İntihar baş verən məktəbə psixoloqlar cəlb olunub

İntihar baş verən məktəbə psixoloqlar cəlb olunubBu gün Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi G.D.-nin intihar etməsi ilə bağlı xəbər vermişdik.

"Qafqazinfo" xəbər verir ki, hadisədən sonra Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri həmin məktəbdə olublar.

Bildirilib ki, məktəbdə tədris prosesinin normal axarına qayıtması, baş vermiş hadisənin digər şagirdlərdə yarada biləcəyi narahatlıq və emosional gərginliyin aradan qaldırılması məqsədilə təhsil müəssisəsinə psixoloqlar və müvafiq mütəxəssislər də cəlb edilib.

Şagirdlərlə dəstəkləyici psixoloji söhbətlər aparılıb, onlara zəruri psixoloji dəstək göstərilib.

Qeyd edilib ki, baş vermiş hadisənin təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri barədə məlumat müvafiq qaydada təqdim ediləcək. Bu kimi həssas hadisələrlə bağlı məlumatların yayılması zamanı dəqiqlik və məsuliyyət prinsiplərinə riayət edilməsi, uşaqların qanunvericiliklə nəzərdə tutulmuş anonimliyinin, psixoloji təhlükəsizliyinin və mənafelərinin qorunması zəruridir. Şagirdlərlə müsahibələrin aparılmasına və onların emosional vəziyyətinə neqativ təsir göstərə bilən digər davranışlara yol verilməməlidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 171   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır

Çexiyada parazit gənənin törətdiyi yoluxucu xəstəlik olan qaşınma hallarının sayı artır. Ən çox yoluxma Moraviya-Sileziya diyarında, xüsusilə Ostrava şəhərində qeydə alınır. Qaynarinfo xəbər verir ki, bu barədə Çexiyanın "iDNES.cz" nəşri məlumat yayıb. Çexiya Səhiyyə İnstitutunun məlumatın

27.10.2026 352
.

Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini

10:18 196
.

Ramiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı

Xəbər verdiyimiz kimi, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən, lakin cəzası şərti hesab edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmlakları müsadirə olunub. -a istinadən xəbər verir ki, siyahıda torpaq sahələri, villalar, ticarət mərkəzləri, yaşayış binaları

10:41 298
.

Milli kimliyin qorunması dövlət təhlükəsizliyinin strateji istiqamətidir

Azərbaycan Prezidenti İlham Əliyevin "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi konseptual fikirlər qlobal siyasətdə dərinləşən ideoloji qarşıdurmaların mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının ideoloj

10:25 248
.

Payızda necə qidalanmalıyıq? - Ekspertdən vacib tövsiyələr

"Payız fəslində düzgün qidalanma orqanizmin vitamin və mineral ehtiyaclarının qarşılanması, immun sisteminin normal fəaliyyətinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu mövsümdə qida rasionumuzda təzə, mövsümi meyvə və tərəvəzlərə üstünlük verməliyik". Bunu BİG.AZ-a açıqlamasınd

14:24 200
.

Azərbaycanın interkulturalizm modeli

Prezident İlham Əliyevin Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq: Bölünmüş dünyada körpülərin qurulması" devizi ilə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki dərin məzmunlu nitqi Azərbaycanın qlobal dialoq mərkəzi kimi statusunu təsdiqləməklə yanaşı, mill

10:33 241
.

Azərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanı

"Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərin

11:54 208
.

Ramiz Mehdiyev yaşasa - Cəzası 101 yaşında bitəcək

Uzun müddət dövlət idarəçiliyində əsas fiqurlardan biri olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev artıq məhkumdur. Ötən gün xəbər verdiyimiz kimi, ​"boz kardinal" dövlətçiliyə qarşı və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinib. Lakin ona 14 il azadlıqda

15:05 204
.

Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksin

14:22 220
.