Azərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilərə və yerli bələdçiyə hökm oxunub

Azərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilərə və yerli bələdçiyə hökm oxunubAprelin 6-da saat 01:08-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən iki Nepal və iki Şri-Lanka vətəndaşına, eləcə də onlara kömək etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Nadir Hüseynova hökm oxunub.

"Report" xəbər verir ki, hökm Ağstafa Rayon Məhkəməsində hakim Zamiq Rəsulovun sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub.

Belə ki, onlardan 3 nəfər, eləcə də Azərbaycan vətəndaşı Nadir Hüseynov 7 ay müddətinə, bir nəfər isə 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, saxlanılan şəxslər dövlət sərhədini pozaraq qanunsuz yolla Gürcüstana keçməyə cəhd ediblər. Azərbaycan vətəndaşı Bakı şəhər sakini - 1984-cü il təvəllüdlü Nadir Hidayət oğlu Hüseynov onlara qanunsuz əməlləri törətməkdə kömək edib.
Qeyd edək ki, sərhəd pozuntusu bu il aprelin 6-da Şəmkir rayonunda qeydə alınıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 32.5 (qaçaqmalçılığa köməklik etmə), 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 610   Tarix: 04 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zelenski ABŞ senatorları ilə görüşəcək, Rusiyaya qarşı sanksiyalar səsverməsi gözlənilir

Senatın iki köməkçisi bildirib ki, ABŞ Senatının bütün 100 üzvü çərşənbə axşamı axşamı mərhum respublikaçı senator Lindsi Qrahamın dəfn mərasimində iştirak etmək üçün Vaşinqtona səfər edən Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşə dəvət olunub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, köməkçilərdə

12:39 177
.

Qarabağın 3 rayonunda güclü yanğınlar başladı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınların baş verməsi barədə məlumatlar daxil olub. Qaynarinfo xəbər verir ki, məlumatlarla əlaqəda

17:16 49
.

Sibir vulkanları çoxlu miqdarda CO2 buraxdı: Bu, Yerdə həyatı necə dəyişdirdi?

Təxminən 252 milyon il əvvəl Yer tarixində ən böyük kütləvi məhvolma hadisəsi baş verib və dəniz canlılarının təxminən 90 faizi məhv olub. Qaynarinfo xəbər verir ki, bu barədə "Space Daily" nəşri yazıb. Alimlərin fikrincə, bu fəlakət tək bir vulkan püskürməsi ilə deyil, indiki Sibir ərazisind

27.07.2026 266
.

III Çarlz şahzadə Harrini Bukingem sarayında qalmağa dəvət edib

Böyük Britaniya Kralı II Çarlz oğlu şahzadə Harriyə növbəti Britaniya səfəri zamanı Bukingem sarayında qalmağı təklif edib. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, Harri iyul ayında ölkəyə səfəri ərəfəsində atasının eyni təklifini əvvəlcə qəbul etməmişdi. Lakin sonradan fikrini dəyişərək sarayd

14:50 155
.

Antarktidada nəhəng əraziyə heç bir ölkə iddia etmir: Səbəbi nədir?

Antarktidada yerləşən Meri Berd Torpağı bu günə qədər heç bir dövlətin rəsmi ərazi iddiası irəli sürmədiyi ən böyük quru sahələrindən biridir. Qaynarinfo xəbər verir ki, bu regionun unikallığı təkcə ölçüləri ilə deyil, həm də hüquqi statusu ilə bağlıdır. Sahəsi İran və Monqolustandan böyük, Polşada

27.07.2026 272
.

Sabah hava küləksiz olacaq

İyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-25 isti, gündüz 31-36 isti olacaq. Atmosfe

14:33 150
.

Günel Zeynalova Mərdəkandakı bağ evinə gedə bilmir

Müğənni Günel Zeynalova Mərdəkanda yerləşən bağ evinə gedib-gəlməkdə çətinlik çəkir. Müğənninin köməkçisi Nəzər Nəzərli Qaynarinfo-ya bildirib ki, buna səbəb bağ evinə aparan yolun yararsız vəziyyətdə olmasıdır:. "Bağ evi Mərdəkanda, Qazmaçılar küçəsində yerləşir. Ora yeni köçmüşük. Ərazidə yolla

14:54 224
.

Vladimir Putin İlham Əliyevə zəng edib

İyulun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. BİG.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, ikitərəfli və beynəlxalq gündəliyə dair aktual məsələləri müzakirə edən liderlər Azərbaycan-Rusiy

13:01 219
.

Netanyahu Ağ Evdəki görüşdə Trampa İranın Pikaxe dağındakı yalanının sübutunu göstərəcək

"The New York Post" qəzeti yazıb ki, Netanyahunun Trampa İran rejiminin münaqişənin diplomatik yolla həllində maraqlı olduğunu yalan danışdığını göstərməsi gözlənilir. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, "New York Post" qəzetinin bazar ertəsi İsrail mənbəsinə istinadə

12:56 170
.

TOP MP3