Xaricdə təhsil adı ilə dələduzluq: 100 min manatlıq QALMAQAL - FOTO
Xaricdə təhsil və iş üzrə "Smart Business Group" şirkətinin direktoru Anar Xəlilov barəsindəki cinayət işinin ibtidai istintaqı başa çatıb.
"Qaynarinfo" xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Səbuhi Hüseynovun icraatındadır. Doqquz yanvar 2024-cü il tarixinə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib.
Anar Xəlilov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir.
Bu ilin aprelində mediada həkim, reanimatoloq Gündüz Qasımovun Anar Xəlilovun əməlləri ilə bağlı müraciəti dərc edilib. Gündüz Qasımovun sözlərindən aydın olur ki, o da Anar Xəlilovun qurbanlarından biridir.
Həkim bildirib ki, Anar Xəlilov özünü vətəndaşlara Azər Əliyev kimi təqdim edib:
"Mənimlə birlikdə 50-dən çox insana Türkiyə, Avropa universitetlərinə qəbul, Amerikaya səyahət, Avropada iş vizası almaq, eləcə də guya Rusiya və Türkiyədən deport olunmuş şəxslərin adının siyahıdan çıxarılması vədlərini verib. Müxtəlif adamlardan ümumilikdə 100 min manatdan çox pul alıb".
Gündüz Qasımovun sözlərinə görə, Anar Xəlilov üç dəfə dədləduzluq əməlinə görə mühakimə olunub. Sonuncu dəfə Monteneqroda həbs edilib. Lakin bir müddət Kürdəxanı təcridxanasında saxlanıldıqdan sonra azadlığa buraxılıb.
Anar Xəlilovun cinayət işi üzrə 5 nəfər zərəçəkmiş qismində tanınıb. 178.3.2-ci maddə ilə Anar Xəlilovu on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 988 Tarix: 27 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEynşteynin əlyazması hərracda gözləniləndən üç dəfə baha satıldı
Məşhur fizik Albert Eynşteynin təxminən 1929-cu ildə riyaziyyatçı həmkarına göndərdiyi, mürəkkəb riyazi hesablamalarla dolu məktub hərracda 71 811 dollara satılıb. Sənəd üçün ilkin olaraq 20 min dollar və daha yüksək məbləğ nəzərdə tutulsa da, yekun qiymət gözləntiləri xeyli üstələyib. Qaynarinfo xəbə
26.10.2026 361 Hind kinosunda yeni romantik döyüş filmi - Baş rollarda Ahaan Panday və Sharvari
Hindistanın tanınmış kino şirkətlərindən olan "Yash Raj Films" yeni romantik döyüş filminin adını və nümayiş tarixini açıqlayıb. "Beparwah" adlanan filmdə Ahaan Panday və Sharvari baş rolları canlandıracaqlar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, filmin rejissoru Ali Abba
14:18 83 İş axtaranlar üçün VACİB AÇIQLAMA: Bu peşələrə tələbat artır
"Azərbaycanda əmək bazarına nəzər saldıqda görürük ki, hazırda satış, ticarət, maliyyə və mühasibatlıq, istehsalat, tikinti, logistika, səhiyyə, təhsil, informasiya texnologiyaları və insan resursları sahələrində işçi tələbatı mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında İnsan resursları üzr
11:51 219 Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi
Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə
26.10.2026 332 Rusiya minlərlə afrikalını müharibəyə göndərir
Rusiya Ukraynada verdiyi ağır itkiləri kompensasiya etmək və canlı qüvvə çatışmazlığını aradan qaldırmaq məqsədilə Afrikanın ən yoxsul ölkələrindən bəzilərində hərbi xidmətə cəlbetmə fəaliyyətini genişləndirir. xəbər verir ki, bu barədə "Blumberq" Ukrayna kəşfiyyatının hesabatına istinadl
26.10.2026 361 "Hər zaman ayıq-sayıq olmalıyıq" - Prezident
"Biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük. Biz hamımız özümüzün milli ideyaları - azərbaycançılıq ətrafında birləşirik. Bu, Azərbaycanın bütün xalqlarını bir araya gətirir". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliye
11:04 166 "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"
"Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir. Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib. Dövlə
11:43 180 "HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc
Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu
14:03 94 Mirsaleh Seyidov vəzifəsindən azad olundu
Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M. Seyidov bu vəzifəni 2023-cü ildən icra edirdi
13:16 173