Bu üsulla sızanaqlardan birdəfəlik qurtulacaqsız

Bu üsulla sızanaqlardan birdəfəlik qurtulacaqsızSızanaqlar ən çox yeniyetməlik yaşlarında olur. Ancaq hər yaşda sızanaq problemi ilə qarşılaşmaq təbiidir. Sızanaqların çıxmasına səbəb olan bir çox səbəb var. Genetik faktorlar, həddindən artıq yağlı dəri, stress, tıxanmış məsamələr və ya düzgün olmayan qulluq üsulları sızanaqların əmələ gəlməsinə səbəb olur.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, sızanaqları qurutmaq və yenidən görünməsinin qarşısını almaq üçün baxım rejiminə riayət etmək vacibdir.

Gün ərzində dərinizdə yağ, kir və makiyaj qalıqları toplanır. Bu zaman məsamələriniz tıxanır və dərinizdə sızanaqlar əmələ gəlir. Dərinizi hər gün təmizləməyi, tonlamağı və nəmləndirməyi unutmayın. Dərinizin tipinə uyğun məhsullardan istifadə etdiyinizə əmin olun. Sərt ovma və qıcıqlandırıcı müalicələrdən çəkinin.

Sızanağa meylli dərinin günəşdən qorunmaması sızanaq izləri və ləkələrə səbəb olur. Dərinizdəki ləkələr və çapıqlar daha qabarıq görünür. Buludlu günlərdə belə çölə çıxarkən üzünüzə həmişə günəş kremi çəkin.

Zərif pilinq dəridəki ölü hüceyrələri çıxarır və onların dəri səthində yığılmasının qarşısını alır. Zamanla sızanaq və izlərinin yox olmasına kömək edir.

C vitamini, retinol, niasinamid və ya hidrokinon kimi maddələr dərini bərpa edən xüsusiyyətlərə malikdir. Bu məhsulların istifadəsi dəriyə parlaq bir görünüş verir və dərinin tonunu bərabərləşdirir. Lakin bu məhsullardan istifadə edərkən son dərəcə diqqətli olmaq lazımdır. Çünki yanlış istifadə dərini qıcıqlandıra və ciddi dəri problemlərinə səbəb ola bilər.

Əgər sızanaqlarınız çox və dərindirsə, mütəxəssisə müraciət edin. Sızanaqlar üçün xüsusi müalicə üsulları tətbiq edib sızanaqlarınızdan qalıcı olaraq xilas ola bilərsiniz.

Sızanaqları azaltmaq vaxt və daimi səy tələb edir. Dəriyə qulluq rejiminiz və müalicə seçimlərinizlə bağlı səbirli və israrlı olun. Dərinizin sağalması və sızanaqların tamamilə yox olması həftələr, hətta aylar çəkə bilər.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1436   Tarix: 01 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ən çox allergiyaya səbəb olan giləmeyvələr - Mütəxəssislərdən xəbərdarlıq

Giləmeyvələr sağlam qidalanmanın vacib hissəsi hesab olunsa da, bəzi insanlarda ciddi allergik reaksiyalara səbəb ola bilər. Allergoloqlar bildirirlər ki, xüsusilə çiy halda istehlak olunan bəzi giləmeyvələr immun sisteminin həddindən artıq reaksiyasını tətikləyə bilir. xəbər verir ki, mütəxəssisləri

31.05.2026 219
.

Günəbaxan toxumu, yoxsa qoz: Beyin sağlamlığı üçün hansı daha faydalıdır?

Günəbaxan tumu və qoz beyin sağlamlığına və ümumi orqanizm fəaliyyətinə faydalı olan yüksək qidalı məhsullar hesab edilir. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" nəşri yazır. Məqalədə qeyd olunur ki, hər iki məhsul faydalı yağlar, xüsusilə omeqa-3 yağ turşuları, antioksidantlar

25.05.2026 450
.

Daha yaxşı yuxu üçün nə lazımdır? - 6 məhsul

Melatonin insan beyninin yuxu və oyaqlıq dövrlərini tənzimləmək üçün istehsal etdiyi hormondur. O bəzi qidalarda da təbii şəkildə mövcuddur. Qaynarinfo xəbər verir ki, "Health" nəşrinin məlumatına əsasən, müəyyən məhsullar orqanizmdə melatonin səviyyəsinin artmasına və daha keyfiyyətli yuxuy

29.05.2026 295
.

Həddindən artıq tərləmə hansı xəstəliklərin əlamətidir?

Həddindən artıq tərləmə bir sıra sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Mütəxəssislər bildirirlər ki, xüsusilə səbəbsiz və davamlı tərləmə halları bəzən ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxır. xəbər verir ki, həkimlərin sözlərinə görə, çox tərləmə qalxanabənzər vəzin həddindən artı

16.05.2026 367
.

Xərçəng müalicəsində 3 yenilik - Tibb dünyası bu nəticələri müzakirə edir

Xərçəng müalicəsində ümidverici üç yeni elmi araşdırma tibb dünyasında böyük maraq doğurub. Baş-boyun xərçəngində bəzi xəstələrdə şişlərin tamamilə yox olduğu bildirilərkən, sinə xərçəngində bəzi xəstələr üçün kimyaterapiyasız müalicə ehtimalı gündəmə gəlib. Metastatik pankreas xərçəngində isə eksperimenta

03.06.2026 314
.

İnsanlar qalxanabənzər vəz xəstəliklərində ən çox hansı səhvləri edirlər? - VİDEO

Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında qalxanabənzər vəz xəstəlikləri barədə müzakirə aparılıb. - Qalxanabənzər vəzin əsas funksiyası nədir?. - Haşimoto necə inkişaf edir?. - Yod çatışmazlığı bu vəzə necə təsir edir?. - Stres qalxanabənzər vəzə təsir edə bilər?. - Saç tökülməs

30.05.2026 223
.

Yuxusuzluq kökəlmənin gizli səbəbi ola bilər

Rusiyalı psixoloq Rodion Çepalov bildirib ki, yuxusuzluq çəki artımına təkcə fizioloji deyil, psixoloji baxımdan da birbaşa təsir edir. Ölkə.az-ın xəbərinə görə, o, " "ya açıqlamasında qeyd edib ki, insan az yatanda beyin ətraf mühiti daha stresli və təhlükəli qəbul edir, orqanizm isə sürətl

26.05.2026 296
.

Usta dönərçi toyuq dönərinin yeyilməməsi gərəkən hissəsini açıqladı

Sosial mediada bir dönər ustasının toyuq dönəri ilə bağlı xəbərdarlığı böyük marağa səbəb olub. Təcrübəli usta dönərin hansı hissəsinin əslində ət olmadığını və sağlamlıq üçün riskli ola biləcəyini nümayiş etdirib. toyuq dönəri ilə bağlı bilməli olduğunuz vacib məqamları təqdim edir:. Dönərin mərkə

16.05.2026 355
.

100 yaşa qədər yaşamağın sirri bu İMİŞ

Uzunömürlülüyü ilə tanınan İtaliyanın Sardiniya adasında sağlam həyatın sirri kimi qidalanma vərdişləri və güclü sosial əlaqələr göstərilir. xəbər verir ki, "Mavi Zona" kimi tanınan Sardiniyada yaşayan insanların əhəmiyyətli hissəsi 100 yaşdan çox ömür sürür. Mütəxəssislər bunu əsasən təz

02.06.2026 352
.

TOP MP3