstərdiyini bildirdi.

Gələn il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini və təşkilata sədrliyi həyata keçirəcəyini diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizin bundan sonra da həm İslam Əməkdaşlıq Təşkilatının, həm də ICESCO-nun fəaliyyətinə dəstəyini davam etdirəcəyini vurğuladı.

Görüşdə Azərbaycan ilə ICESCO arasında əməkdaşlığın gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Foto


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 121   Tarix: 27 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

11:26 182
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

10:14 187
.

Prezident qonaqlarla görüşdü - Video

Xəbər verdiyimiz kimi, Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. Tədbirdə Prezident İlham Əliyev çıxış edib. "Qafqazinfo"nun Real TV-yə istinadən məlumatına görə, dövlət başçısı Forumun qonaqları il

13:00 75
.

Ay ətrafında dövrə vuran ilk canlılar: İki tısbağanın hekayəsi

1968-ci ildə Sovet İttifaqı Ay ətrafında uçuş həyata keçirmək və Yerə qayıtmaq məqsədilə "Zond-5" kosmik aparatını kosmosa göndərib. Aparatın göyərtəsində iki Orta Asiya tısbağası ilə yanaşı, milçəklər, qurdlar, bitkilər və toxumlar da olub. Bu missiya canlı orqanizmlərin Yer orbitindən kənara

26.10.2026 347
.

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Oktyabrın 25-də Tovuzda Vətən müharibəsi qazisi Nizami Qurbanovun qətlə yetirilməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum Neftçalanın Xol Qarabucaq kəndinin sakini olsa da, dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış

11:59 246
.

Bir yarpaq artıq olsaydı, taleyimiz dəyişərdimi?

Bəzən düşünürəm də, ay kuzen… Həyat dediyin şey bizim üçün bir çobanyastığının bir yarpaq artıq olmasına bağlı idimi? Məsələn, bir yarpaq artıq olsaydı, bir-birimizi sevəcəkdikmi? Yoxsa yenə də ayrı-ayrı yollara düşəcəkdik?. Bilirsən, uşaq vaxtı çobanyastığı dərərdik axı, "Sevir, sevmir…" deyə-deyə

14:17 134
.

Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi

Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə

26.10.2026 332
.

Uşaqları həyata hazırlamaq hər məzmunu onlara təqdim etmək demək deyil

Uşaqları üçün kitab seçən valideynlərin əsas arzusu övladlarının yaxşı oxuması, gözəl sözlər öyrənməsi, mənəvi dünyasının zənginləşməsi və sağlam düşüncəli insan kimi yetişməsidir. Valideyn kitab alarkən onun səhifələrində yalnız nağıl, şeir və mahnı deyil, həm də uşağın yaşına uyğun sözlər, düşüncələ

12:39 166
.

Kanada ABŞ-dan ilk iki CF-35A qırıcı təyyarəsini qəbul edib

Kanada ABŞ-dan ilk iki beşinci nəsil CF-35A qırıcı təyyarəsini qəbul edib. xəbər verir ki, bu barədə "The Aviationist" bloqu məlumat yayıb. Təhvil-təslim mərasimi oktyabrın 22-də ABŞ-ın Arizona ştatında yerləşən Luke Hərbi Hava Qüvvələri bazasında keçirilib. Təyyarələrin Kanada pilotlarını

11:11 172
.