Monakoda knyazın 29 yaşlı qohumunun meyiti tapıldı

Monakoda knyazın 29 yaşlı qohumunun meyiti tapıldıMonakoda knyaz II Albertin 29 yaşlı bibisi nəvəsi Antuan de Massinin meyiti aşkarlanıb.

Axşam.az xəbər verir ki, bu barədə "Monaco-Matin" nəşri məlumat yayıb.

Bildirilib ki, Antuan ölümündən qısa müddət əvvəl gecə klubundan çıxarkən görülüb. Onun sərxoş vəziyyətdə olduğu ehtimal edilir. Ertəsi gün ailə naharına gəlmədikdə yaxınları narahat olaraq polisə müraciət ediblər. Bir neçə saat sonra onun meyiti Sovər villasının arxasındakı parkda tapılıb.

Təhlükəsizlik kameralarının görüntülərini araşdıran istintaqçılar hadisə yerinin yaxınlığında olan şəxsin kimliyini müəyyənləşdirərək onu saxlayıblar. Yerli KİV-in yazdığına görə, saxlanılan şəxs Monakoda yaşayan Ukrayna vətəndaşıdır. Lakin prokurorluq bu məlumatı hələlik təsdiqləməyib.

İstintaq orqanları hadisənin bədbəxt hadisə ola biləcəyi ehtimalını da nəzərdən keçirirlər. Versiyalardan birinə əsasən, Antuan avtomobil yolundan aşağıda yerləşən bağlara yıxılmış ola bilər. Onun dəqiq ölüm səbəbi araşdırılır.

Qeyd edək ki, Antuan baron Kristian Lui de Massi və Sesil Jelabalın oğlu, şahzadə Antuanettanın nəvəsi olub. Onun rəsmi titulu olmayıb və o, əsasən ictimaiyyətdən uzaq həyat sürüb.

Antuan gəncliyində peşəkar tennisçi olub. İdman karyerasını başa vurduqdan sonra sahibkarlıq fəaliyyətinə başlayıb.

Knyaz II Albert və həyat yoldaşı, knyaginya Şarlen də hadisə ilə bağlı açıqlama yayıblar. Knyazlıq sarayının adından yayılan yazılı bəyanatda onlar mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib, onun idman sahəsindəki nailiyyətlərini də qeyd ediblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 146   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təcrübəli evdar qadınlar niyə mətbəxdəki su kranlarını soğanla sürtürlər?

Mətbəxdəki su kranlarında yaranan ağ ləkələr və ərp bir çox evdar qadının qarşılaşdığı problemlərdəndir. Bəzi insanlar bu çirkləri təmizləmək üçün bahalı kimyəvi vasitələr alırlar. Halbuki problemi mətbəxdə hər kəsin istifadə etdiyi adi bir məhsulla da həll etmək mümkündür. xarici mediaya istinadən xəbə

19:15 0
.

"Young Sheldon" ulduzundan şəxsi həyatı ilə bağlı suallara maraqlı cavab

"Young Sheldon" serialında Şeldon Kuper obrazını canlandıran aktyor Iain Armitage şəxsi həyatı ilə bağlı ona ünvanlanan suallardan danışıb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı aktyor bu barədə serial haqqında hazırlanan yeni kitabda fikirlərini bölüşüb. Armitage bildiri

15:10 166
.

Firuzə İbadova niyə kirayədə yaşayır?

"Sənət yoldaşları anamı qınayır ki, niyə xəstəliyini demirsən. 2014-cü ildə anam insult keçirdi, heç kimə heç nə demədik. Altı ayın içində anam ayağa qalxdı. Hər şeyimiz getdi, amma anam sağaldı. Anam məndən savayı başqa ailəyə də baxıb, bacı-qardaşına kömək edib. Çoxları bunu bilmir". Axşam.a

16:06 188
.

4 yaşlı oğlunu itirdi, yazdığı mahnı dünyanı ağlatdı - 35 illik faciənin hekayəsi

Britaniyalı məşhur musiqiçi Erik Klaptonun "Cənnətdə göz yaşları" mahnısı musiqi tarixinin ən kədərli əsərlərindən biri hesab olunur. xarici mediaya istinadən xəbər verir ki, mahnı sənətçinin dörd yaşlı oğlu Konorun faciəvi ölümündən sonra yazılıb. Faciə 1991-ci ilin martında baş verib. Klaptonu

18:30 1
.

Netanyahu seçkilərdəki əsas rəqibi ilə koalisiyaya gedə bilər

"İsrail və ABŞ yenidən İranla müharibəyə başlasa, Benyamin Netanyahu seçkilərdəki rəqibi Qadi Ayzenkotu mümkün yeni koalisiya hökumətinə qoşulmağa məcbur edə bilər". Teleqraf xəbər verir ki, bunu "Vaşinqton Post"a İsrail Baş naziri Benyamin Netanyahunun "Likud" partiyasını

21:15 1
.

Uşağa "yox" deməyi necə öyrətməli?

Yeddi yaşlı qız sinif yoldaşı iki dəfə xahiş etdiyi üçün sevimli oyuncağını ona verir. Çünki imtina etməyi ayıb hesab edir. Bir saat sonra isə otağında ağlayır. Halbuki heç kim oyuncağını sındırmayıb və ya zorla əlindən almayıb. Onun qardaşı isə oxşar vəziyyətdə sakit şəkildə "yox" deyir v

19:45 1
.

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

"Qlobal təşəbbüslərin irəli sürüldüyü, dialoq mühitinin formalaşdığı, dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkan olan Azərbaycan qarşılıqlı hörmətin, tolerantlığın və birgəyaşayışın ünvanı kimi dünya üçün nümunə sərgiləyir". Bunu BİG.AZ-a açıqlamasında iqtisadi ekspert Tufa

11:17 258
.

Xuraman Əlizadəyə ağır itki

Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!

17:07 108
.

Qəhvənin kalorisi niyə artır? Səbəb təkcə şəkər deyil

Bir fincan qəhvənin kalorisi onun necə hazırlandığından asılıdır. Sadə qara qəhvənin kalorisi çox az olsa da, ona əlavə edilən süd, şirin siroplar və qaymaq əvəzediciləri bu göstəricini xeyli artıra bilər. Maraqlıdır ki, yeni araşdırmaya əsasən, qəhvəyə əlavə olunan kalorilərin əsas mənbəyi artıq təkc

12:16 228
.