Pelin Karahan: "Boyun əymək kişilərin xoşuna gəlir"
Aktrisa Pelin Karahan hesab edir ki, kişilər onlara boyun əyən qadınlarla daha yaxşı yola gedirlər.
Publika.az xəbər verir ki, aktrisa ötən gün Ceyda Düvencinin NTV-də yayımlanan "Başbaşa söhbətlər" verilişinin qonağı olub. Kişi və qadın münasibətlərindən söz açan kino ulduzu şəxsi həyatına dair özəl açıqlamalar verib.
"Kişilər güclü qadınları sevmirlər. Boyun əymək kişilərin xoşuna gəlir. Onlar hər şeyin öhdəsindən gələn qadınları istəmirlər. Anamda və xalamda da var, heç birinin heç nəyə səbri və dözümü yoxdur. Lakin ailədən gələn bu xüsusiyyəti daşımaq istəmirəm. Əslində balans yaratmaq lazımdır. Ailə olmaq çox çətindir, bunu qorumaq üçün səbirli və dözümlü olmalısan, bir az da fədakarlıq lazımdır. Bunları etdiyin halda münasibəti qarşılıqlı şəkildə davam etdirə bilirsən", - Pelin bildirib.
Evlilik hekayəsini danışan məşhur aktrisa "Bir ildən sonra evlənməyi planlaşdırırdıq, amma hamilə qalanda hər şeyi sürətləndirdik. Flirt etmək şansımız belə qalmadan ata-ana olduq. İkinci övladımız da dərhal sonra gəldiyi üçün biz həmişə ata-ana olmuşuq kimi bir vəziyyət yarandı" deyib.
Pelin Karahan ilk dəfə həyat yoldaşı Bedri Güntayın xəstəliyindən də danışıb: "Həyat yoldaşımın ağciyərində emboliya var idi, 10 gün anlaya bilmədik, mədəsi ağrıdı, 10 gündə qum tökdüyünü düşündük... Aşkar olunanda dərhal əməliyyata götürüldü, sonra ikinci əməliyyat oldu, indi qan durulaşdıran dərmanlar qəbul edir. Xəstəlik bizə bəzi şeyləri, ailənin dəyərini öyrətdi, sağlamlıqdan vacib heç nə yoxdur... Xəstəlik bizi həqiqətlə üz-üzə qoymağa məcbur etdi".

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1132 Tarix: 17 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəli qatar qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. "İspaniyadakı faciəli qatar qəzasına görə dərindən kədərləndik. Baş nazi
28.10.2026 146 İspaniyada dəhşətli qatar qəzası: Ölənlər arasında sabiq nazir də var - Video
İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb. "El Correo" nəşrinə istinadən xəbər verir ki, bu barədə Kastiliya-La-Mança muxtar icmasının rəhbəri Emiliano Qarsia-Paxe məlumat verib. "Son məlumatlara görə, ölənlərin sayı 68 nəfərə çatıb"
28.10.2026 133 İpoteka krediti: Mənzil almamışdan əvvəl nələri bilməliyik?
İpoteka ilə mənzil almaq sadəcə daşınmaz əmlak əldə etmək deyil, uzunmüddətli maliyyə öhdəliyi götürmək deməkdir. Bu qərarı verərkən üç əsas amil düzgün qiymətləndirilməlidir: şəxsin real ödəmə qabiliyyəti, alınacaq mənzilin hüquqi vəziyyəti və kreditin ümumi dəyəri. İpoteka ilə mənzil almaq istəyənləri
28.10.2026 285 Azərbaycan ikili standartlarla mübarizədə nümunə göstərdi
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı dünyadakı ikili standartlar siyasətinin yolverilməzliyini vurğuladı. Dövlətimizin başçısının mövcud xüsusda üzərində dayandığı başlıca məqam isə budur: ikili standartlar siyasətindən imtina müxtəlif müharibə və münaqişələri
28.10.2026 381 Netanyahu seçkilərdəki əsas rəqibi ilə koalisiyaya gedə bilər
"İsrail və ABŞ yenidən İranla müharibəyə başlasa, Benyamin Netanyahu seçkilərdəki rəqibi Qadi Ayzenkotu mümkün yeni koalisiya hökumətinə qoşulmağa məcbur edə bilər". Teleqraf xəbər verir ki, bunu "Vaşinqton Post"a İsrail Baş naziri Benyamin Netanyahunun "Likud" partiyasını
28.10.2026 196 "AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu - UIMF 2026-da təmsil olunub. Oktyabrın 27-28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altında keçirilən forum Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiy
28.10.2026 251 Monakoda knyazın 29 yaşlı qohumunun meyiti tapıldı
Monakoda knyaz II Albertin 29 yaşlı bibisi nəvəsi Antuan de Massinin meyiti aşkarlanıb. Axşam.az xəbər verir ki, bu barədə "Monaco-Matin" nəşri məlumat yayıb. Bildirilib ki, Antuan ölümündən qısa müddət əvvəl gecə klubundan çıxarkən görülüb. Onun sərxoş vəziyyətdə olduğu ehtimal edilir. Ertəs
28.10.2026 197 Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq
Korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksin
28.10.2026 311 Vergi öhdəliklərinin pozulmasına görə hansı cəzalar nəzərdə tutulur?
Vergi hesabatlarının və qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatların vaxtında təqdim edilməsi vergi ödəyicilərinin əsas öhdəliklərindəndir. Bu tələblərin pozulmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsində müxtəlif məbləğlərdə maliyyə sanksiyaları nəzərdə tutulur. Vergi Məcəlləsini
28.10.2026 287