"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu - UIMF 2026-da təmsil olunub.

Oktyabrın 27-28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altında keçirilən forum Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyinin və Metallurgiya Assosiasiyasının təşkilati dəstəyi, "Congresses of Central Asia - CCA" şirkətinin tərəfdaşlığı ilə təşkil olunub.

Tədbirdə 19 ölkədən 40-dan çox spiker və moderator, 500-dən artıq nümayəndə, o cümlədən müxtəlif ölkələrin aparıcı dövlət qurumlarının və şirkətlərinin təmsilçiləri iştirak ediblər.

Tədbirin "Mərkəzi Asiya üçün yeni resurs arxitekturası" adlı əsas plenar sessiyasında Özbəkistan Respublikasının dağ-mədən sənayesi və geologiya nazirinin müavini Ural Yusupov, Kanadanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Daqqan, eləcə də yerli və xarici mədən şirkətlərinin nümayəndələri çıxış ediblər.

Plenar sessiyada çıxış edən "AzerGold" QSC-nin Özbəkistandakı törəmə müəssisəsi - "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru İlyas İsmayıllı dağ-mədən sənayesi sahəsində inkişaf edən strateji tərəfdaşlıq və həyata keçirilməsi planlaşdırılan birgə layihələr barədə məlumat verib.

İ. İsmayıllı "AzerGold" QSC-nin Azərbaycandan kənarda ilk törəmə müəssisəsinin məhz Özbəkistanda yaradılmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, dövlət başçıları - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasındakı yüksək səviyyəli dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərdə inkişafına, eləcə də irimiqyaslı birgə layihələrin həyata keçirilməsinə güclü təkan verir.

Çıxış zamanı yeni şirkət tərəfindən Özbəkistanda həyata keçirilməsi nəzərdə tutulan layihə barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, Qaşqadərya vilayətinin Kitab rayonunda yerləşən "Akba" qızıl yatağının birgə inkişafı layihəsinin ilkin mərhələsində əlavə geoloji kəşfiyyat işlərinin aparılması, mineral resursların beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, metallurgiya sınaqlarının və ekoloji tədqiqatların keçirilməsi planlaşdırılır. Geoloji kəşfiyyatın nəticələrinin müsbət olacağı təqdirdə birgə müəssisənin yaradılması və yatağın istismarına başlanılması nəzərdə tutulur.

Bununla yanaşı, "AzerGold" QSC tərəfindən Nəvai vilayətində yerləşən "Toşmaçit", "Boştut" və "Boboşil" perspektivli sahələrində qızıl və nadir torpaq elementləri üzrə geoloji tədqiqatların aparılması, eləcə də Azərbaycan və Özbəkistan ərazilərində yerləşən, qarşılıqlı maraq doğuran digər mineral yataqlarının birgə geoloji kəşfiyyatı və işlənməsi imkanları da müzakirə olunur.

Qeyd olunub ki, əməkdaşlığın gələcəkdə yeni birgə layihələrlə genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. Toplanmış təcrübə və formalaşan tərəfdaşlıq əlaqələri perspektivdə üçüncü ölkələrdə də birgə fəaliyyət üçün zəmin yarada bilər.

Forum çərçivəsində, Mərkəzi Asiyada dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün uğurlu investisiya modelləri, regionun sənaye mərkəzi kimi mövqeyinin gücləndirilməsi, resurs təhlükəsizliyi məsələləri geniş şəkildə müzakirə olunub. Bununla yanaşı, əlavə dəyər yaradan istehsal zəncirlərinin formalaşdırılması və yeni bazarlara çıxış imkanları barədə fikir mübadiləsi aparılıb.

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 125   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ramiz Mehdiyev yaşasa - Cəzası 101 yaşında bitəcək

Uzun müddət dövlət idarəçiliyində əsas fiqurlardan biri olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev artıq məhkumdur. Ötən gün xəbər verdiyimiz kimi, ​"boz kardinal" dövlətçiliyə qarşı və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinib. Lakin ona 14 il azadlıqda

15:05 204
.

Alış-verişi süni intellektə həvalə edərdiniz? - Araşdırmadan maraqlı nəticə

Süni intellekt məhsul seçmək, qiymətləri müqayisə etmək və endirimləri tapmaqla yanaşı, gələcəkdə insanlar əvəzinə alış-veriş də edə bilər. Ancaq istehlakçılar bu yeniliyə nə dərəcədə hazırdır? Araşdırma göstərir ki, insanlar süni intellektdən kömək almağa açıq olsalar da, alış-veriş zamanı son qərar

13:22 189
.

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

"Qlobal təşəbbüslərin irəli sürüldüyü, dialoq mühitinin formalaşdığı, dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkan olan Azərbaycan qarşılıqlı hörmətin, tolerantlığın və birgəyaşayışın ünvanı kimi dünya üçün nümunə sərgiləyir". Bunu BİG.AZ-a açıqlamasında iqtisadi ekspert Tufa

11:17 258
.

Qəhvənin kalorisi niyə artır? Səbəb təkcə şəkər deyil

Bir fincan qəhvənin kalorisi onun necə hazırlandığından asılıdır. Sadə qara qəhvənin kalorisi çox az olsa da, ona əlavə edilən süd, şirin siroplar və qaymaq əvəzediciləri bu göstəricini xeyli artıra bilər. Maraqlıdır ki, yeni araşdırmaya əsasən, qəhvəyə əlavə olunan kalorilərin əsas mənbəyi artıq təkc

12:16 228
.

Bakı beynəlxalq diplomatiyanın mühüm mərkəzlərindən birinə çevrilib

Dünya bu gün geosiyasi qarşıdurmaların, iqtisadi maraqların toqquşmasının və dövlətlərarası etimad böhranının dərinləşdiyi mürəkkəb mərhələdən keçir. Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini bu reallıqlar fonunda qiymətləndirmək məqsədəuyğundur. Son illərdə Bakının beynəlxalq forumlara

10:28 250
.

Elton Conun illərdir gizli qalan vərdişi üzə çıxdı - dostu danışdı

Dünya şöhrətli müğənni Elton Con ilə uzun illər əməkdaşlıq edən söz yazarı Bernie Taupin onların gənclik illərindən maraqlı bir xatirəni bölüşüb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, Taupin Elton Conla birlikdə yaşadıqları ilk dövrlərdə baş verən qeyri-adi hadisəni danışıb. Onun sözlərin

15:04 173
.

Azərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanı

"Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərin

11:54 208
.

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, iclasda dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan gen-bol istifadə etmiş Ramiz Mehdiyevin dövlət

15:33 162
.

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu - UIMF 2026-da təmsil olunub. Oktyabrın 27-28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altında keçirilən forum Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiy

17:46 0
.